Dərslik Bakı 014 bbk 60. T 12



Yüklə 2,78 Mb.
səhifə22/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   131
Xüsusiyyət – olduqca nəzəri və çox geniş anlayışdır. Biz ancaq xüsusi, kifayət qədər sadə növün xüsusiyyətləri üzərində duracayıq. Bəs bu xüsusiyyətlər necədirlər? Ancaq elələridir ki, onların haqqında aşağıdakı fərz olunan fikirlər mümkün ola bilər: A obyektində adı gedən xüsusiyyət B obyektindən olduğundan çoxdur və ya A və B obyektləri bu xüsusiyyət nöqteyi-nəzərindən bir-birindən seçilmirlər. Burada, obyekt deyəndə, analizin obyektlərinə uyğun olaraq, empirik obyektlər başa düşülür. Hesab etmək olar ki, analiz obyekti və tədqiqat vahidi [1, səh.85] demək olar ki, eyni şeydir. Adı çəkilən elmi işdə birliklər, institutlar, mətnlər, hadisələr kimi tədqiqat vahidləri təqdim olunur.

Bizim halda söhbət empirik obyektlərdən gedir, onların rolunda respondentlər, ekspentlər, ailələr, tələbə qrupları, regionlar, rayonlar, ölkələr, sosial birliklər və s. çıxış edə bilərlər. Empirik obyektlər – müqayisə obyektləridir. Empirik obyektlər – analiz obyektləridir. Burların hökmən bilavasitə informasiya daşıyıcıları olması məcburi deyildir. Məsələn, aillər, briqadalar, qruplar empirik obyektlərdir, amma onların tədqiqi üçün informasiya daşıyıcısı (mənbəyi) isə ayrı-ayrı respondentlərdir. Bundan sonra empirik obyekti nəzərdə tutaraq «obyekt» terminindən istifadə edəcəyik. Hər bir belə obyekt müxtəlif xüsusiyyətlərə malikdir. Beləliklə, biz elə və ancaq elə xüsusiyyətləri nəzərdən keçiririk ki, onların haqqında «bərabərdir», «bərabər deyildir», «hə», «yox», «çox», «az» terminləri ilə danışmaq mümkün olsun.



Ümumiyyətlə, biz dəyişənlərin dili ilə bağlı olan sosioloji tədqiqat metodologiyası sahəsindən tam bir təbəqəni tədqiq etməyəcəyik. [1, səh.36-42] Dəyişən empirikcəsinə interpretasiya olunan anlayışdır. Sosial obyektin xüsusiyyəti – yüksək səviyyəli ümumilik anlayışıdır. Tədqiqatlarda xüsusiyyətlərdən konseptual dəyişənlər sisteminə keçirlər. Onlardan isə operasional şəkildə müəyyən olunmuş dəyişənlərə keçilir. Bununla da iki tip təriflər yaranır: konseptualoperasional. Sizə «İnformasiyanın yığım metodları» kursundan məlum olan şeyi – məhz operasional tərifi (dəyişənin qiymətini təyin etmək üçün tədqiqatçının görəcəyi işin təlimatlarının məcmusu) yada salaq. Dəyişənin yerinə «əlamət» terminini də işlətmək olar. Adətən eyni bir işin çərçivəsində eyni bir şeyi göstərmək üçün bir neçə termindən istifadə olunur.

Xüsusiyyət – bu həm dəyişkəndir, həm də əlamətdir və həm də elə şeydir ki, onu nə dəyişkən, nə də əlamət adlandırmaq olmaz. Buna görə də, anlayış cəngəlliklərinə girməməkdən ötrü hələlik «xüsusiyyət» terminindən istifadə edəcəyik və xüsusiyyətlərin kifayət qədər spesifik qrupunu nəzərdən keçirəcəyik. Bu zaman hesab edəcəyik ki, xüsusiyyətlərin öyrənilməsi üçün modelin qurulması nəticəsində empirik indikatorlara qədər çatırıq. Sonuncuları həm də müşahidə olunan əlamətlər, operasionalcasına müəyyən olunmuş dəyişənlər adlandlıra bilərik.

Tədqiqat vahidləri olan müxtəlif obyektlərin – vahidlərin ayrı-ayrı xüsusiyyətlərinin öyrənilməsi modellərini nəzərdən keçirməyə başlayaq.


Misal 1.

Tələbə ailəsinin «Maddi təminat» kimi xüsusiyyətinin öyrənilməsinin modeli. Tələbə ailəsinin öyrənilməsinə həsr olunmuş hər bir tədqiqatda bu xüsusiyyətin öyrənilməsi üçün zərurət yaranır. Hələlik bizim qarşımızda ancaq kiçik bir məqsəd durur. Biz ayrı-ayrılıqda götürülmüş ailələri müqayisə etmək imkanına malik olmalıyıq, yəni nəticə çıxarmalıyıq ki, A ailəsi B ailəsindən maddi cəhətdən yaxşı təmin olunub və ya A və B ailələrinin maddi təminatı eynidir.

Aydındır ki, müasir situasiya bu xüsusiyyətin ehtiyatla və «hiylə» ilə öyrənilməsini tələb edir. Ən sadə üsul bütöv bir ailəyə və ya onun üzvlərindən birinə qarşı yönəldilmiş sual şəkilli empirik indikatorun yeganə nüsxədə formalaşdırmaqdır. Məsələn, o, aşağıdakı kimi ola bilər:




Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin