Dərslik Bakı 014 bbk 60. T 12


Siz necə hesab edirsiniz, bu mühazirə kursu məzmunludur ya yox?



Yüklə 2,78 Mb.
səhifə47/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   131
1. Siz necə hesab edirsiniz, bu mühazirə kursu məzmunludur ya yox?

-bəli


-xeyr

-c/ç


2. Sizcə, mühazirəçi, mühazirəni maraqlı oxuyur ya yox?

-bəli, maraqlıdır

-xeyr, maraqlı deyildir

-c/ç


3. Siz bu kursun materiallarını əsasən başa düşürsünüzmü?

-bəli, əsasən başa düşürəm

-xeyr, başa düşmürəm

-c/ç


Bundan sonra aşağıdakı mülahizələr mümkün ola bilər. Cavab verməyə çətinlik çəkən tələbələrin «kursun» keyfiyyətinə münasibəti birmənalı olaraq interpretasiya olunmur. Ola bilsin ki, bunlar ümumiyyətlə təhsilə biganə olan və ya çoxlu dəs buraxan tələbələrdir. Hər halda materialların toplanması prosedurunun keçirilməsinə kimi biz c/ç situasiyasını analiz etməyə bilərik. Bu situasiyaları empirik məlumatların emal mərhələsində nəzərə almaq və analizin modelinə daxil etmək olar.

Onda səkkiz situasiya əldə edirik və onlardan hər biri kursun müəyyən «keyfiyyətini» (şəkil 2.2.2) xarakterizə edir. Bu «keyfiyyətlərə» a, b, c, d qiymətləri uyğun gəlir.




Situasiyanın nömrəsi

Məzmun-

luluq


Maraq

lılıq


Anla-ma

Keyfiyyət

Qiymət

1

+

+

+

əla

a

2

+

+

-

yaxşı

b

3

+

-

+

yaxşı

b

4

-

+

+

pis

d

5

+

-

-

kafi

c

6

-

+

-

pis

d

7

-

-

+

pis

d

8

-

-

-

pis

d


Şəkil 2.2.2 Məntiqi düzbucaqlı
Bu zaman a>b>c>d. Bununla da biz dörd dərəcəli sıra şkalasını əldə etdik. Başqa cür də fikirləşmək olardı, məsələn, birinci situasiyanı kafi kimi deyil, yaxşı kimi göstərmək olardı. Situasiyanı müəyyən keyfiyyətə aid etməməkdən ötrü qərarın çıxarılması üçün ekspertlərin rəyindən istifadə etmək lazımdır. Beləliklə, mülahizələrin keyfiyyətini sıra şkalası ilə ölçmək üçün alət əldə etmiş oluruq. Çıxış mahiyyətli empirik indikatorlar nominal şkala ilə ölçülmüşdür. Hələlik bu ölçmə aləti ancaq ayrıca götürülmüş respondentin tələb olunan keyfiyyətini ölçmək üçündür. Belə bir sual yaranır ki, ümumi qiymətləndirməyə, yəni sorğuya çəkilən tələbələrin bütün qrupu üzrə «mühazirə kursunun» qiymətini əldə etməyə necə keçmək olar? Belə sualın cavabı da tədqiqatın çöl mərhələsinə başlamamış ətraflı düşünülməlidir. Bu suala cavabın üsullarından biri məntiqi kvadratdan istifadə halında olduğu kimi, analitik indeksin formalaşdırmasıdır.

Biz məntiqi indekslərin vasitəsilə latent xarakteristikaların ölçülməsi hallarını nəzərdən keçirdik. Sıra şkalasının alınmasına təbii şəkildə səy göstərdik. Sosiologiyada məntiqi indekslər heç də hökmən ölçmə kontekstində və hökmən sıra şkalasını əldə etmək üçün meydana çıxmırlar. Məsələn, həyat siklinin (insanın) bir mərhələsi, sosial status və s. məntiqi indeksdir. Onlardan birincisi, yaş, ailə vəziyyəti, uşaqların sayı kimi empirik indikatorların əsasında formalaşır. O, ölçmənin nominal səviyyəsinə malikdir. Məsələn, biz ailəsi və uşaqları olmayan 35-40 yaşlı respondentləri ayrıca qrupda toplamaq istəyirik. Belə qrup ona həyat tərzinin gənclik tipinin xarakterik olması haqqında fərziyyəni yoxlamaq üçün lazım ola bilər. «Həyat siklinin mərhələsinin» göstəricisi (sosioloqlar bu məntiqi indeksi məhz belə adlandırırlar) vaxt keçirmənin, həyat tərzinin, dəyər oriyentasiyalarının tədqiqində çox mühümdür. Sosial statusa gəldikdə isə bu göstərici təhsilin səviyyəsini, gəlirin səviyyəsini və s. nəzərə alınması əsasında formalaşır. Elə bir tədqiqat yoxdur ki, orada məntiqi indekslərin formalaşması əsasında tipoloji törəmələr, tipoloji qruplar yaranmasın. Bu məqsəd üçün sosioloq ya elmdə toplanmış biliklərdən istifadə edir və ya qrupun mövcudluğunu hipotez şəklində yoxlayır.



Elə bir ümumiləşdirilmiş (törəmə) göstəricisini indeks adlandırıcağıq ki, riyazi əməliyyatların vasitəsilə nəticələrdən formalaşmış olsun. İndeks üçün başlanğıc göstəricilər empirik indikatorların ötəri və ya empirik indikatorlardan törəmiş hər hansı göstəricilər ola bilərlər. Məsələn, «mühazirə kursunun» keyfiyyətinin qiymətləndirilməsinin məntiqi düzbucaqlının vasitəsilə alınmış göstəricisi və ya məntiqi kvadratın vasitəsilə formalaşdırılmış təhsildən razı qalmağın göstəricisi, o cümlədən riyazi əməliyyatların yerində məntiqi və sadə hesab əməliyyatları çıxış edirlər.

Ümumi halda İ indeksi müəyyən funksiya görkəminə malik olur:

İ=F (x1, x2, x3, ….xn), burada x1 - n əsas göstəricilərdən i-ci göstəricisidir.

Ümid edirik ki, siz məktəb proqramından funksiyanın nə olduğunu hələ unutmamısınız.



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin