Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


İstiqamətləndirilmiş mühazirə



Yüklə 1,17 Mb.
səhifə410/435
tarix10.01.2022
ölçüsü1,17 Mb.
#113758
növüDərs
1   ...   406   407   408   409   410   411   412   413   ...   435
Pedaqogika I cild

İstiqamətləndirilmiş mühazirə
Dərsin əvvəlində müəllim mövzunu elan edir. Məsələn, möv­zu “Avstraliyanın kəşfi” adlanır. Sonra müəllim sinfi qruplara ayırır və şagirdlərə təklif edir ki, mövzu üzrə bildiklərini yada salsınlar və siyahı hazırlasınlar. Bunun üçün ağ vərəqdə cədvəl çəkilir, vərəqin bir tərəfində “Avropa Avstraliyaya nə verib”, o biri tərəfində “Avst­ra­liya Avropaya nə verib?” suallarını yazmaq lazımdır. Verilən vaxt ər­zində qruplar bu suallarla əlaqədar fikir mübadiləsi edir və öz və­rəq­lərində qeydiyyat aparırlar.


Avropa Avstraliyaya nə verib, hansı yeni biliklər əldə ediləcək?

Avstraliya Avropaya nə verib?

1.

2.


1.

2.

Qruplarda iş bitdikdən sonra müəllim bütün siniflə müzakirə apa­rır, şagirdlərin fikirlərini ümumiləşdirir və lövhədəki cədvəldə qeyd edir. Şagirdlərə bildirir ki, mühazirənin məzmunu ilə siyahını mü­zakirə edəcəklər, diqqətli olsunlar.

Müəllim mətnin I hissəsini 10-15 dəqiqə ərzində mühazirə edir (mühazirə 15 dəqiqədən çox olduqda şagirdlərin fikri yayınır, mü­əllimi dinləmirlər). Mühazirənin I hissəsi bitdikdən sonra mü­əl­lim şagirdlərdən xahiş edir ki, mövzu haqda öz fikirlərini indicə mü­hazirədə eşitdikləri informasiya ilə müqayisə edib qeydlərində dü­zəliş etsinlər və lövhədəki cədvəldə qruplar qeyd edir, fikirlərini söy­lə­yirlər. Yazdıqlarından hansı düz çıxdı, hansı səhvdir. Müəllim şa­­­girdlərə çatdırmalıdır ki, mühazirənin II hissəsində onları maraq­lan­dıran, lakin I hissədə cavab tapmadıqları suallara rast gələcəklər.

Müəllim mühazirənin II hissəsini oxuyur. Mühazirə bitdikdən son­ra o şagirdlərə müraciət edir ki, yeni öyrəndiklərinizi cədvəldə qeyd edin. Dərsin sonunda şagirdlərə 5 dəqiqəlik esse (sərbəst yazı) yaz­maq tapşırılır. Yəni şagirdlər Avropaya Avstraliyanın təsiri haq­qında öz fikirlərini qısa şəkildə vərəqə qeyd edirlər. Əgər vaxt va­r­sa, sinifdə yazırlar, vaxt yoxdursa, evdə yazıb gətirirlər, müəllim ya­zı­ları yığır və onlarla tanış olur. Müəllim mütləq bu esselər haq­qında öz fikrini bildirməlidir.


Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
1   ...   406   407   408   409   410   411   412   413   ...   435




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin