Dərslik Bakı 014 bbk 60. T 12


Məlumatların tipoloji analizinin dili



Yüklə 2,78 Mb.
səhifə115/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   ...   131
Məlumatların tipoloji analizinin dili
Tipoloji analiz öyrənilən sosial fenomenin [10, 14, 20] real mövcud olan tipləri (formaları, növləri) haqqında bilik axtarmaq üçün tətbiq olunur. Bizim məsələyə görə bu cənab x fenomeninin seçkilərdə mövcud olan tiplərinin axtarışıdır.

Hər şeydən əvvəl müəyyən edirik ki, bizim tədqiqatda analizin ümumi strategiyası neçə olacaqdır: yüksələn və ya alçalan. Amma bunun üçün bizim tədqiqatımızın əsas məqsədini formalaşdırmaq lazımdır. Öz növbəsində onu da tədqiqatın əsas hipotezi olmadan müəyən etmək olmaz. Belə hipotez aşağıdakı şəkildə səslənə bilər.

Cənab x-in seçkilərdə fenomeni” mənasında birtipli olan vilayətlər qrupu mövcuddur, həm də elələri mövcuddur ki, onları sosial idarəçilik obyektləri kimi interpretasiya etmək olar. Məsələn, o mənada ki, elektoral davranışa təsir mexanizmi eyni bir qrupa, eyni bir tipə aid olunmuş vilayətlərdə eynidir. Onda bizim tədqiqatımızın məqsədi məhz belə tip vilayətlərin olması haqqında hipotezin yoxlanılmasıdır. Amma belə tiplər olmaya da bilər, yəni hipotez təsdiq olunmaya da bilər. Bildiyimiz kimi, bu heç də o demək deyildir ki, biz pis nəticə almışıq. Sosioloq üçün istənilən nəticə vacibdir.

Fikir verin ki, hipotezin formuluna nəzərdə tutulan analizin dili – tipoloji analiz dili qoyulmuşdur. Burada birinci olan nədir – hipotez və ya analizin dilinin seçilməsi? Bu sualın cavabını hələlik verməyək.

Əgər bizdə məhz bu növdən olan vilayət tiplərinin mövcudluğu haqqında hər hansı apriori təsəvvürlər olsaydı, onda analizin məntiqi alçalan strategiya üzrə qurulmalı idi. O zaman biz apriorcasına müəyyən edilmiş eynitipli vilayət qruplarını seçib ayırardıq. Bu əlamətlər tip əmələgətirən əlamət rolu oynayırlar. Daha sonra bizim empirik indikatorun hər vilayət qrupunda xarakter bölgüsünü, eləcə də onun başqa əlamətlərlə qarşılıqlı əlaqəsini öyrənərdik. Sonuncular da həmçinin sosioloq tərəfindən qabaqcadan müəyyən olunublar və eləcə də tipyaradan rol oynayırlar. Hələlik tipoloji analizin bütün prosedurunu təsvir etmək mümkün deyildir. Bir şey aydındır: bu halda biz ümumidən xüsusiyə doğru alçalan strategiya ilə gedirik.

Əgər bizdə heç bir apriori təsəvvür yoxdursa, onda analizin məntiqi yüksələn strategiya üzrə qurulur. Onda hər şeydən əvvəl bizim empirik indikatorun vilayətlərin bütün məcmusu üzrə bölünməsinin xarakterini öyrənirik. Bunun üçün amplitudanı, modanı, medianı, ölçülmüş ədədi ortanı, dispersiyanı, kvartil amplitudanı hesablayırıq. Fərz edək ki, aşağıdakı nəticələri almışıq:



- amplituda, yəni empirik indikatorun maksimal qiyməti (qoy onun qiyməti 25% olsun) ilə minimal qiyməti (qoy 5%-ə bərabər olsun) arasındakı fərq;

- birinci modal qiymət, yəni cənab x-in təqribən 10% səs topladığı vilayətlər ən çox rast gəlinən vilayətlərdir;

- ikinci modal qiymət;

- median, yəni vilayətlərin yarısında cənab x 15%-dən çox, digər yarısında isə 15%-dən az səs toplamışdır;

- kvartil amplituda, yəni medianın ətrafında səpələnmə, yəni

- ölçülmüş ədədi orta, yəni cənab x Rusiya üzrə orta hesabla 16.5% səs toplamışdır;

 =7 - ortakvadratik sapma, yəni ədədi orta ətrafındakı səpələnmə 7.7-ə bərabərdir.

Qeyd etmək lazımdır ki, biz metrik şkala ilə işləyirik. Buna görə də bölgünün empirik əyrixəttini qurmaq zərurəti meydana çıxanda empirik indikatorun qiymətlərinin (5-dən 25-ə kimi) dəyişməsinin bütün diapazonunu intervallara ayırmaq (bərabər və qeyri – bərabər) zəruridir.

Amplitudun, kvartil amplitudun, ortakvadratik sapmanın qiymətlərinə əsaslanaraq görürük ki, vilayətlərin məcmusu elektoral davranış nöqteyi – nəzərindən bircinsli deyildir. Tamamilə aydındır ki, ən azı dörd tipoloji sindrom müşahidə olunur. Birincisi cənab x-ə minimal sayda səs verən vilayətlər qrupu ilə şərtləndirilmişdir. Onu da deyək ki, belə qruplar yeganə bir vilayətdən də ibarət ola bilər. Üçüncü və dördüncü sindrom – təqribən səslərin 10%-ni və 20%-ni verən vilayətlər qrupudur. Bunlar hələ tip deyillər, ancaq tipliyə namizəddirlər, ona görə də biz “tipoloji sindrom” anlayışından istifadə edirik.

Axı bizi sadəcə olaraq cənab x-ə verilmiş səslərin sayına görə oxşar olan vilayətlər qrupu maraqlandırmır. Bizim üçün ancaq elə qruplar maraqlıdırlar ki, onları sosial idarəçilik obyektləri kimi interpretasiya etmək olsun – o mənada ki, eynitipli qrupa aid edilmiş vilayətlərin elektoral davranışına təsir mexanizmi eynidir. Buna görə də cənab x-ə verilmiş səslərin sayına görə aparılmış bir növ formal qruplaşmadan məzmunlu tipologiya keçid məsələsi meydana çıxır.

Bunun üçün bizim empirik obyektlər – vilayətlər haqqında əlavə informasiyanın olması zəruridir. “Nə cür informasiya lazımdır?” sualına cavab sosioloqun başqa bir suala axtardığı cavabdan irəli gəlir. Eyni bir qrupa aid edilmiş vilayətlər verilmiş səslərin payından əlavə nə ilə bir – birinə oxşardırlar? Bəlkə onların ali təhsilli əhalisinin faizi eynidir, bəlkə də onlarda kənd əhalisinin payı eynidir və s. Belə bir variant da mümkündür: bəlkə vilayətlər onlarda seçkiqabağı kompaniyanın təşkil olunmasına görə oxşardırlar? Bir necə faktorun səbəbin də olması mümkündür.

Bizim üçün hələlik vacib olanı odur ki, yüksələn strategiya üzrə tipoloji sindromlar axtarılır, alçalan strategiya üzrə isə tiplərin mövcudluğu hipotezi yoxlanılır. Tipoloji analizin dilinə kitabın növbəti – son fəsli həsr olunmuşdur.


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin