Dərslik Bakı 014 bbk 60. T 12



Yüklə 2,78 Mb.
səhifə14/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   131
«Metod» anlayışına müraciət edək. Bəlkə də bu, sosioloji tədqiqatların metodologiyasına ən mühüm anlayışlardan biridir. Adətən aşağıdakıları metod adlandırırlar:

 Sosial olanı öyrənmək üçün yolları (sorğu metodu, keyfiyyət metodu, kəmiyyət metodu, bioqrafik metod, sosial sistemlərin analizi, sosial proseslərin modelləşdirilməsi);

 informasiyanın alınması metodları (anketləşdirmə, intervyu, müşahidə, sənədlərin analizi);

 ayrı-ayrı texnikalar, nəyi isə ölçmək üçün informasiyanın toplanması üsulları;

 sosiologiyada tətbiq olunan riyazi metodlar;

 tədqiqatda analizin məntiqi sxemləri.

Belə çoxmənalılıq tələbə üçün böyük çətinlik yaradır. Biz, informasiya yığımı metodu deyərkən, bunu həm informasiyanın alınması, həm də yığım texnikası metodları kimi başa düşəcəyik. Hələlik isə məlumatların (informasiyanın) analitik metodları kimi başa düşəcəyik. Hələlik isə məlumatların (informasiyanın) analitik metodları deyərkən, empiriyanın sistemləşdirilməsində, ümumiləşdirilməsində, «həzm edilməsində» iştirak edən üsulların və yolların məcmusunu başa düşəcəyik.

Eyni terminlərin çox mənalarda istifadə olunmasının səbəbləri çoxdur və onlar göz qabağındadırlar. Belələrinə aşağıdakılar daxildir:

 Sosiologiyada daxili əmək bölgüsü mövcuddur (metodoloqlar, metodistlər, müxtəlif profilli sosioloqlar, riyaziyyatçılar, proqramçılar).

 Sosiologiya bir elm kimi müxtəlif elmlərin kəsişdiyi nöqtədir (fəlsəfə, riyaziyyat, psixologiya və s.).

 Sosiologiya üçün struktur bölgüsü xarakterikdir (sahə üzrə bilik, sistemli bilik, nəzəri bilik, empirik bilik və s.).

Sosiologiyada müxtəlif mənalarda istifadə edilən bu qəbildən olan terminlərin nəzərdən keçirilməsini davam etdirmək ola. Amma mühüm olanı odur ki, siz, gələcəyin professionalcasına savadlı sosioloqları olaraq böyük miqdarda müxtlif profilli ədəbiyyatı – harada ki, qeyd etdiyimiz anlayışlar müxtəlif cür şərh olunacaqlar – zəruri olaraq mənimsəməlisiniz.



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin