Dərslik Bakı 014 bbk 60. T 12


Sizin hansı yaş qrupuna aid olduğunu qeyd etməyinizi xahiş edirik



Yüklə 2,78 Mb.
səhifə40/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   131
Sizin hansı yaş qrupuna aid olduğunu qeyd etməyinizi xahiş edirik:

1. 18-20 yaş

2. 21-25 yaş



9. 65-70 yaş

Beləlilkə, bizim mülahizələrimizdən bəzi nəticələri çıxarmaq olar. Haqqında danışdığımız ölçmə sosiologiyada mövcud olan ölçmənin ilk usulundan başqa bir şey deyildir. O, empirik obyektlərin arasındakı münasibətlərin modelləşdirilməsi əsasında yaradılmış anketin sualına verilən cavab variantlarına, «rəqəmlərin» (kodların, şifrələrin, balların, dərəcələrin) əlavə edilməsindən ibarətdir. Respondentə yuxarıda qeyd olunmuş sualları verəndə, görəsən, sosioloqu empirik obyektlər arasındakı olan hansı münasibətlər maraqlandırır? Respondentləri cinsə, fakültəyə görə müqayisə etmək üçün hər şeydən əvvəl sosioloqu «bərabərdir-qeyri-bərabərdir» münasibətləri maraqlandırır.

Bununla da biz sonradan müxtəlif respondent qruplarını da belə empirik indikatorlar üzrə müqayisə etmək imkanına malik oluruq. Daha sonra tədqiqatçını «çoxdur-azdır» münasibətləri maraqlandırır, belə ki, bu respondentləri müqayisə etməyə ona imkan verir, məsələn, təhsildən razılıq dərəcəsinə görə, hansı ki, birində yuxarı, digərində isə aşağı dərəcədə olacaqdır. Bununla da o, daha sonra analiz üçün eyni razılıq dərəcəsinə malik respondentləri ayıra bilər, eləcə də razılıq dərəcəsinə görə müxtəlif olan qrupları müqayisə edə bilər. Sonuncu məsələnin necə həll olunması haqqında sosiologiyada indeksləri nəzərdən keçirən zaman söhbət edəcəyik. Nəhayət, sosioloqu «nə qədər çoxdur/nə qədər azdır» və «neçə dəfə çoxdur/azdır» kimi kəmiyyət münasibətləri maraqlandırır. Məsələn, ayrı-ayrı tələbələrin və ya müxtəlif tələbə qruplarının müstəqil işə nə qədər çox/az vaxt sərf etməsini myqayisə etmək üçün.

Bununla da sosioloq ən azı üç ölçmə səviyyəsi ilə, üç əsas şkala tipi ilə üz-üzə gəlir. Əslində şkalalar çoxdur [17, səh.142-148, 23, 29, səh.81-121]. Sıra şkalası ilə metrik şkala arasında münasibətlər şkalası, intervallar şkalası, fərqlər şkalası mövcuddur. İnterval şkalasında başlanğıc hesab nöqtəsi yoxdur, amma demək olar ki, ölçmə obyektləri A və B bir-birilərinə B və C-dən yaxındırlar. Münasibətlər şkalasında ölçmə vahidi vardır və A obyektinin B obyekti ilə müqayisədə ölçülən xüsusiyyətlərinin neçə dəfə çox/az olduğunu demək olar.

Nominal və sıra şkalasının arasında qismən nizamlanmış şkala vardır. Məsələn, orta məktəb qiymətləri. Bu qəbildən olan şkalaları bir sadə səbəb üzündən nəzərdən keçirməyəcəyik. Ancaq «Metodologiyaya giriş…» kursunun öyrənən tələbə üçün bütün şkala tipləri haqqıda bilikdən daha çox onlardan istifadə etmək vərdişini əldə etmək lazımdır. Bu vərdişlər isə prinsipial olaraq ancaq indicə nəzərdən keçirdiyimiz üs əsas şkala tipi üçün fərqlənirlər. Əlbəttə ki, bu müəllif mövqeyi ölçmə problemləri üzrə mütəxəssislər tərəfindən bəyənilməyəcəkdir. Siz sonradan başqa nəticəyə gəlsəniz, bunun heç bir ziyanı olmayacaqdır.

İndi isə sosiologiyada metrik şkalaların ancaq nəzəri cəhətdən mövcud olmaları, praktiki cəhətdən isə çox vaxt psevdometrik xarakter daşımaları haqqında tezisi anlamağa çalışaq. Biz şərh prosesində «metrik şkala» terminindən müəyyən dərəcədə şərti olaraq istifadə edəcəyik. Ölçmə səviyyəsi sıra səviyyəsindən yüksək olan istənilən şkalanı, yəni nominal və sıra şkalalarından başqa bütün şkalaları biz belə işarə edəcəyik. Beləliklə, nəyə görə sosiologiyada psevdometriklik fenomeni müşahidə olunur və nəyə görə bunu bilmək tələbə üçün belə vacibdir?

Gəlir şkalasını nəzərdən keçirək. Apriori olaraq (empirik informasiyanı alana qədər) biz ona əsaslanırıq ki, bu metrik şkaladır. Çünki, ayrı-ayrı adamların (ailələrin) gəlirlərini müqayisə edə bilərik və birinin gəlirinin nə qədər çox və ya neçə dəfə çox, o birinin isə nə qədər az və ya neçə dəfə az olduğunu deyə bilərik. Gəlir kəmiyyətcə rəqəmlə ifadə olunur. Reallıqda, aposteriori (empirik məlumatlara görə) olaraq biz başqa bir şeyi aşkar edə bilərik. Axı əslində özü-özlüyündə «gəlirin» özü sosioloqu maraqlandırmır. Sosioloq üçün vcaib olan odur ki, «gəlir» rifahın empirik indikatorudur və əhalinin ayrı-ayrı qruplarının rifah səviyyəsinə fərqləndirilməsinə xidmət edir. Bu mövqedən gəlirdə olan 500 denominasiya olunmuş rubla bərabər fərq varlılar və kasıblar üçün tamamilə müxtəlif mənaya malikdir. Gəlirlərində bu qədər fərq olan varlılar ümumiyyətlə fərqlənmirlər, amma kasıblar üçün belə fərq çox əhəmiyyətlidir. Buna görə də, məsələn, bütövlükdə əhaliyə münasibətdə «gəlir» şkalası psevdometrik xarakter daşıyır. O, təkcə metrik aprioridir. Empiriyanın analizində biz onunla rəqəlmlərlə olduğu kimi işləyə bilmərik. Bununla belə, gəlirə görə eyni olan qruplar çərçivəsində – məsələn: kasıb, lap kasıb, varlı, lap varlı – gəlir şkalasından metrik şkala kimi istfiadə edə bilərik. Buna görə də biz «gəlirin» ölçüldüyü metrik şkalanın psevdometrik xarakter haqqında danışırıq.

İndi isə yaşın ölçülməsi üçün olan şkalanı nəzərdən keçirək. Qeyd olunduğu kimi, bu şkala iki formada mövcuddur. Əgər tədqiqatçı əvvəlcədən yaş qruplarını müəyyən edib göstəribsə və respondentə onun hansı yaş qrupuna aid olması haqqında sual ilə müraciət edirsə, onda apriori «yaşın» şkalası sıra şkalası olacaqdır. Əgər sual birbaşadırsa, şkala metrik olacaqdır. Biz yaş şkalasının məhz bu variantını nəzərdə tuturuq. Burada mənzərə eynilə gəlir halında olduğu kimidir. 30 yaşlı və 31 yaşlı kişilərin arasında olan bir illik fərq 59 yaşlı və 60 yaşlı kişilərin arasında olan bir illik fərq kimi deyildir. İkinci halda o daha çox mühümdür, belə ki, 60 yaşlı kişi artıq pensiyaçıdır. Şübhəsizdir ki, sosioloqlar bunu çox yaxşı başa düşürlər və nəzərə alırlar. Amma şkalaların mövcudluğu nöqteyi-nəzərindən bu heç də həmişə dərk olunmur. Bundan başqa, biz sizinlə parlaq və çox anlaşılan situasiyaları nəzərdən keçiririk. Real tədqiqatlarda isə şkala tipinin analizi həmişə belə aydın xarakter daşımır.

Bu misallardan analizin məqsədləri üçün empirik məlumatların bircinsliliyinin öyrənilməsinin zəruriliyi haqqında çox vacib olan bir nəticə çıxarırıq. «Bircinslilik» problemi analizin metodologiyasının vacib problemidir. Bu problem sosiologiyada müxtəlif kontekstlərdə və müxtəlif definisilərdə baş verir. Biz hələlik bu kontekstlərin ancaq biri ilə rastlaşmışıq. Bizdə metrikliyin, analizinin psevdometrikliyin əhəmiyyətsiz olması haqqında, yəni: «Nəzəri, fiziki, apriori olaraq metrik şkalalar mövcuddur, amma empirik, faktik, aposterori olaraq isə ancaq keyfiyyət bircinsliyi çərçivəsində mövcuddurlar» tezisinin əhəmiyyətsiz olması haqqında yanlış təəssürat yarana bilər.

Bununla belə bu çox vacibdir. Əgər metriklik yoxdursa, onda empirik məlumatlarla adi kəmiyyətlər, rəqəmlər ilə olduğu kimi işləmək olmaz. Kitabın üçüncü fəsli sosioloqun məhz müxtəlif şkalalarla necə işləməsinə həsr olunmuşdur. Diqqət verin, biz burada metodologiyada vacib olan vəziyyətin analizi ilə üzləşirik – kəmiyyət fərqi olan ancaq eyni bir keyfiyyətin (keyfiyyət bircinsliliyi) çərçivəsində mənaya malik olur.

Müxtəlif şkalalar üzrə alınmış empirik informasiya ilə iş zamanı yaranan daha bir süjeti nəzərdən keçirək. Söhbət şkalanın fiziki və faktiki tiplərinin uyğun gəlməməsindən gedir. Şkalanın fiziki (aprior, nəzəri) tipi kabinetdə, kağız üzərində tədqiqatın instrumentarilərinin hazırlanması prosesində düşünüb topladığımızdan əmələ gəlir. İnformasiyanın yığımı prosesində və onun yığımından sonra biz aşkar edə bilərik ki, şkalanın fiziki tipi faktiki (aposterior, empirik) tipi ilə uyğun gəlmir. Bizim düşündüyümüz şey reallığa uyğun gəlmir. Məsələn, sorğu vərəqələrində çox tez-tez həyat fəaliyyətinin müxtəlif sahələrindən (işdən, alınmış təhsildən, ailə həyatından, evlilik həyatından, sağlamlıqdan və s.) razı qalmaq haqqında çoxlu suallara rast gəlirik. Bütün bu «razılıqları» sıra şkalası ilə ölçmək təklif olunur. Tədqiqat prosesində real olaraq «Siz öz evliliyinizdən nə qədər razısınız?» sualı subay respondentə də verilə bilər. Təbiidir ki, o, bu sualı buraxır, ona cavab vermir. Sosioloq cavabın yoxluğu situasiyası ilə rastlaşır və onu interpretasiya etməyə məcbur olur. Cavabın yoxluğu başqa səbəbdən də ola bilər və bunu analiz prosesində müvafiq olaraq nəzərə almaq zəruridir. Formal olaraq desək, şkalada daha bir şkala qiyməti əmələ gəlir ki, onu şərti olaraq «sıfır» kimi göstərmək olar (şəkil 2.1.4).




Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin