Dərslik Bakı 014 bbk 60. T 12



Yüklə 2,78 Mb.
səhifə46/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   131
Məntiqi düzbucaqlı.

Kvadrat, düzbucaqlı (kub da ola bilər) terminləri məntiqi indekslərin qurulması zamanı ümumiyyətlə işlətməmək olar. Onlar məntiqi indekslərin ancaq obrazlı şəkildə davranışı üçün zəruridirlər və heç bir məna yükü daşımırlar.

Təsəvvür edək ki, biz sosioloji fakültədə xüsusi kursdan dərs deyən müəllimlərin reytinqini öyrənirik. Bu zaman tələbələrin rəyinə istinad edirik. Bu məqsədə çatmaq üçün təbiidir ki, prosedur və ya «mühazirələr kursunun» keyfiyyətini qiymətləndirmək üçün model lazımdır. Burada bir neçə modelin qurulması mümkündür. Mən düşünürəm ki, aşağıdakı mülahizələrim sizin etirazınıza səbəb olmaz. Mühazirələrin keyfiyyətini qiymətləndirmək üçün biz üç anlayışdan istifadə etmək istəyirik, onlar aşağıdakılardır:

-məzmunluluq (yeni biliyin olması);

-maraqlılıq (üslub mənasında, natiqlik istedadı);

-aydınlıq (materialın anlamlı olması);

Bu üç komponent, üç faktor istənilən «kursun» keyfiyyətini müəyyən edir. Bu qəbildən olan faktorların başqa variantlarının təklif olunmasını da istisna etmirik. Bu modelə əsaslanaraq, tələbəyə, məsələn, Q.Tatarovanın və ya istənilən digər müəllimin mühazirə kursunu qiymətdəndirmək üçün üç sual vermək olar:


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin