Ikincisi, əlamətlərin differensiallaşan qüvvəsi birölçülü bölgü ilə müəyyən olunur. 3.1.1 cədvəlinə geri qayıdaraq görürük ki, bizim məlumatlarda iki peşəyə rast gəlinmir. Buna uyğun olaraq onlar növbəti analizdən keçirilmirlər. Respondentlərin müəyyən qrupu (razı qlmaq dərəcəsinə görə, professional) sayca çox da böyük olmaya da bilər (nəyin “az” və nəyin “çox” olduğunu sosioloq öz tədqiqat məsələlərinə əsaslanaraq müəyyən edir). Çox da böyük olmayan qrup onun başqa, böyük qruplar ilə müqayisə etmək imkanını istisna edir. Bu halda, sadə bölgülərə istinad edərək ayrı – ayrı qrupların birləşdirilməsi haqqında da qərar qəbul edirlər. Bununla da tədqiqatın məsələləri və hipotezləri dəqiqləşmiş ola bilər.