Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 1,17 Mb.
səhifə350/435
tarix10.01.2022
ölçüsü1,17 Mb.
#113758
növüDərs
1   ...   346   347   348   349   350   351   352   353   ...   435
Pedaqogika I cild

Problemli şərh. Müasir didaktikada problemlə əlaqədar üç anlayış mövcud­dur: problemli təlim, problemli vəziyyət (situasiya), problemli şərh. Bun­­ları təəssüf ki, həm pedaqoji ədəbiyyatda, həm də məktəb prak­ti­­kasında çox zaman qarışdırır, eyniləşdirirlər. Halbuki bunların hər bi­rinin özünəməxsus spesifik didaktik vəzifəsi vardır. Problemli tə­lim anlayışında mükəmməl təlim sisteminin alt­sis­temlərindən biri nə­zərə alınır, problemli şərh axtarış metodları sırasına daxil olan me­toddur; problemli vəziyyət dedikdə, təlim pro­sesində şagirdlərin bil­dirdikləri həqiqətlə, öyrənmək istədikləri yeni həqiqətlər arasında əmə­lə gələn ziddiyyətlər, şagirdləri öyrənməyə sövq edən, yeni ya­ra­nan vəziyyət, yaranan tələbat nəzərdə tutulur.

Son zamanlar didaktikada və məktəb təcrübəsində özünə ge­niş meydan açan bu metodun mahiyyəti, qismən də olsa, mü­əl­li­min oxu­duğu mühazirə metodunun spesifik bir növünü andırır. Mü­əl­lim mü­hazirəsində nəqletmədən, sadəcə təsviretmədən istifadə et­di­yi ki­mi, onu problemli şərh kimi də qurur. Lakin bu mühazirənin baş­qa növ­lərinə nisbətən şagirdləri daha çox düşünməyə vadar edir.

Problemli şərhin mahiyyəti ondan ibarətdir ki, burada mü­əl­lim problem qoyur, onu özü də həll edir, lakin ziddiyyətlərin həll edil­­məsi yolunu şagirdlərin başa düşəcəkləri dərəcədə açır, həll yo­lu­na uyğun təfəkkürün gedişini aşkara çıxarır. Bu metodun vasitə­si­lə müəllim elmi idrakın nümunələrini, problemin elmi yolla həll edil­məsini, “biliyin embriologiyasını” göstərir şagirdlər isə bu hə­rə­kə­tin-problemin həlli istiqamətində fikrin inkişafını izləmiş olurlar (bu prosesi şagird fikrən həyata keçirir).


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   346   347   348   349   350   351   352   353   ...   435




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin