Dərslik Bakı 014 bbk 60. T 12


kursu üzrə nümunəvi suallar



Yüklə 2,78 Mb.
səhifə130/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   123   124   125   126   127   128   129   130   131
kursu üzrə nümunəvi suallar.

1. Sosial obyektin xüsusiyyətini ölçmək nə deməkdir? Xüsusiyyət və onun empirik indikatoru (misal şəxsidir).

2. Sosiologiyada informasiya tipləri (informasiya mənbələri, mövcudluq formaları və s.).

3. 1-ci informasiya tipinin 2-ci informasiya tipindən (bu informasiyanın istifadəçisi olan sosioloqun nöqteyi – nəzərindən) fərqi.

4. “Vaxt büdcəsinin” digər informasiya tiplərindən fərqi.

5. 3-cü və 5-ci informasiya tiplərinin müqayisəli analizi.

6. Sosioloq kodlaşdırma prosesində nəyi modelləşdirir?

7. Şkala nədir?

8. Şkalanın fiziki və faktiki tipi. Şkalanın tipinin dəyişməsinə aid misallar.

9. Psevdometriklik nədir?

10. Şkala tipləri. Müxtəlif şkalalar haqqında anlayış sosioloqun nəyinə lazımdır?

11. Ölçmə səviyyəsi nəyi bildirir?

12. “Sosioloji sıfır” problemi. Bu problem harada yaranır və necə həll olunur?

13. Nominal və sıra şkalalarının “metrik” şkaladan fərqi.

14. Yaşın, məşğuliyyətlərin müddətinin və s. sıra və metrik şkalalar üzrə ölçülməsinə aid misallar.

15. Məntiqi indekslər ölçmə üsulu kimi (şəxsi misallarla).

16. İndekslərin müxtəlif növləri (şəxsi misallar). Yığım mərhələsində və məlumatların analizi mərhələsində ölçmə nə deməkdir?

17.Məntiqi kvadratın R.Laykert şkalasından fərqi.

18. L.Tertoun şkalasını qurmaq nə deməkdir? Onu istifadə etmək nə deməkdir? Onun tətbiqi nəticəsində hansı şkalanı əldə edirik?

18. R.Laykert və L.Terstoun şkalalarının müqayisəli analizi.

19. Sadə ranjirləmənin və L.Tertounun cüt – cüt müqayisə metodunun köməyi ilə ölçmə. İkinci metodun birincidən həmişə yaxşı olduğunu təsdiq etmək olarmı?

20. E.Boqardusun şkalasının L.Quttmanın şkaloqramlı analizinə oxşarlığı və fərqi.

21. Məlumatlar mətninin analizinin formalizasiyasının məntiqi (“Mən kiməm?” testi və tamamlanmamış cümlələr metodu).

22. Ölçmənin psixosemantik üsulları ilə alınmış məlumatların mövcudluq formaları.

23. C.Osqudun semantik differessialının istifadəsi çərçivəsində məlumatların analizinin məntiqi.

24. Müxtəlif respondent qruplarının müqayisəsi üçün analitik indeks misalları.

25. Tələbələrin təhsildən razılığını hansı üsullarla ölçmək olar?

26. Riyaziyyat sosioloqa nə üçün lazımdır? (Sosioloqun riyaziyyatla harada və nə vaxt üzləşdiyini bütün kurs üzrə analiz edin).


SOSIOLOGIYADA MƏLUMATLARIN TƏHLILININ ƏSASLARI” kursu üzrə nümunəvi suallar.
1. Əlamətin “davranışını” öyrənmək nə deməkdir? Histoqram. Poliqon. Bölgünün empirik əyrixətti.

2. Mütləq və nisbi sıxlıqlar. Bir neçə nisbi sıxlıq sosioloqun nəyinə lazımdır?

3. Metrik şkalalar üçün histoqramın qurulması (qeyri – bərabər intervallar halı).

4. Ədədi ortanın ölçülmüş ortadan fərqi.

5. Müxtəlif şkala tipləri üçün modanın ölçülməsi (həndəsi). Sosioloq modal tendensiyaları necə analiz edir?

6. Kumulyata. Median və kvartil amplituda. Terstoun şkalasının misalında.

7. Ortalar, mərkəzi tendensiya ölçüləri.

8. Ədədi orta qiymətin ətrafında məlumatların səpələnməsi (dağılması, variasiya) necə qiymətləndirilir?

9. Sosioloq variasiyanın (səpələnmə, dağılma) hansı ölçülərindən və hansı məqsədlə istifadə edir?

10. Nəyə görə sosioloq üçün dispersiyasız ədədi ortanın kvartil amplitudasız medianın, keyfiyyət variasiyası əmsalı olmadan modanın heç bir mənası yoxdur?

11. Variasiya (keyfiyyət) əmsalı bircinsliliyin ölçüsü kimi.

12. Entropiya keyfiyyət variasiyasının ölçüsü kimi.

13. Nəyə görə ədədi orta və dispersiya cüt “gəzirlər”?

14. Lokal əlaqənin ölçüləri sosioloqa nə vaxt lazımdır? Bu ölçülərin xüsusiyyətləri.

15. Etimad intervalı nəyi bildirir?

16. Keyfiyyət variasiyasının əmsalları sosioloqa nə verir və onlar hansı prinsipə əsaslanıblar?

17. Funksional əlaqə korrelyasiya əlaqəsindən nə ilə fərqlənir? Güclü və zəif korrelyasiya əlaqəsi.

18. Nəyə görə əlaqə əmsalları (əlaqə ölçüləri) belə çoxdur?

19. Qoşulma cədvəli hansı göstəriciləri özündə saxlaya bilər? Marqinal sıxlıqlar.

20. Qoşulma cədvəlinin müxtəilf göstəricilərinin vasitəsilə həll olunan məsələ tipləri.

21. İki əlamət arasındakı statistik asılılıq – statistik müstəqillik necə başa düşülə bilər?

22. Hansı əlaqə əmsalları statistik müstəqillik haqqında hipotezi yoxlamağa imkan verir?

23. Vasitəli – vasitəsiz əlaqə, istiqamətləndirilməmiş – istiqamətləndirilmiş əlaqə anlayışları.

24. Əlaqə əmsalının həqiqi və yanlış qiyməti nə deməkdir?

25. “-kvadrat” adlı kəmiyyətə əsaslanan əlaqə əmsalları.

26. L.Quttmanın əmsalları və onların digər əmsallardan fərqi.

27. Nəyə görə ranq əlaqə əmsalları çoxdur? Onlar nə ilə seçilirlər?

28. Sosioloji tədqiqatda məulmatların analizinin məntiqini qurmaq nə deməkdir?

29. Sosioloq hansı situasiyalarda analizin yüksələn, hansılarında isə alçalan strategiyasından istifadə edir?

30. Eyni bir sosial fenomeni məlulmatların analizinin hansı “dillərində” öyrənmək olar?

31. Tipoloji analizin əsas anlayışları.

32. Tipoloji analizin keçirilməsinin mərhələləri.





Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin