Dərslik Bakı 014 bbk 60. T 12



Yüklə 2,78 Mb.
səhifə70/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   131
Birbaşa ranjirləmə
Fərz edək ki, bizim qarşımızda belə bir vəzifə olunur: peşələri onların tələbələr arasında olan nüfuz dərəcəsinə görə ölçmək. Bu zaman hüquqşünas, sosioloq, mühəndis, həkim və s. kimi peşələr məcmusuna əsaslanacağıq. Qeyd edək ki, peşələrin nüfuzluluğunu tədqiq etmək sosiologiyada çox mürəkkəb və maraqlı məsələdir. Biz bu məsələdən kiçik bir fraqmenti seçirik ki, bu zaman peşələrin siyahısı çox da böyük olmur və peşənin nüfuzluluğu deyəndə onun gənclər üçün cazibədarlığı nəzədə tutulur. Bu məsələnin həll edilməsinin üsullarından biri sorğunun keçirilməsidir ki, onun instrumentarilərinin sırasına ranjirləmə prosedurası daxil edilir.

Onu iki üsulla həyata keçirmək olar. Respondentə bütün siyahını (əgər o, çox da böyük deyildirsə) belə bir müraciətlə birdəfəlik təqdim etmək: Xahiş edirik, bu peşələri sizin üçün cazibəli olmasına uyğun olaraq cərgəyə düzün. Əgər siyahı uzundursa, başqa bir yol da mümkündür. Bunun üçün peşələrin adını ayrı-ayrı vərəqlərə yazmaq lazımdır.

Respondentə bir neçə vərəqə (3-5) təklif olunaraq xahiş olunur ki, vərəqələri onlarda yazılmış peşələrin cazibəsinə görə düşsünlər. Daha sonra vərəqələr bir-bir elə əlavə olunurlar ki, yeni vərəqələr əvvəlkilərin arasında yerləşdirilsin.

Məsələnin həllinin növbəti mərhələsi individual ranjirlənmənin nəticələrindən cazibədarlığına görə ranjirlənmiş «orta» peşə cərgənin bütün respondentlər və ya ayrı-ayrı qruplar üzrə əldə edilməsi çətin məsələdir. Ranqların və ya yerlərin ayrıca götürülmüş peşə üzrə cəmlənməsi və ya ranqın orta qiymətinin hesablanması nəinki nəzəri cəhətdən yolverilməzdir, həm də praktiki olaraq tamamilə mənasızdır. Siz aşağıda gətirilmiş real misalla tanışlıqdan, eləcə də bu bölmənin sonundakı tapşırığı yerinə yetirəndən sonra bundan özünüz əmin olacaqsınız.

Başqa ranjirlənmə məsələləri də analoji olaraq qoyulur. Məsələn: informasiya verilişlərini («Vremya», «Vesti», «Seqodnya», «Novosti 2x2», «Zerkalo», «İtoqi» və s.) onların informativliyinin dərəcəsinə görə; həyati dəyərləri («maraqlı iş», «məhəbbət», «yaradıcılıq», «maddi təminat», «ailə» və s.) onların həyatdakı vaciblik dərəcəsinə görə; siyasi xadimləri onların nüfuzuna görə ranjirləməyə cəhd edin.

Bütün bu hallarda ranjirləmə ölçmə üsuludur ki, onun tətbiqi nəticəsində ölçmənin sıra səviyyəsi alınır. Bu üsulu dəyərlərindən fərqləndirmək üçün onu birbaşa, sadə ranjirləmə kimi işarə etmək olar. Bir qədər aşağıda bu üsulla yanaşı biz Terstounun cüt-cüt müqayisə metodunu nəzərdən keçirəcəyik.



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin