Tip 1. «Dövlət statistikası» tipli məlumatlar
Bu məlumat tipi müxtəlif sənədli mənbələrdən yaranmışdır [10, kitab 2, səh.39-68]. Nəzərdən keçirilən tipin ümumi xarakteristikası ondan ibarətdir ki, bu müəyyən sosiumu (dövlət, region-vilayət, müəssisə, sosial birlik və s.) məkan və zaman daxilində təsvir edən obyektiv xarakterli məlumatların məcmusudur. Öz növbəsində bu tip informasiya mənbələrində və analiz obyektlərində olan fərqlərlə şərtləndirilən bir neçə spesifik hissədən ibarətdir. Onları nəzərdən keçirək:
1. Cəmiyyətin həyat fəaliyyətinin müxtəlif tərəfləri haqqında mütəmadi olaraq (hər il) toplanan və müxtəlif profilli arxivlərdə saxlanan informasiyalar. Məsələn, sizə məlum olan kitabda [10, kitab 1, səh.44-47] təkcə bizim ölkəmizdə mövcud olan 11 arxivin siyahısı verilib. Bu siyahıda Rusiya Federasiyasının Dövlət Statistika Komitəsinin adı birinci gedir. Bu statistik məlumatların toplanması və sistemləşdirilməsi üzrə əsas təşkilatdır.
Diqqət verin ki, «statistika» termini hansı kontekstdə istifadə olunur. BMT çərçivəsində demoqrafiya, mədəniyyət, iqtisadiyyat, əmək, səhiyyə, ticarət, qidalanma və s. üzrə illik statistik məcmuələr nəşr olunur. Bu məcmuələrdə bütün dünya ölkələri üzrə sosial göstəricilər öz ifadəsini tapıblar. Bu məlumatlar sosial göstəriciləri aşkar və gizli şəkildə özlərində saxlayırlar. Göstərici empirik indikatorlar əsasında müəyyən indeks kimi hesablananda, bu aşkar göstərici olur. Məsələn, işsizliyin gizli səviyyəsi. Sosial göstəricinin formalaşması üçün əsas olanda bu gizli şəkildə göstərici hesab olunur. O cümlədən statistik göstəricilərin beynəlxalq sistemində həyat səviyyəsinin sosial göstəriciləri sistemi mövcuddur. Bu sistem 11 əhəmiyyətli sosial sahə üzrə 186 göstəricidən ibarətdir [6, səh.127], o cümlədən, əhalinin sayı və strukturu (17); ailə və ev təsərrüfatı (14); sosial strafikasiya və mobillik (8); gəlirin bölgüsü, istehlak və yığım (12); mənzil (16); vaxtın və asudə vaxtın bölgüsü (7); sosial təminat (7); təhsil (14); muzdlu iş (35); sağlamlıq (30); ictimai qayda-qanun və anlayış (26).
Rəqəmlər hər sahə üzrə göstəricilərin sayını göstərir.
Bu misaldan aşağıdakı nəticəyə gəlmək olar: dövlət statistikası çərçivəsində sosial göstəricilər nə qədər çoxdursa, bu sosioloq üçün bir o qədər yaxşıdır. Sosioloq üçün ölkələr, həyat fəaliyyəti sahələri, sosial biliklər, sosial göstəricilər analiz obyektləridir.
2. Əhalinin siyahıyaalınması haqqında məlumatlar. Bizim ölkəmizdə, bir çox başqa ölkələrdə olduğu kimi, siyahıyaalınma on ildən bir keçirilir. Sonuncu dəfə tam siyahıya alınma 1989-cu ildə keçirilib. Bununla yanaşı Dövlət Statistika Komitəsi əhalinin 5 faizli siyahıyaalınmalarını mütəmadi olaraq keçirir ki, bu da statistik məlumatlar üçün mənbədir. Siyahıyaalınmada istifadə olunan sorğu vərəqələri sosioloji anket xarakteri daşıyırlar, amma sonunculardan fərqli olaraq, onların vasitəsilə respondentlərin rəy və fikirləri deyil, ancaq obyektiv məlumatlar alınır (yaş, təhsil, mənzil şəraiti və s.). Bu qəbildən olan məlumatları sosioloqlar ixtisar edilmiş şəkildə «obyektiv məlumat» adlandırırlar.
Bu halda informasiya mənbəyi fərd, analizin obyektləri isə sosial birliklər, regionlar, sosial göstəricilərdir.
3. Həyat şəraiti haqqında xüsusi tədqiqatların məlumatları. Dövlət Statistika Komitəsi mütəmadi olaraq (hər il) ailə büdcəsinin istifadə olunmasının tədqiqatını keçirir, yəni müxtəlif tipli ailələrdə istehlak zənbilini öyrənir. Bu halda informasiya mənbəyi ailə, analiz obyektləri isə ailə, büdcənin məcəllələri olurlar.
4. Seçkilərin, referendumların nəticələri. Bu statistikanın xüsusi növüdür. İnformasiya mənbəyi - inzibati vahidlərdir (region, vilayət, rayon, dairə, sahə). Analiz obyektləri isə namizədlər, ərazi vahidləri, elektoral davranışdır.
5. Müəssisələrin arxivləri şəklində və s. olan spesifik sənəd mənbələri [10, kitab 1, səh.39-68].
Birincisi, bizim nəzərdən keçirdiyimiz sosioloji informasiya tipi tədqiqatın müxtəlif səviyələrində – sosiyetal, institusional, qrup və şəxsi, fərdi – sosial proseslərin xarakteristikalarını özündə saxlayır. İkincisi, onlarda (məlumat tipində) sosial proseslərin dinamikası öz əksini tapıb. Üçüncüsü, bu - insanların həyat fəaliyyətinin obyektiv xarakeristikalarından və onların subyektiv qiymətləndirilməsindən asılı deyildir.
Sosioloq bu qəbildən olan məlumatlara müraciət edir və analizin metodologiyası mövqeyindən vacib olan bir neçə situasiyada onlarla işləyir.
1. Birinci situasiyada sosioloq bu tip informasiyada olan sosial göstəriciləri bilavasitə öyrənir. Sosiologiyada dövlət statistikasının məlumatlarına əsaslanan ən azı üç sosioloji tədqiqat sahəsini göstərmək olar. Həmin sahələr bunlardır: sosial sistemlərin analizi (cəmiyyət bir sistem kimi nəzərdən keçirilir), sosial demoqrafiya (ölüm, doğum, miqrasiya və s. hallar öyrənilir) və iqtisadi sosiologiya. Deyilənlərdən belə nəticə çıxır ki, bu sahələrdə digər məlumat tipləri istifadə olunmur. Bu situasiyada spesifik olan yeni sosial göstəricilərin meydana çıxması və köhnələrin hesablanmasında metodikanın təkmilləşdirilməsidir.
2. Sosioloqun dövlət statistikasına müraciət etdiyi ikinci situasiya aşağıdakılardan ibarətdir. Bu tip informasiya sosioloq üçün zəruri olan sosial göstəricilərə malik olmaya da bilər, amma bu informasiyada sosial göstəricilərin formalaşması üçün empirik indikator rolunu oynayan xarakteristikalar vardır. Sosial göstəriciləri indekslər, törəmə göstəricilər, ümumiləşdirilmiş göstəricilər kimi göstərmək olar. İndekslərin formalaşmasını başqa sözlərlə sosial göstəricilərin indekslərin vasitəsilə dəyişməsi kimi adlandırmaq olar.
3. Üçüncü situasiya seçmə məcmuları formalaşdırmaq məqsədilə dövlət statistikasına müraciət edəndə yaranır. [1, səh. 145-189, 15, səh.200-235, 25, səh. 69-75] Bu halda minimum kimi oxşar, bir-birinə uyğun, yaxın, eynitipli obyekt qruplarının (rayonların, vilayətlərin) məcmusunu ayırıb göstərmək zərurəti yaranır. Bu hər qrupdan bir və ya bir neçə obyekti tədqiqat məqsədilə ayırmaq üçün zəruridir. Seçmənin, obyektlərin seçmə məcmusunun formalaşması sosiologiyada çox çətin məsələdir. Biz sadələşdirilmiş situasiyanı nəzərdən keçiririk.
Obyektlər arasındakı yaxınlıq anlayışı informasiyanın analizi metodologiyasının vacib anlayışıdır. Eyni tipli oybektlərin sırf texniki cəhətdən seçilib göstərilməsi informasiyanın yığcam olması zərurətindən irəli gəlir. Bu isə analizin əsas məsələlərindən biri olan qruplaşdırma, təsnifləşdirmə, bölüşdürmə məsələsidir. Buna uyğun olaraq, belə prosedur üçün usulların mənimsənilməsi tələb olunur. Yeri gəlmişkən, yəqin siz diqqət vermişsiniz ki, Neyl Smelzerin «Sosiologiya» (1994) kitabı məhz qruplaşma məsələlərinin nəzərdən keçirilməsi ilə başlanır.
Məzmun aspektində bu məsələ analiz dillərinin birinin məhz sosiologiyada tipoloji analizin çərçivəsində həll olunur. Kitabın son fəsillərində bu analiz növü ayrıca nəzərdən keçiriləcəkdir.
Bizim üçün mühüm olanı odur ki, sosioloq birinci tipin məlumatlarına müxtəlif məqsədlə müraciət edərək, bu informasiyanın dinamik sıralar, variasiya sıraları, (obyekt-əlamət) tipli matrisa kimi mövcudluq formaları ilə iş üsullarını mənimsəməlidir. Bu formaları nəzərdən keçirək.
/x/ sosial göstəricinin t il ərzində qiymətlərinin məcmusu, yəni göstəricinin zaman daxilində dəyişməsi dinamik sıra adlandırılır. Dinamik sıra aşağıdakı görkəmdə olur:
x1, x2, x3….x1 (1)
x sosial göstəricisinin k mümkün qiymətlərinin məcmusunun və bu qiymətlərin həmin obyekt qrupunda rastlaşmasının sıxlığı, yəni göstəricinin məkan daxilində dəyişməsi variasiya sırası adlandırılır. Variasiya sırası aşağıdakı görkəmdə olur:
x1, x2, xk-1 xk
n1, n2, nk-1 nk (2)
Məsələn, x2- göstərcinin mümkün olan ikinci qiymətidir, n2-isə bu qiymətin rast gəlinməsinin sıxlığını göstərir.
Məlumatların məcmusunun aşağıdakı görkəmi (obyekt-əlamət) tipli matrisa adlandırılır:
(3)
Matrisada (3) sətrlər n-obyektlərə, sütunlar isə k - göstəricilərinə uyğun gəlir. Məsələn, 2-ci göstəricinin x22 qiyməti 2-ci obyekt üçün.
İnformasiyanın bu mövcudluq formaları təcrübəyə əsaslanan bir çox elm sahələrində meydana çıxır. Buna görə də sosiologiyadan kənarda elə elmi istiqamətlər (müvəqqəti sıraların analizi, deskriptiv statistika metodları, çoxölçülü statistik analiz və s.) mövcuddur ki, onlarda da bu cür informasiya formaları ilə işləmək üçün metodlar, üsullar, yollar işlənib hazırlanmışdır. Əlbəttə ki, onları mənimsəmək vacibdir, amma bu ancaq sosioloqun bu metodların köməyi ilə həll etdiyi məzmunlu məsələlərin kontekstində olmalıdır. Daha sonra biz bu üsulların bəzilərini nəzərdən keçirəcəyik, onları mənimsədikdən sonra siz sosiologiyada daha mürəkkəb statistik analiz metodlarına müraciət edə biləcəksiniz.
Yuxarıda nəzərdən keçirilmiş informasiya tipi istifadəçi – sosioloqun nöqteyi-nəzərindən iki nöqsana malikdir: mümkün qeyri-tamlığa və qeyri-mötəbərliyə. Birincisi, ondan ibarətdir ki, bu tipdə sosioloqu maraqlandıran informasiya olmaya da bilər. İkincisi isə aşağıdakından ibarətdir. Məsələn, belə bir fakt məlumdur ki, əhalinin siyahıyaalınması prosesində bəzi qadınlar öz yaşlarını azaldıblar. Bu müəyyən illərdə pensiya yaşlı əhalinin payının düzgün proqnozlaşdırılmasını qeyri-mümkün edir. Uşaqlar arasında ölüm göstəricilərinin də bu statistikanın qapalı olduğu illərdə azaldılması halı da məlumdur.
Dostları ilə paylaş: |