Dərslik Bakı 014 bbk 60. T 12


Mətn informasiyasında indekslər



Yüklə 2,78 Mb.
səhifə53/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   131
Mətn informasiyasında indekslər
Əgər analiz vahidi kimi müxtəlif nəşrlərlin məcmusunu götürsək, onda müxtəlif rubrikalar üçün ayrılan sahənin göstəricisi indeks kimi istifadə oluna bilər. Siz yəqin diqqət vermisiniz ki, biz indeksləri çox vaxt göstərici adlandırırıq. Onları belə adlandırmaq qəbul olunmuşdur. Müəyyən dövr ərzindəki nəşrlərdə tam kimin isə və ya nəyin isə müsbət qiymətləndirilməsinin orta sıxlığı, həm də hər hansı bir frazanın (ifadənin) rast gəlinmə sıxlığı göstərici ola bilər.

Beləliklə, indekslərin istifadə olunması haqqında bəzi nəticələr çıxarmaq olar:

1. Ayrıca götürülmüş obyektlər üçün, məsələn, respondentlər üçün (məntiqi kvadrat, məntiqi düzbucaqlı, Laykert şkalası) və ayrıca obyekt qrupları üçün hesablanan indeksləri fərqləndirmək lazımdır.

2. Respondentlər üçün indekslərin formalaşdırılması ölçmə prosedurası, şkalalama prosedurası adlandırırlar. Bu halda indeks termini ancaq məntiqi indekslərin göstərilməsi üçün istifadə olunur. Obyekt qrupu üçün indekslərin formalaşdırılması analiz prosedurasına aid edilir və bu ölçmə hesab olunmur. Ədəbiyyatda bu məqsədlə indeks analizi anlayışı istifadə olunur və «indeks» terminindən başqa «göstərici», «əmsal» terminlərindən də istifadə olunur.

3. Bütövlükdə istənilən riyazi metodların istifadəsini sosiologiyada indeks analizi kimi göstərmək olar [10, s.138-152]. Amma bu qəbul olunmayıb. Bununla belə məntiqi, individual, qrup və struktur indekslərini fərqləndirməklə indekslərin qurulmasını və istifadəsini indeks analizi adlandırmaq lazımdır.

4. İndekslər sosiologiyada spesifik rol oynayırlar. Kəmiyyət qiymətləndirmələri öz-özlüyündə xüsusi maraq doğurmurlar. Sosioloq üçün müqayisəli kontekst mühümdür. İndeksin dəyərliyi onun fərqləndirmək qabiliyyətindədir. İndeks çox vaxt nəzəri tənqidə dözməyərək zaman və məkan daxilində müxtəlif fenomenlərin müqayisəsi kontekstində effektiv işləməyi praktik olaraq bacarır.



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin