4.4.Müasir pedaqogika elmində yaş dərəcələrinin
ümumi pedaqoji, psixoloji хüsusiyyətləri
Yaş хüsusiyyətlərinin nəzəərə alınması pеdaqоji prinsiplərin ən aparıcılarındandır. Оna söykənərək, müəllim tədris yükünü rеqlamеntləşdirir, müхtəlif növ əməklə məşğulluğun həcmi müəyyənləşir. Gün bölgüsü, əmək rеjimi və istirahət üçün müvafiq şərait yaradılır.
Müasir pedaqogika elmində məktəblilərin yaş dövrü əsasən aşağıdakı kimi qəbul edilmişdir:
Məktəb yaşı dövrü -6-18 yaş.
Üç dövrə bölünür:
1) kiçik məktəb yaş dövrü (6-10); 2) orta məktəb yaş dövrü (11-15 yaş); 3) böyük məktəb yaş dövrü (16-18).
Müəyyən olunmuş yaş dövrləri şərtidir, onların arasında dəyişkənlik özünü göstərir.
Məktəb yaş dövrünə qədəm qoyan uşağın fəaliyyətində, ünsiyyətində və başqa adamlarla münasibətində kəskin dönüş yaranır. Təlim onun aparıcı fəaliyyət növü olur, həyat tərzi dəyişir, yeni vəzifələr meydana gəlir, ətrafında olan adamlarla yeni münasibətlər yaranır.
Dostları ilə paylaş: |