Addım 6.Şagirdlər tərəfindən anlayışın çıxarılması və müzakirəsi. Şagirdlər öz xüsusiyyətlərini dedikdən sonra müəllim bu tapmacanın tapılıb-tapılmamasını hamıya çatdırır və kartoçkalarda yazılan sözləri açır.
Addım 7. Anlayışın müəllim tərəfindən təsdiq və ya daxil edilməsi, onun tərifinin verilməsi. Müəllim xahiş edir ki, şagirdlər bu anlayışlara daha da geniş tərif vermək üçün onlara aid olan yeni xüsusiyyətlər və misallar əlavə etsinlər.
Şərtlər:
Anlayışlar təxminən, şagirdlərə tanış olmalıdırlar, lakin onların tam tərifi aydın olmamalıdır.
Müəllim tərəfindən seçilən xüsusiyyətlər şagirdlərə fərziyyələr irəli sürməyə imkan verməlidir, lakin anlayışı bir başa tapmağa qoymamalıdır.