Dərslik Bakı 014 bbk 60. T 12


Tip 4: Vaxt büdcəsindən istifadə haqqında məlumatlar



Yüklə 2,78 Mb.
səhifə31/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   131
Tip 4: Vaxt büdcəsindən istifadə haqqında məlumatlar

Vaxtın necə keçirilməsi və ya vaxt büdcəsindən istifadə haqqında informasiya insanların real davranışı haqqında məlumatdır. [17, səh.235-255] Belə tədqiqatların keçirilməsi prosesində ayrıca götürülmüş fərdin müəyyən zaman ərzində məşğuliyyəti haqqında informasiya toplanır. İndivid tədqiqatçının müəyyən etdiyi vaxt ərzində nə ilə, nə qədər, harada və s. məşğul olmuşdur. Beləliklə, vaxt büdcəsi üçün müddət təsadüfən götürülmüş gün, iki gün (iş günü və ya qeyri-iş günü), üç gün (iş günü, şənbə və bazar), həftə ola bilər. Yığım texnikası respondentin öz məşğuliyyətin bütün sutka ərzində fiksasiya etməkdən ibarətdir. Bir qayda olaraq vaxtın bölüşdürülməsi və ya onun müəyyən dövr ərzində istifadəsi vaxt büdcəsi adlandırılır. Ayrıca götürülmüş məşğuliyyət (siqaret çəkmək, uzanmaq, yuyunmaq, qəzet oxumaq, mahnı oxumaq və s.) empirik indikator hesab olunur. Məşğuliyyətə müvafiq olaraq büdcə xətkeşi adlandırılan şey qoyulur. Bu nə deməkdir?

Respondent təkcə nə ilə məşğul olduğunu (ilkin, əsas məşğuliyyət) deyil, həm də nə qədər vaxt məşğul olduğunu, eləcə də bununla yanaşı yenə də nə ilə məşğul olduğunu (ikinci, müşayiət edilən məşğuliyyət), bu məşğuliyyətin harada baş verdiyini, bu vaxt kimin iştirak etdiyini fiksasiya edə bilər. Müşayiət edən məşğuliyyətlərin analizi həm də ona görə vacibdir ki, bəzi məşğuliyyətlər demək olar ki, heç vaxt əsas məşğuliyyət rolunda çıxış etmirlər, məsələn, radio dinləmək. Məşğuliyyətin yerinin onun öyrənilməsində böyük rolu vardır (məsələn, gənclərin asudə vaxtlarını keçirdikləri yer). Məşğuliyyətin həyata keçirilməsində müxtəlif adamların iştirakı, xüsusilə, ünsiyyət tipini, kontakt dərəcəsini xarakterizə edir. Buna görə də ayrıca götürülmüş məşğuliyyətin xarakteristikası üçün aşağıdakı göstəricilərdən ibarət büdcə xətkeşi istifadə olunur:

-əsas məşğuliyyətin şifrəsi (kodu),

-əsas məşğuliyyətin müddəti,

-əlavə məşğuliyyətin şifrəsi,

-məşğuliyyətin həyata keçirildiyi yerin şifrəsi,

-«məşğuliyyətdə iştirak edən şəxslərin» şifrəsi.

Vaxt büdcəsinin tədqiqatında gündəlik ilə (gündəlik məşğuliyyətin fiksasiya olunduğu sənəddir) yanaşı sadə və mürəkkəb strukturlu müxtəlif anketlərdən də istifadə olunur. Vaxt büdcəsi (büdcənin istifadəsi nəzərdə tutulur) sosioloji informasiya tipi kimi mürəkkəb struktura malikdir. Analizin məqsədləri müxtəlifdir. Analizin vahidləri bunlardan ibarətdir: sosial birliklər və onların vaxt keçirmələrinə görə müqayisəsi; fəaliyyət növləri (məşğuliyyətlərin məcmusu); məşğuliyyət insan həyatında bir hadisə kimi. Burada informasiyanın yeni mövcudluq forması, məhz «obyekt-büdcə xətkeşi» tipli matrisa meydana çıxır. Bu matrisadan artıq bizə məlum olan matrisa tipləri, məsələn, «obyekt-əlamət» matrisasını almaq olar. Bu matrisada respondent obyektdir, məşğuliyyətlər isə əlamətlərdir. Matrisanın xanalarında müxtəlif məşğuliyyətlərin (əsas və müşayiətedici) müddəti, məşğuliyyətlərin sıxlığı göstərilir.

Baxmayaraq ki, vaxt büdcəsinin tədqiq olunmasında unikal informasiya toplanır, belə tədqiqatlar az yayılmışdır. Onlar həm yığım mərhələsində, həm də analiz mərhələsində çox əmək tələb edirlər. Vaxt keçirmənin tədqiqində ayrıca götürülmüş respondent və onun müəyyən olunmuş zaman ərzində vaxt keçirməsi, sosial birlik və onun vaxt keçirməsi, ayrıca götürülmüş məşğuliyyət, fəaliyyət növü (məşğuliyyətlərin məcmusu, məsələn: ev təsərrüfatında işləmək, uşaqlara qulluq etmək, alış-veriş, yol getmək və s.), fəaliyyət növlərinin qrupları (iş vaxtı, işdənkənar vaxt, asudə vaxt və s.) vaxtkeçirmənin strukturu analiz obyektləridir.



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin