«Mən müəyyən irqin nümayəndəsi ilə əlaqədə olmağa razıyam:
1. nigaha görə yaxın kimi;
2. mənim klubumda şəxsi dostlarım kimi;
3. mənim küçəmin sakinləri kimi;
4. mənim iş yoldaşlarım kimi;
5. mənim ölkəmin vətəndaşları kimi;
6. ancaq turist kimi.
Birincisi, sadalanmış «qarşılıqlı münasibət» növlərini suala cavabın variantları hesab etmək olar. Onda bu mürəkkəb quruluşlu empirik indikatordur və ya birgə alternativli sualdır. Həm də respondent eyni zamanda cavabın bir neçə variantını seçir. İkincisi, bu sualı nominal ölçmə səviyyəsinə malik və iki qiymət qəbul edən altı empirik indikatorun məcmusu hesab etmək olar. Belə indikatorları, artıq qeyd olunduğu kimi, dixotomik adlandırırlar. Göstərilmiş nümunəyə əsaslanaraq, bəzi məsələləri nəzərdən keçirmək olar, məsələn, müxtəlif millətlərin ruslara münasibətinin ölçülməsi məsələsini. O zaman respondentə verilən sual belə səslənə bilər:
Dostları ilə paylaş: |