Dərslik Bakı 014 bbk 60. T 12


Səbəbiyyət analizinin dili



Yüklə 2,78 Mb.
səhifə116/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   112   113   114   115   116   117   118   119   ...   131
Səbəbiyyət analizinin dili
Səbəbiyyət analizinin dilinin məzmunca mənası sosial fenomenlər arasındakı səbəb – nəticə münasibətlərinin axtarışının zərurəti ilə şərtləndirilmişdir. Bu zaman səbəb və nəticə zamana görə ayrıdırlar. Eyni bir səbəb bir neçə nəticəni törədə bilər. Eyni bir nəticə isə müxtəlif səbəblərin mövcudluğu üzündən baş verə bilər.

Cənab x-in seçkilərdə fenomeni” məsələsinin öyrənilməsinə bunları tətbiq edərək biz təqribən bu şəkildə fikir yürüdə bilərik. Biz nəticəni müşahidə edirik (hər bir vilayətdə cənab x-ə verilən səslərin sayı), nəticənin səbəbləri bizə məlum deyil və onların analizinin məntiqi də hələlik bizə məlum deyil. Tipoloji analiz halında olduğu kimi, analizin məntiqinin qurulmasında böyük rolu tədqiqat hipotezinin səbəb – nəticə münasibətləri haqqında apriori təsəvvürlər oynayırlar. Amma onlar artıq başqa dildə - səbəbiyyət analizi dilində formalaşıblar.

Yüksələn strategiya analizinin çərçivəsində səbəbiyyəti asılı və müstəqil əlamətləri ayırmaq yolu ilə öyrənmək və buna uyğun olaraq bizim indikator (asılı əlamət) ilə vilayətlərin (müstəqil əlamət) çoxlu digər xarakteristikaları arasında sizə məlum olan istiqamətləndirilmiş əlaqə əmsallarından istifadə etmək olar. Alçalan strategiya çərçivəsində isə səbəbiyyət analizinin keyfiyyət modelləri əvvəlcədən verilməlidir [3,5]. Sosioloji tədqiqatlarda analizin dili kimi olan səbəbiyyət analizini və riyazi metodların sinifi kimi olan səbəbiyyət analizini fərqləndirmək zəruridir. Sonuncusunu çox vaxt səbəbiyyət modelləri və ya səbəbiyyət analizinin modelləri adlandırırlar.

Hər bir halda, bu və ya digər elektoral davranışın səbəblərini öyrənərkən, bizim empirik indikatorun bölgü xarakterini öyrənmədən keçinmək olmaz, ona görə ki, eyni nəticə (cənab x-ə verilmiş eyni sayda səslər) eyni bir səbəbdən, müxtəlif səbəblərdən, müxtəlif səbəblərin qarışığından törənə bilər. Bütün bu hipotezləri yoxlamaq lazımdır. Təbiidir ki, bunun üçün əsas – bölgünün empirik əyrixətti və onun xarakteristikalarıdır. Onlar sizə məlumdurlar.

Qeyd etmək lazımdır ki, səbəbiyyətin tədqiqi belə bir nəticəyə gətirib çıxara bilər: elə vilayət tipləri mövcuddur ki, orada elektoral davranış ilə onu şərtləndirən səbəblər arasında səbəb – nəticə münasibətləri eynidir.


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin