Eynitipli obyektlər qrupu
|
Sxem 4.2.1 Tipoloji analizin anlayış aparatı
sosioloqa sosial obyektin xüsusiyyətlərinin əsas məcmusunu göstərməyə kömək edir, hansıların ki, əsasında obyektlər öyrənilən hadisənin ayrı – ayrı tiplərinin daşıyıcıları kimi çıxış edirlər. Məsələ 1-də tipologiya obyekti elektoral davarnış, məsələ 2-də isə vaxtkeçirmədir. Tipyaradan əlamətlərin bu hissəsinin əsasında təsnifat əlamətləri formalaşırlar, yəni elələri formalaşır ki, onların əsasında obyektlərin siniflərə bölünməsi həyata keçirilir. Onlar elə bil təsnifat alqoritminə girişdə təqdim olunurlar. 1.1 əsası üçün olan məsələ 1-də belə tipyaradan əlamət bir ədəddir, ona görə ki, əlimizdə elektoral davranışın ancaq bir xarakteristikası vardır. O, həm də təsnifat əlamətidir. 1.3 əsasına münasibətdə onların sayı çox ola bilər. Çünki, səslərin sayından əlavə həyat səviyyəsinin göstəriciləri də istifadə olunurlar. Bizdə cəmi iki təsnif edilmiş əlamət var idi, çünki biz ancaq bir analitik indeksdən – “həyat səviyyəsinin keyfiyyətindən” istifadə etmişdik.
Məsələ 2-də belə tipyaradan əlamətlər kimi fəaliyyət növləri çıxış edirlər. Onların əsasında təsnifat əlamətləri formalaşırlar. Bu həm birbaşa vaxt sərfləri, həm asudə vaxtın ümumi həcmdə bu vaxt sərflərinin payları və s. ola bilər. Əgər 2.1 əsası qəbul edilirsə, onda təsnifat əlamətləri vaxtın ümumi həcmində (bu isə tipologiya obyektidir) sərf olunan vaxtın paylarıdır. Əgər 2.2 əsası qəbul olunursa, onda təsnifat əlamətləri fəaliyyət növlərini həyata keçirmək üçün sərf olunan vaxtın miqdarlarıdır.
Tipyaradan əlamətlərin məcmusunun ikinci hissəsi başqa funksional rol oynayır və elə əlamətlərdən ibarət olur, hansıların ki, əsasında obyektlərin apriori tipologiyası keçirilir. Apriori tipologiya obyektlərin qabaqcadan keyfiyyətcə müxtəlif qruplara bölüşdürülməsidir. Apriori tipologiyanın məqsədləri məsələdən asılıdır. Məsələ 1-də aşağıdakı situasiya mümkün ola bilər: Məsələn, Rusiyanın vilayətləri arasında iki tənha vilayət vardır. Birində cənab x-ə həddindən çox səs, digərində isə çox az səs verilmişdir. Əgər bölgü alqoritmi belə tullanışları nəzərə almağa imkan vermirsə, belə vilayətləri təsnifat obyektləri sırasından çıxarmaq lazımdır. Bu obyektlər öz – özlüyündə tipliyə namizəddirlər. Onda apriori tipologiya üç müxtəlif obyekt qrupunu ayırmağa imkan verir. Burada tipyaradan qismində elə həmin əlamət istifadə olunur.
Tipyaradan əlamətlərin üçüncü hissəsi elələrindən ibarətdir ki, onlar birtipli obyektlər qrupuna keçid üçün təsnifatın interpretasiyasının məqsədinə xidmət edirlər (təsnifat termini eyni zamanda həm bölmə prosedurasını, həm də obyektləri siniflərə bölmənin nəticəsi kimi də istifadə olunur). Əslində bunlar elə faktorlardır ki, öyrənilən fenomenin tiplərinin bu və ya digər mövcudluq şəraitində mövcudluğunun izahı həmin faktorların vasitəsilə baş verir. Aşağıdakına diqqət verməyiniz vacibdir. Tipyaradan əlamətlərdən irəli gələn Eİ-nin vasitəsilə obyektlərin siniflərə bölünməsinin nəticələrini interpretasiyası prosesində elə bu faktların özlərinin də formalaşması baş verir.
Məsələn, müəllif tərəfindən göstərilmişdi ki, işçilər arasında vaxtkeçirmənin müxtəlif tiplərinin mövcudluğunu şərtləndirən əsas faktor “həyat siklinin mərhələsidir”. Bundan da nəticə çıxır ki, vaxtkeçirmə tiplərini sosial idarəetmə obyektləri kimi interpretasiya etmək məqsədilə TA-nın keçirilməsi üçün “həyat siklinin etapını” apriori tipologiyanı təsvir edən tipyaradan əlamətlərin sayına daxil etmək zəruridir.
Situasiyanı bir qədər mürəkkəbləşdirək. Təsəvvür edək ki, bizdə müxtəlif sosial gərginlik səviyyəsinə malik olan vilayətlərdə elektoral davranış tiplərinin (bu isə sadəcə olaraq faizlər deyil) müxtəlif olması haqqında ehtimal var. Onda obyektlərin iri qruplara – hansılarda ki, sosial gərginliyin səviyyəsi müxtəlifdir – bölgüsünü qabaqcadan həyata keçiririk. Hər belə qrup təsnifat üçün ayrıca məcmudur. Belə də ola bilər ki, bölgünün nəticələrinin interpretasiyası prosesində bunun əksinə əmin olaq. Məlum olacaq ki, elektoral davranış tipləri bütün bu qruplarda eynidir. Onda belə apriori tipologiya lazım deyildir və obyektlərin bütün məcmusunu birlikdə təsnif etmək lazımdır. Gördüyünüz kimi, TA prosedurası həmişə iterativ xarakter daşıyır.
Məsələ 2-də - tələbələrin vaxtkeçirmə tiplərinin öyrənilməsində - analoji situasiya baş verir. Rusiya tələbələri bircinsli olmayan məcmudur. Bu aydındır. TA prosesində bizi bu qeyri – bircinsliyin ancaq bir tərəfi maraqlandırır. Əgər sorğuya tutulmuş bütün tələbələri təsnifat obyektləri hesab etsək, biz belə faktla üzləşə bilərik. Fərz edək ki, müxtəlif növ fəaliyyətlərin həyata keçirilməsinə sərf olunan vaxtlar təsnifat əlamətləridir. Onda bəzi növ fəaliyyətlər üçün elə eyni bir kəmiyyəti elə eyni bir keyfiyyət kimi interpretasiya etmək olmaz. Bu nə deməkdir? Məsələn, riyaziyyatçı tələbəni və sosioloq tələbəni götürək və təsnifat əlaməti kimi kitabxanada görülən işə sərf olunan vaxtı nəzərdən keçirək. Məlumdur ki, riyaziyyatçı tələbə öz məsələlərini evdə də sakitcə həll edə bilər, amma sosioloq tələbə növbəti referatı yazmaq üçün kitabxanada oturmalı olur. Fərz edək ki, fəaliyyəti qalan növləri üzrə onlar çox oxşardırlar. Onda tam ehtimalla demək olar ki, tipə görə eyni olan bu tələbələr bölgü prosesində müxtəlif siniflərə düşəcəklər (əgər kitabxanaya getməyin müddəti ayrıca təsnif olunmuş əlamət hesab olunursa). Məzmunca bu yaxşı deyildir. Buna görə də qabaqcadan riyaziyyatçıları sosioloqlardan ayırmaq zəruridir, yəni eyni kəmiyyət eyni keyfiyyət kimi interpretasiya olunsun deyə apriori tipologiyasını qurmaq lazımdır.
Dostları ilə paylaş: |