Birinci yanaşma. Kütləvi hadisələr statistik xarakter daşıyırlar, yəni əgər öyrənilən sosial hadisənin kifayət qədər böyük miqdarda baş verməsini öyrənsək, onda hadisənin özü dərk olunacaqdır. Bu yanaşmanın çərçivəsində, hansını ki, biz şərti olaraq statistik yanaşma, statistik ənənə adlandırırıq, individ – müəyyən birliyin nümayəndəsi, sosial fenomen haqqında informasiyanın daşıycısıdır. İndividlər, qarşılıqlı olaraq, əvəz oluna bilərlər və onların fərdi xüsusiyyətləri sosioloq üçün xüsusi bir maraq ifadə etmirlər.
Buradan da öyrənilən əsas məcmu və seçmə haqqında anlayış meydana çıxır. Əsas məcmu - bizim öyrəndiyimiz birlikdir (Rusiyanın gəncləri, tələbə ailələri, «yeni ruslar», siqaret çəkənlər, narkomanlar, pensionerlər və s.). Seçmə isə əsas cəmin bizim tərəfimizdən bilavasitə müşahidə olunan hissəsidir. Seçmə məlumatlar əsasında empirik qanunauyğunluqların öyrənilməsi vasitəsilə bütün əsas məcmu haqqında nəticələr çıxarılır. Təbiidir ki, seçmə reprezentativ olmalıdır, yəni onun əsasında əldə olunmuş bütün empirik qanunauyğunluqları həm də bütün əsas məcmuya aid etmək olar. Bu zaman hesab olunur ki, empirik qanunauyğunluqların real qanunauyğunluqlardan sapması təsadüfi xarakter daşıyır. «Empirik inteqralı» «seçim səhvi» kimi anlayışlardan istifadə etmədən seçmə üçün əldə olunmuş nəticələri bütün əsas məcmuya aid etmək mümkün deyildir. Birinci anlayışın mənası odur ki, xarakteristikanın qiymətinin (seçmə üçün) ətrafında interval mövcuddur və bu xarakteristikanın həqiqi (əsas məcmu) qiyməti bu intervaldadır. İkinci anlayış seçmənin əsas məcmudan sapmasının qiymətini vermək üçün istifadə olunur. Bu anlayışlar qarşılıqlı şəkildə bir-biri ilə bağlıdırlar.
Seçmə məcmuların formalaşdırılması problematikası məlumatların analizinin metodologiyası kimi sosioloji tədqiqatların metodologiyasının ayrıca bir şöbəsini təşkil edir. Seçmə üzrə maraqlı materialla Q.S.Batıqinin «Sosioloji tədqiqatların metodologiyası üzrə mülahizələr» kitabında [1, səh.145-149] tanış ola bilərsiniz.
Statistik ənənələr çərçivəsində informasiyanın əsas yığım metodu formalizə olunmuş (sərt strukturlu) sual vərəqəsinin vasitəsilə aparılan sorğudur. Semə məcmuları formalaşdırmaq üçün əsasən dövlət statistikasının məlumatlarından istifadə olunur. Bu ənənəyə əsaslanaraq, sosioloq sosial reallığın sübutedici təsviri, təsviredici və izahedici hipotezlərin yoxlanması, modal (geniş yayılmış) xarakterik empirik qanunauyğunluqlarının axtarışı və izahı kimi problemləri həll edir. Riyazi analizin sosiologiyaya tətbiqini adətən və heç də həmişə düzgün olmayaraq ancaq bu birinci yanaşma ilə bağlayırlar.
Dostları ilə paylaş: |