Dərslik Bakı 014 bbk 60. T 12



Yüklə 2,78 Mb.
səhifə117/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   113   114   115   116   117   118   119   120   ...   131
Faktor analizinin dili.

Faktor analizinin mənası sosial hadisəni izah edən, təsvir edən sosial faktorların mövcudluğu haqqında biliyin axtarışındadır. Əgər “cənab x-in seçkilərdəki fenomeninə” müraciət etsək, onda analizin məntiqini bu və ya digər elektoral davranışı determinasiya edən faktorların axtarışına əsaslanaraq da qurmaq olar. Nəticədə biz yenə də bizim empirik indikatorun bölgü xarakterinə əsaslanırıq. Amma, belə bölgü üçün izahatı sosial faktorların dilində axtarırıq. Sosial faktor nədir? Bildiyimiz kimi, sosial faktorun nə olduğunu müəyyən edən külli miqdarda tərif vardır. Amma bizim üçün indi ancaq bir aspektin anlanması kifayətdir – empirik səviyyədə sosial faktora empirik indikatorların məcmusunun birləşməsi uyğun gəlir. İnsanın həyat siklinin mərhələsi, savad, tələbatların strukturu, seçkiqabağı kompaniyanın xarakteri – bu müxtəlif mürəkkəbliyə malik faktorların kiçik siyahısıdır.

Sual yaranır, empirik indikatorların nə cür birləşməsi sosial faktor yarada bilir? Bu birləşmə apriorcasına verilmiş məntiqi xarakter daşıya bilər. Məsələn, həyat siklinin mərhələsi yaş, ailə vəziyyəti, uşaqların sayı kimi empirik indikatorlardan əmələ gəlir. Bu üç empirik indikatorun qiymətlərinin birləşməsi ayrıca mərhələyə uyğun gəlir. Onda faktor ümumi halda nominal ölçmə səviyyəsinə malik olan törəmə göstəricidir.

Empirik səviyyədə faktoru öz aralarında qarşılıqlı əlaqədə olan empirik indikatorların qrupları kimi də başa düşmək olar. Yada salaq ki, faktorun belə anlanması ilə siz kitabda C.Osqırdun semantik differensialını nəzərdən keçirəndə üzləşmişdiniz. Əgər qarşılıqlı əlaqə müşahidə olunursa, onda müşahidə olunan əlamətlərin bütün məcmusunun faktorlu strukturu haqqında, faktorlu sindromların olması haqqında danışırıq.

O zaman empirik indikatorların qarşılıqlı əlaqədə olan qrupuna müvafiq olaraq törəmə göstərici olan, kəmiyyətcə ölçülmüş müəyyən indeks qoymaq olar. Yüksələn strategiya çərçivəsində olan faktor analizi tipoloji və səbəbiyyət analizi hallarında olduğu kimi sırf keyfiyyət xarakteri daşıyır. Yüksələn strategiya çərçivəsində bütün analiz dilləri ancaq yeni tədqiqatların keçirilməsi üçün yeni hipotezlərin formalaşdırılmasına kömək göstərir. Alçalan strategiya çərçivəsində isə faktor analizi sosioloqun verdiyi fikirdə faktorların olması haqqında hipotezi yoxlamağa imkan verir. Bu zaman faktor deyəndə, artıq qeyd etdiyimiz kimi, öz aralarında sıx qarşılıqlı əlaqədə empirik indikatorlar nəzərdə tutulur. Faktor analizini qarşılıqlı əlaqədə olan empirik indikatorlar qrupunu seçib ayırmaq üçün riyazi metodlar sinfi kimi [4, 13] faktor analizini sosial reallığın dilinin analizi kimi fərqləndirmək lazımdır.

Cənab x-in seçkilərdə fenomeni” üçün elektoral davranışa təsir edən faktorların öyrənilməsi bizi məsələn belə bir nəticə gətirib çıxara bilər:

- elə vilayət qrupları mövcuddur ki, onlarda elektoral davranış eynidir və eyni faktorlarla determinasiya olunmuşdur. Analizin əsas dilinin faktor analizi olduğu halda da analizin digər dillərinə - o cümlədən tipoloji analiz dilinə də tələbat yaranır.


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin