Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 1,17 Mb.
səhifə355/435
tarix10.01.2022
ölçüsü1,17 Mb.
#113758
növüDərs
1   ...   351   352   353   354   355   356   357   358   ...   435
Pedaqogika I cild

Kitab üzərində iş. Bu üsulun bir sıra xüsusiyyətləri vardır. Kitab üzərində iş­lər­kən dərketmə prosesini şagird özü təşkil etməli­dir. Müəllim bir təli­mat­çı kimi hərəkət edərək şagirdin fəaliyyətini yalnız dolayı idarə edə bilər. Buna görə də kitab üzərində iş şagirdin idrak bacarığı sə­viy­yəsinin daha yüksək olmasını tələb edir.

Çap edilmiş mətn müəllimin canlı sözündən fərqlidir. Yazılı nitq formasına görə o, daha mürəkkəbdir, yığcamdır. Şərhin məz­mu­nun­da oxucunun-şagirdin inkişaf səviyyəsi, müəllimin öz şərhin­də nə­zərə aldığı kimi, incə bir surətdə nəzərə alına bilməz. Bu isə ki­tab üzərində işdə çətinliklər yaradır. Bununla belə, bilik mənbəyi ol­maq etibari ilə kitab mühüm üstünlüklərə malikdir.

Dərsliyi oxuduqda dərk edilənin strukturu daha asanlıqla başa dü­şülür. Mətnin hissələrə ayrılması – fəsillərin, paraqrafların baş­lıq­ları mətnin planının asanlıqla dərk edilməsinə yardım göstərir. Ən mühüm yerlərin gözə çarpan şiriftlərlə verilməsi əsas ideyaları mü­əyyənləşdirmək işini yüngülləşdirir . Bu üsul eyni zamanda bir ne­çə mənbə üzərində işləməyə, materialları müqayisə etməyə və yal­nız qarşıya qoyulmuş məqsədə daha dolğun şəkildə cavab verən ma­terialları seçib götürməyə, sistemləşdirməyə imkan verir.

Kitab üzərində işlədikdə dərk etmənin müstəqil olması əqi­də­nin, qiymətvermə mühakiməsinin formalaşması üçün əhəmiyyətlidir. Ki­tab üzərində işləməyi öyrənmiş adamlar fəal və müstəqil surətdə dərk etmə işi ilə məşğul ola bilər. Əks təqdirdə şagird oxuduqlarını me­xaniki surətdə yadda saxlamağa çalışaraq, kitab üzərində öz fəa­liy­yətini ən bəsit şəkildə təşkil edəcəkdir. Müəllim kitab üzərində iş­­lə­məyi şagirdlərə öyrətmək məqsədilə başqa üsullarla dərs de­yər­kən, əvvəlcə kitaba müraciət olunmasından bir üsul kimi istifadə et­mə­lidir. Belə hallarda kitabda materialların məzmunu böyük olmur, əl­də edilən məlumatın şüurlu surətdə mənimsənilib – mənim­sə­nil­mə­diyi material oxunduqdan sonra yoxlanılır.

Müəllim hər hansı bir anlayışı şərh etdikdən sonra dərslikdə yer alan tərifi oxumağı şagirdlərdən xahiş edir, bundan sonra oxun­muş tərif müzakirə olunur. Müşahidəni təşkil edib sual verdikdən son­­ra müəllim həmin suallara dərslikdə cavab tapmağı, irəli sü­rül­müş bu və ya başqa mühazirənin kitabdan gətirilən sitatlarla sübut olun­­masını təklif edir. O, soraq ədəbiyyatına baxmağı, tərifi bu və ya digər sözün mənasını lüğətdən tapmağı, soraq kitabına əsasən an­la­yışı səciyyələndirməyi, məlumatı dəqiqləşdirməyi təklif edir.

Kitab üzərində işləməyin xüsusi tərzlərini-sadə və mürəkkəb plan tutmaq, konspekt düzlətmək, tezis tərtib etmək, lazımi şeyləri qeyd etmək tərzlərini şagirdlərə öyrətmək üçün aşağıdakı tap­şı­rıq­lar­dan: mətnə başlıq düşünüb tapmaq, məzmununda ayrı-ayrı yer­lə­rin hansı suallara cavab verdiyini müəyyənləşdirmək, hekayəni his­sə­lərə bölmək, bu hissələrdən hər birinə başlıq vermək, sadə planı mü­rəkkəb plana döndərmək, fakt məlumatının seçilib götürülməsi məq­sədi ilə mətnin lazımi yerlərini oxumaq, çıxarılan nəticəni, bu və ya digər müddəanı sübut etmək üçün kitablardan material top­la­maq, kitabda verilən material əsasında cədvəl, qrafik və s. tərtib et­mək kimi tapşırıqlardan istifadə etmək olar. Müəllimin bu kimi tap­şırıqları dərslik üzərində işləyən şagirdlərin dərketmə prosesinin fə­al­laşmasına səbəb olur, onlarda kitab üzərində işlə əlaqədar olan ümu­miləşdirilmiş bacarıqların formalaşdırılmasını asanlaşdırır.

Yeni bilik üçün müstəqil mənbə olan kitaba şagirdlərin mü­ra­ciə­ti müəllimdən xüsusi metodiki tərzlər tələb edir. Bunlara aşa­ğı­dakıları aid etmək olar:

1.Giriş müsahibəsi əvvəllər öyrənilmiş materialla şagirdlərin müs­təqil surətdə öyrənəcəkləri material arasında əlaqə yaradılma­sı­nı təmin edir. Bunlara aşağıdakıları əlavə etmək olar:

2. Müəllim xüsusi təlimat keçərək, yeni materialı oxuyarkən onun məzmununda nəyə diqqət yetirmək, onu nə ilə müqayisə et­mək, hansı iş növlərindən: qeydlər aparmaq, plan tutmaq, məzmunu çert­yoj, sxem şəklində ifadə etmək lazım gəldiyini göstərir.

3. Kitab üzərində şagirdin müstəqil işindən sonra müəllim oxunmuş ma­te­rial haqqında müsahibə keçirir. Bu müsahibədə məq­səd ma­te­ria­lın şüurlu surətdə mənimsənilməsinin səviyyəsini yoxla­maq, işə ye­kun vurmaq, kitab üzərində iş tərzlərindən hansıla­rının daha uğur­lu olduğunu, səmərəli mənimsəməni təmin etdiyini müəy­yən­ləşdir­mək­dir.




Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   351   352   353   354   355   356   357   358   ...   435




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin