Dərslik Bakı 014 bbk 60. T 12


Seminar üçün və ya müstəqil yerinə yetirmək üçün tapşırıq



Yüklə 2,78 Mb.
səhifə26/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   131
Seminar üçün və ya müstəqil yerinə yetirmək üçün tapşırıq.

1. Tapşırıq fərdi olaraq yerinə yetirilir. Müəyyən sosial problem (hər bir tələbənin əvvəlki tapşırığı yerinə yetirən zaman qeyd etdiyi) çərçivəsində iki xüsusiyyəti seçib ayırmaq.

2. Hər bir xüsusiyyətin öyrənilməsi üçün elə model tərtib edilsin (sxemi çəkmək) ki, onun vasitəsilə empirik indikatorların mənbələrini aydınlaşdıran səviyyəyə «enmək» olsun.

3. Bu xüsusiyyətləri öyrənmək üçün zəruri olan informasiya növlərini müəyyən etmək.



3. Empirik məlumatların növləri



İnformasiyanı tiplərə ayırmaq üçün əsaslar. İnformasiya tipləri: dövlət statistikası, «sadə» strukturlu anketlərin yardımı ilə alınan məlumatlar; «mürəkkəb» strukturlu anketlərin yardımı ilə alınan məlumatlar; vaxt büdcəsinin istifadəsi haqqında məlumatlar; mətn məlumatları. Sosioloji informasiya mənbələri. Analiz obyektləri. İnformasiyanın mövcudluq formaları. İnformasiyanın tipləri və məqsədləri, hansıların ki, xatirinə bu və ya digər tip istifadə olunur.
Xüsusiyyətlərin öyrənilməsi modellərinin qurulması prosesində biz əmin olduq ki, hər bir model çərçivəsində müəyyən informasiya tipləri tələbə olunur. Tipləri ayırmaq üçün çoxlu əsasları nəzərdən keçirmək olar. Bu əsasları şərtləndirən aşağıdakı fərqlərin mövcudluğudur:

-sosioloji informasiyanın mənbələrində (daşıyıcılarında) olan fərqlər;

-ayrı-ayrı tiplərdən törəyən empirik indikatorların xarakterindəki fərqlər;

-mövcud olan müxtəlif növ analiz obyektlərində olan fərqlər;

-məlumatların analizi üçün əsas olan formalarda (növlərdə, təsəvvürlərdə) olan fərqlər, yəni sosioloq analiz texnikası (informasiyanın emalı adlandırılan şey) nöqteyi-nəzərindən hansı məlumatlarla əməliyyat aparılmalıdır;

-informasiyanın alınması (yığımı, formalaşdırılması) texnikasında olan fərqlər;

-analizin metodlarında olan fərqlər;

-məqsədlərdə – hansıların ki, xatirinə bu və ya digər informasiya tipindən istifadə olunur – olan fərqlər.

Tipləri ayırarkən, eyni zamanda bir neçə əsasdan istifadə edəcəyik. Bu bölgünün sonunda verilmiş tapşırıqda müəyyən edilmiş əsaslar üzrə müxtəlif sosioloji informasiya tiplərinin müstəqil şəkildə müqayisə edilməsi təklif olunur. Sosioloqun praktikada rastlaşdığı beş informasiya tipini müəyyən edək və müəyyən dərəcədə şərti olaraq, onları belə qeyd edək:

1. «Dövlət statistikası» tipli məlumatlar.

2. «Sadə» strukturlu anketlərin vasitəsilə əldə olunmuş məlumatlar.

3. «Mürəkkəb» strukturlu anketlərin yardımı ilə əldə olunmuş məlumatlar.

4. Vaxt büdcəsinin istifadə olunması haqqında məlumatlar.

5. Mətn məlumatları.



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin