Dərslik Bakı 014 bbk 60. T 12



Yüklə 2,78 Mb.
səhifə13/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   131
Empirik qanunauyğunluq anlayışı nəyi bildirir? Bu analizin metodologiyasında çox vacib bir anlayışdır. Ən sadə halda empirik qanunauyğunluqlar empirik yolla müəyyən edilmiş faktlardır, məsələn belələridir:

1. Cənab İks seçkilərdə seçicilərin 20% səsini ala bildi.

2. «4» və «5» alan tələbələrin 95%-i sosioloji fakültədə onlara öyrədilənlərdən tam və ya qismən razıdırlar.

3. Pensiyaçıların 20% və cavanların 40% sosial reklamın nə olduğunu bilirlər.

Daha mürəkkəb halda empirik qanunauyğunluq bu mövcud olan insanların təsviridir, məsələn, həyat tərzinə görə, dəyərlərin strukturuna görə, həyati strategiyalara görə, siyasi aktivliyə görə və s. Təbiidir ki, söhbət real olaraq mövcud olan tiplərdən deyil, empirik analizinin vasitəsilə əldə edilmiş davranış növlərindən gedir.

İkincisi, «analiz» anlayışı sosioloji tədqiqatların müxtəlif mərhələlərində müxtəlif şəkildə şərh olunur. Empirik məlumatlara əsaslanan sosioloji tədqiqatların sadələşdirilmiş sxemini özümüz üçün təsəvvür edək. O, üç elementdən ibarətdir.

 Tədqiqatın konseptual sxemi. Bu sxemə tədqiqatın predmetinin, obyektinin, məqsədinin, məsələlərinin, hipotezlərinin, eləcə də tədqiqatın anlayış aparatı daxildir.

 Empirik materialların yığılmasının metodikası, yəni tədqiqatın anlayışlarının və alətlərinin interpretasiyası.

 Məlumatların emal olunmasının metodikası, yəni informasiyanın təqdimat formaları, məlumatları ilkin analizi metodları, riyazi metodların tətbiqinin məntiqi.

Hər üç səviyyədə «analiz» anlayışı müxtəlif cür şərh olunur. Məsələn, üç səviyyədən sonuncusunda analiz informasiyanın statistik emal olunması kimi, hər hansı bir riyazi metodun tətbiqi kimi, müəyyən məntiqi indeksin (məsələn, konyuksiya və dizkonyuksiya kimi məntiqi əməliyyatların istifadəsi yolu ilə əldə edilmiş bəzi empirik indikatorların əsasında alınmış yekun göstərici) hesablanması kimi və s. interpretasiya oluna bilər. İkinci səviyyəyə gəldikdə isə, anket suallarının və ya digər qəbildən olan empirik indikatorların dərk edilmə imkanlarının analizindən danışmaq olar. Əgər bu üç səviyyədən birincisini götürsək, onda tədqiqatın hipotezlərinin (əgər tədqiqatda beləsi varsa) yoxlanılmasının müxtəlif məntiqi sxemləri, müxtəlif dərəcəli məsələlərin həllinin məntiqi, empirik qanunauyğunluqların interpetasiyasının məntiqi analizi üçün başa düşülə bilər. Əlbəttə ki, bu orta səviyyənin paradiqmasına və nəzəriyyəsinə istinadən olmalıdır.

Bütövlükdə isə hər bir sosioloji tədqiqat sosial reallığın analizinin fraqmentidir. «Analiz» termininin definisiyası (tərifi) sosiologiyada ancaq o zaman mümkün ola bilər ki, onda termin müəyyən sözbirləşmələrində işlənmiş olsun. Məsələn belələrində:

analizin məntiqi, analizin strategiyası, məlumatların ilkin analizi, statistik analiz, ikinci analiz, məlumatların analizi, riyazi analiz, tipoloji analiz, faktor analizi, səbəbiyyət analizi, müqayisəli analiz və s.

Hələlik biz onların definisiyasının tətbiqindən imtina etməliyik. Onu da qeyd edək ki, elmi işdə [17, səh.663] «analiz» termini ilə 18, «Ensiklopedik sosioloji lüğət»də isə [23, səh.925] 20-dən çox sözbirləşməsi istifadə olunmuşdur. Anlayışların çoxmənalı şəkildə işlədilməsinə dair başqa misalları da nəzərdən keçirək. Məsələn, «formalizasiya» anlayışı. O, metodoloqlar və riyaziyyatçılar tərəfindən müxtəlif cür şərh olunur. Metodoloqlar onu məntiqi sxemlər; keyfiyyətli modellər kimi başa düşürlər, riyaziyyatçılar üçün isə formalizasiya hər hansı riyazi metodların (formullar, qrafiklər, qraflar və başqa riyazi model və konstruksiyalar) istifadəsidir.

Metodoloq və metodistlərin operasionallaşdırmanı necə başa düşdüklərini müqayisə edək. Birincilər üçün bu anlayış operasional tərifinin tətbiqidir. Abstrakt anlayışın definisiyalarından biri operasional tərifdir. İkincilər üçün bu anlayış tədqiqatın nəzəri anlayışlarından empirikcəsinə interpretasiya olunan anlayışlara və daha sonra empirik indikatorlara keçid deməkdir.

Biz artıq bir neçə dəfə «empirik indikator» anlayışının adını çəkmişik, bu anlayış sizə «Sosioloji tədqiqatlarda informasiyanın yığımı metodları» kursundan məlumdur. Siz bilirsiniz ki, söhbət elə şeydən gedir ki, onun qiymətini bilmək, müşahidə etmək olur. Bu elə şeydir ki, onun köməyi ilə empirik məlumatlar əldə etmək olar. Empirik indikator – müşahidə olunan əlamətdir. Məsələn, sosioloq üçün anket sualları (yaş, sosial vəziyyət, siyasi mənsubiyyət, iş yeri və s. haqqında); müxtəlif namizədlər üçün verilən səslərin miqdarı; dövlət statistikasında sosial göstəricilər (doğum, ölüm, işsizlik və s. haqqında); bəzi terminlərin mətndə işlədilməsinin sayı; respondentin bəzi stimullara verdiyi reaksiyaların hər hansı bir şəkildə olunmuş qeydləri empirik indikatorlardır. Sonuncuya gəldikdə isə, siz «stimul-reaksiya» prinsipi üzərində qurulmuş müxtəlif psixoloji testlərin mövcud olduğunu bilirsiniz.

«Formalizasiya» və «operasionallaşdırma» anlayışlarını nəzərdən keçirməyimizdən analiz dilinin iki əsas anlayışını seçib ayıraq: məntiqi formalizasiya və riyazi formalizasiya. Birincisi sosiologiyada strukturlaşdırma, nəyin isə məntiqi sxeminin qurulması, nəyin isə analizi, ikincisi isə istənilən riyazi konstrukturların (formul, metod, modellər və s.) tətbiqi deməkdir. Ən əsası odur ki, ikinci birincisiz mövcud ola bilməz, birinci isə ikincisiz mövcud ola bilər.

V.İ.Paniotto və V.S.Maksimenkonun «Riyaziyyat sosioloqa nəyə görə lazımdır?» [9] kimi əla kitabında müəlliflər çox asan və inandırıcı şəkildə «Sosioloqa riyaziyyat nəyə görə lazımdır?» sualına cavab verirlər. Kitabda material üç iştirakçının söhbəti şəklində verilib, iştirakçılar qısaca belə işarə olunublar:

A – müəllim, alim.

Q – Qriqori, humanitar təfəkkürə meylli şagird.

M – Mixail, riyazi təfəkkürə meylli şagird.

Şagirdlərdən birincisi (Q) təbii olaraq hər cür riyazi formalizasiyaya müqavimət göstərir. Buna uyğun olaraq ikinci şagird (M) dünyada olan hər şeyi formalizasiya etmək istəyir. Aydındır ki, müəllimin (A) rolu həm birinci, həm də ikinci şagirdin səhv mülahizələrini yoxlayıb ayırd etmək və tədqiqat situasiyasına adekvat mühakimə üsulunu təklif etməkdir.




Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin