Lokal əlaqə ölçüləri.
Söhbət (2×2) adlandırılan qoşulma cədvəli növü kimi təqdim olunmuş məlumatların analizindən gedir. Fərz edək ki, birinci peşə (tələbənin gələcək peşəsi – politoloq) ilə təhsildən razılığının (narazılıqdan daha çox razılığı) dördüncü dərəcəsi arasında əlaqəni mütləq analiz etmək lazımdır. Bu halda iki xüsusiyyətin əlaqəsinin öyrənilməsi dilində danışmaq rahatdır. Bizim halda birinci xüsusiyyət politoloq olmalıdır, ikinci xüsusiyyət isə təhsildən 4 ballıq razılıqdır: ayrıca götürülmüş tələbə (digər məsələlərdə bu hər hansı bir empirik obyektdir) ya bu iki xüsusiyyətdən birinə sahib olur, ya eyni zamanda iki xüsusiyyətə sahib olur, ya da bunlardan heç birinə sahib olmur.
Bizim əvvəlki 3.3.1 cədvəlindən görürük ki, təhsildən razılığı dörd bala bərabər gələcək politoloqlar 30 nəfərdirlər. Birinci xüsusiyyətə malik tələbələr 70 nəfər, ikinci xüsusiyyətə malik olanlar 250 nəfərdir. 3.4.1 cədvəli bizim iki xüsusiyyət üçün (2×2) növlü cədvəldir. Cədvəlin xanalarındakı mötərizələrdə mütləq sıxlıqların şərti işarələri göstərilmişdir (a, b, c, d). Bu halda əmsallarsız da keçinmək olar. Marqinal sıxlıqlar bu dörd sıxlığın cəmi kimi göstərilmişdir.
Cədvəl 3.4.1
Dostları ilə paylaş: |