Dərslik Bakı 014 bbk 60. T 12


Sosial istiqamətlənmənin ölçülməsi üçün bəzi üsullar



Yüklə 2,78 Mb.
səhifə55/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   131
3. Sosial istiqamətlənmənin ölçülməsi üçün bəzi üsullar
Lui Terstounun şkalası. Emari Boqardusun şkalası. Lui Quttmanın şkaloqram analizi. Laykert və Terstounun şkalalarının oxşarlığı və fərqi. Boqardus və Quttmanın şkalalarının oxşarlığı və fərqi
Biz birölçülü şkalalama üsullarını nəzərdən keçirməyi davam edirik. Siz artıq inandınız ki, praktikada məntiqi kvadratı, yekun qiymətlər şkalasını fikirləşib tapmaq nə qədər çətindir. Çoxları yəqin yaxşı nəticələr əldə edə bilmədilər, bu da ki, normal situasiyadır. Bunun baş verməsinin əsas səbəbi ya sosial fenomenlərin öyrənilməsində lokal (dar) aspekti seçib ayırmaqda bacarıqsızlıq, ya da müəyyən «üsulun» vasitəsilə həmin «üsulun» ölçə bilməyəcəyi şeyi ölçmək arzusudur. Bunun baş verməməsi üçün müəyyən peşəkarlıq səviyyəsinə malik olmaq lazımdır.

Məntiqi dördbucaq isə sizdə alındı, çünki siz əsasən mənim nümunənin surətini çıxardınız. Bu belədirmi? Bizim üçün bu zaman ən əsası olanı «nəyin isə» alınmaması deyil, «bunun» nəyə görə alınmaması vacibdir. Bizim üçün vacibi olan nəyi necə etmək deyil, necə etməmək daha vacibdir.

Yekun qiymətlər şkalasını yada salırıq və belə bir sual veririk: məgər birölçülü şkalanı quran zaman (təbii ki, onun mövcudluğunu fərz etdiyimiz halda) nəzəri cəhətdən əsaslandırılmamış «yekunlaşdırmalardan» və mülahizələrin «havadan» axtarıb tapmaqdan keçinmək olmazmı? Olar, amma, o zaman çox zəhmət tələb edən ölçmə proseduraları ilə işləməli olacaqsınız. Belə proseduraların birini aşağıda nəzərdən keçirəcəyik. Onu bərabər görünən intervallar şkalası adlandırmaq qəbul olunmuşdur.

Bu prosedura və ya metod L.Tersounun (L.Thurchone) və Y.Çeyv (E.Chave) tərəfindən 1929-cu ildə kilsəyə olan münasibəti ölçmək üçün təklif olunmuşdur. Fikir verin: dinə qarşı deyil, bir sosial fenomen kimi kilsəyə qarşı. Dinə qarşı münasibət mürəkkəb sosial fenomendir və onu birölçülü şkala iə ölçmək mümkün deyil. Hətta ilk baxışdan aydındır ki, hər hansı bir A dinə B-dən daha yaxşı münasibət bəsləyir demək mənasızdır. Amma elə bu zaman müəyyən əsaslarla fikir yürütsək ki, müəyyən A kilsəyə bir sosial qurum kimi B-dən yaxşı münasibət bəsləyir, bu düzgün olar. Bərabər görünən intervallar şkalası Laykertin şkalasından əvvəl işlənib hazırlanmışdır. Laykert şkalası elə Terstounun şkalasına qarşı daha sadə olan bir prosedur kimi icad edilmişdi.



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin