Dərslik Bakı 014 bbk 60. T 12



Yüklə 2,78 Mb.
səhifə11/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   131
«Metodologiya» anlayışını onun şərhinin dar mənasında nəzərdən keçirəcəyik. Məlumatların analizinin metodologiyası bizim belə anladığımız metodologiyanın hansı hissəsini əhatə edir? Bizi empirik sosiologiyada biliklərin əldə edilməsi prosedurası maraqlandırdığına görə, elə buna da əsaslanırıq. Əlbəttə ki, bu proseduraya empirik məlumatlar və ya sosioloji informasiya ilə aparılan işin ayrı-ayrı metodları, yolları, üsulları daxildir.

Biz iki anlayışı qeyd etdik: empirik sosiologiya və sosioloji informasiya. Nəzəri sosiologiyadan fərqli olaraq, empirik sosiologiya ilə sosiologiyanın elə bir sahəsi işarə olunur ki, orada sosial reallıq haqqında biliklər empirik məlumatlardan və ya sosioloji informasiyadan istifadə etmək əsasında sübut olunmuş və ardıcıl şəkildə əldə olunur. Diqqət verin! Sübut olunmuş və ardıcıl şəkildə. Biz sübut olunma və ardıcıllıq anlayışlarına daima müraciət edəcəyik, çünki, bizim əsas məqsədimiz informasiyanın alınması, ölçülməsi, sistemləşdirilməsi və ümumiləşdirilməsinin ayrı-ayrı üsullarını nəzərdən keçirmək əsasında tələbədə sosioloji təfəkkürə, elmi refleksiyaya (empirik biliklərin məzmun və alınma metodlarının tənqidi analizinə) maraq oyatmaqdır.

Yuxarıda qeyd etdiyimiz anlayışlarından ikincisini nəzərdən keçirək. Sosial reallıqlar: sosial hadisələr, sosial proseslər, sosial birliklər, sosial institutlar, sosial sistemlər, sosial qruplar və başqa sosial fenomentlər haqqında informasiyaya malik olan bütün empirik məlumatlar sosioloji informasiya adlandırılır.

Biz elə müəyyən anlayış kntekstini (sizə tanış olan) bilərəkdən sadalayırıq ki, sosioloq onun çərçivəsində empiriya ilə toqquşur. Birincisi, sosioloq «hazır» informasiya ilə (dövlət statistikası; seçkilərin nəticələri; müxtəlif növdən olan mətn informasiyası; başqa tədqiqatçıların əldə etdiyi materiallar) işləyir. İkincisi, sosioloqun özü anketləşdirmə, müsahibə almaq və müşahidə etmək prosesində məlumatları yaradır (toplayır).

«Sosioloji informasiya» termini əsasən yerli ədəbiyyatda istifadə olunur və heç də müvəffəqiyyətli deyildir (sosioloji deyil, sosial informasiya vardır). Amma biz onun «empirik məlumatlar» termini ilə tam əvəz edilməsi lazımlı hesab etmirik, çünki ədəbiyyatda bu termin ilə bəzən ancaq sosioloqun özünün topladığı informasiya göstərilir. Belə nöqteyi-nəzər bir qədər də yanlış deyildir. Buna görə də paralel olaraq həm «sosioloji informasiya» terminindən, həm də «empirik məlumatlar» terminindən istifadə edəcəyik.

İndi məlumatların analizi metodologiyasının müəyyən «işlək» tərifini vermək olar.1 Biz ona əsaslanırıq ki, bu elmi refleksiya müxtəlif informasiya tiplərinin, onun ölçülməsi üsullarının spesifikasının, onun analizinin məntiqinin və metodlarının mövcudluğu barəsindədir.

Bizim fikrimizə görə, məlumatların analizi metodologiyasını sosioloji tədqiqatların metodologiya sahəsi kimi strukturca ən azı aşağıdakı qarşılıqlı əlaqədə olan hisslərə bölmək lazımdır:

 Məlumat tipləri sosioloqun bu tiplərlə tədqiqatçılıq məsələlərinin, iş üsullarının, yollarının, metodlarının müxtəlifliyi kontekstində («dövlət statistikası» tipli məlumatlar; «sadə» strukturlu sorğu vərəqələrinin vasitəsilə əldə edilən məlumatlar; vaxt büdcəsinin istifadəsi haqqında məlumatlar; müxtəlif növlü mətn məlumatları).

 Müxtəlif tədqiqat situasiyalarında (birölçülü və çoxölçülü şkalalama; indekslərin formalaşdırılması; ranjirləmə; proyektiv texnikalar və s.) ölçmək üçün məlumatların yığılması üsulları və yolları.

 Məlumatların analizinin yüksələn strategiyası. Təsviri hipotezlərin yoxlanılmasının məntiqi və metodları. İzahedici hipotezləri formalaşdırmaq üçün ən sadələrdən başlayaraq və ən mürəkkəb olanlar da daxil olmaqla, empirik qanunauyğunluqların axtarışı.

 Məlumatların analizinin alçalan strategiyası. «Məlumatların analizinin əsas dilinin» göstərilməsinə əsaslanaraq, sosioloji tədqiqatlarda izahedici hipotezlərin yoxlanılmasının metodları və məntiqi.

 Tipoloji analiz, faktor analizi, səbəbiyyət analizi məlumatların analizinin və ya məlumatların analizinin metametodikasının dilləri kimi.

Bu elementlər və onların qarşılıqlı əlaqəsi bizim müzakirəmizin predmeti olacaqdır. Məlumatların analizi metodologiyası kimi qeyd olunmuş sahənin mənimsənilməsi prosesində müəyyən çətinliklər yaranır. Onlar əsasən bir neçə problemin mövcudluğu ilə bağlıdır. Bu müəyyən dərəcədə empirik sosiologiyada vacib olan postulatların mövcudluğudur. Biz məlumatların analizi metodologiyasının əsas anlayışları ilə tanış olmaq üçün onları kontekst kimi nəzərdən keçirəcəyik. Əlbəttə ki, söhbət əsas, amma ən vacib anlayışlardan – sosioloji tədqiqatlarda analiz «dilinin» bəzi elementlərdən gedəcəkdir.



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin