Dərslik Bakı 014 bbk 60. T 12


Tiplərə ayırmanın və təsnifatın nisbəti



Yüklə 2,78 Mb.
səhifə123/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   119   120   121   122   123   124   125   126   ...   131
Tiplərə ayırmanın və təsnifatın nisbəti.
Tipoloji analiz prosesində əsasən iki anlayış qrupundan istifadə olunur. Birincisi, “tip” kökü ilə, ikincisi isə “sinif” kökü ilə. Birinci anlayış qrupu sosioloji məzmunu əks etdirən nəzəri anlayışlardır. Tiplər – elə şeylərdir ki, reallıqda mövcud olurlar və ya mövcud olmurlar. Ancaq sosioloqun müəyyən etdiyi mənada tiplər nəzərdə tutulur. Anlayışların ikinci qrupu ancaq məlumatlarla bilavasitə iş texnikasına, üsullarına, metodlarına aiddir.

Siniflər empirik obyektlərin sosioloqun müəyyən etdiyi meyar əsasında öz aralarında oxşar olan obyektlər üzrə ayrı – ayrı qruplara bölünməsinin qruplaşmasının nəticəsidir. Çoxölçülü təsnifat metodları və ya taksonomiya metodları və ya klaster analizi metodları adlandırılan xüsusi riyazi metodlar mövcuddur. Amma siniflər həm də başqa istənilən riyazi metodların yardımı ilə də alına bilərlər. Vacib olanı odur ki, bölünmə metodu, təsnifləşdirmə metodu tipologiyanın əsasının məzmununu əks etdirmiş olsun.

Qruplara bölünmə prosedurasının həm özü, həm də bölünmənin nəticəsi təsnifat adlandırılır. Konteksdən həmişə aydındır ki, söhbət nədən gedir. Bölünmə prosedurasını göstərmək üçün bəzən “təsnifetmə”, “qruplaşdırma” terminlərindən istifadə edirlər. Qeyd etmək lazımdır ki, elmin metodologiyasının çərçivəsində təsnifat problemi adlandırılan [11] elmin sistemə salınması problemi mövcuddur. Bu halda “təsnifetmə” anlayışı başqa elmlərin çərçivəsində mövcud olan məzmunlu tipologiyalardan daha genişdir.



TA prosedurasında həmişə təsnifetmədən məzmunlu tipologiyaya keçid zərurəti yaranır. Cənab x-in seçkilərdə fenomenini öyrənən məsələmizə qayıdaq, hansında ki, biz xüsusi idarəetmə obyektləri kimi interpretasiya olunan vilayətlər qrupunun olması haqqında hipotezi yoxlayırdıq, o mənada ki, eyni bir tipə aid olunmuş vilayətlərdə elektoral davranışa təsir mexanizmləri eynidir. Onda bu halda tip və sinif





2












"həyat səviyyəsi"









































1



3























"səslərin sayı"






















Şəkil. 4.2.1. Vilayətlərin (nöqtələrin) ikiölçülü fəzada bölgüsü.
Bəs bu qrupları necə tapmalı? Buna görə vilayətləri siniflərə bölməkdən ötrü müəyyən üsul tapmaq lazımdır. Aydındır ki, dərhal yeganə bir universal üsul seçmək olmaz. Müəyyən bölgü alqoritmini (təsnifat alqoritmi) seçmək lazım gəlir. Bu zaman ən azı daha üç sual meydana çıxır. Birincisi – hansı əlamətləri (təsnifat edilmiş əlamətlər) uçota alaraq belə bölgünü həyata keçirmək lazımdır? İkincisi – vilayətlərin hamısı eyni zamanda bölgü prosesində iştirak edəcəklər, yəni, vilayətlərin hansı məcmusunu təsnifat obyektləri adlandırmaq olar? Üçüncüsü: siniflərdə empirik qanunauyğunluq növünü necə müəyyən etmək olar? Sonuncunu ətraflı izah etmək lazımdır, çünki bu TA-nın keçirilməsinin empirik səviyyəsinin mühüm bir fraqmentidir. 1.3 əsasına geri qayıdaq.

Fərz edək ki, əlimizdə Rusiyanın vilayətlərində həyat səviyyəsinin keyfiyyəti haqqında məlumatlar vardır. Təsnifat əlamətləri – “səslərin sayı” (cənab x-ə verilmiş səslərin payı), “həyat səviyyəsi” (həyat səviyyəsinin keyfiyyəti). Təsnifat obyektləri – bütün vilayətlər. Onlar şəkil 4.2.1-də “səslərin sayı” və “həyat səviyyəsi” əlamətləri tərəfindən yaradılmış ikiölçülü fəzada (müstəvi üzərində) nöqtələr şəklində təsvir olunublar.

Bizim təsnifat əlamətlərimiz metrik ölçü səviyyəsinə malikdirlər. Rusiyanın hər vilayəti (nöqtə) konkret əlamət qiymətinə malikdir: “səsləin sayı”, “həyat səviyyəsi” – bunlar nöqtələrin horizontal və vertikal ox üzrə uyğun olan koordinatlarıdır. Şəkil 4.2.1-də görürük ki, vilayətlərin bütün məcmusu elə bil aralarında dəqiq sərhədləri olan üç qrupa bölünür. Birinci qrupa aşağı həyat səviyyəsinə və cənab x-ə verilmiş çox da böyük olmayan səs payına malik vilayətlər aid edilir. İkinci qrupda həyat səviyyəsi yüksəkdir, amma səs üzrə səpələnmə vardır. Nəhayət, üçüncü qrupda cənab x-ə verilən səslərin payı təqribən eynidir, amma həyat səviyyəsinə görə çox böyük səpələnmə müşahidə olunur.

Bu şəkil bizi ancaq bölünmənin alqoritmini seçmək və hansı növ empirik qanunauyğunluqları axtarmaq nöqteyi – nəzərindən maraqlandırır. Əgər 1.3 əsasını qəbul etsək, onda biz qrupların belə təbii yaranmasını əldə etmərik. Onlar bizə lazımdırmı, bu artıq başqa məsələdir. Əgər bu əsası qəbul etsək və ona uyğun təsnifat alqoritmlərini seçsək, onda ikinci qrup bir neçə sinif törədəcəkdir, üçüncü qrup da həmçinin. Qeyd edək ki, əgər bizi məhz şəkil 4.2.1-də təsvir olunmuş bu üç qrupun alınması maraqlandırırsa, onda müxtəlif bölmə metodlarını ardıcıl və paralel olaraq istifadə etmək lazım gələcəkdir. Ona görə ki, heç bir ayrıca götürülmüş təsnifat alqoritmi istənilən nəticəni verməyəcəkdir. Çünki o, həmişə elə sinifləri axtarır ki, onların üzərində ancaq müəyyən olunmuş sərt qanunauyğunluqları icra etmək olsun.

Buradan belə bir nəticə çıxır ki, alınmış siniflər həmişə formal xarakter daşıyacaqlar. Ancaq onların təsnifat prosesində nəzərə alınmayan, bununla belə elektoral davranışın “idarəedilməsi” üçün vacib olan başqa xarakteristikaların istifadəsi ilə interpretasiyası axtarılan tiplərə gətirib çıxara bilər. Təsnifatı həmişə riyazi metod, kompyuter tipologiyalaşmanı isə həmişə sosioloq aparır.

Tipologiya” anlayışı sosiologiyada iki mənada istifadə olunur. Geniş mənada bu anlayış tiplər haqqında biliklərin axtarılması üsulu kimi, dar mənada (empirik səviyyədə) isə bu tiplərin məcmusu kimi başa düşülür. Əgər söhbət sırf nəzəri tipologiyalaşmadan gedirsə, onda tipologiyanın qurulmasından danışmaq düzgündür. Nəzəri tipologiyalaşma ya elmdə artıq toplanmış biliklərin əsasında, ya da aydınlatma fenomeni kimi baş verir. Sonuncu halda o. empirik yoxlamanı tələb edir. Az öyrənilmiş sosial fenomenlərin tipləri haqqında bilik axtarışı hallarında tipologiya terminindən istifadə etməmək, tip, tipoloji sindrom, tipoloji analiz terminləri ilə kifayətlənmək daha yaxşıdır.



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin