Cədvəl 2.4.2
Pivə sortlarının birbaşa ranjirlənməsi
Pivə sortları
|
Respondentlər
|
Moda
|
Median
|
1
|
2
|
3
|
4
|
5
|
|
|
p1
|
Bavaria
|
8
|
5
|
6
|
4
|
6
|
6
|
6
|
p2
|
White Bear
|
1
|
6
|
2
|
8
|
7
|
-
|
6
|
p3
|
Guiness
|
7
|
1
|
3
|
1
|
1
|
1
|
1
|
p4
|
Afanasi
|
6
|
4
|
4
|
2
|
2
|
2 və 4
|
4
|
p5
|
Baltika
|
2
|
3
|
1
|
3
|
3
|
3
|
3
|
p6
|
Tubaq
|
3
|
2
|
5
|
5
|
4
|
5
|
4
|
p7
|
Jiqulevskoye
|
5
|
8
|
8
|
6
|
8
|
8
|
8
|
p8
|
Oçakovskoye
|
4
|
7
|
7
|
7
|
5
|
7
|
7
|
Bundan sonra materialın izahını kifayət qədər maraqlı bir misalla davam etdirəcəyik. Bir dəfə, 1996-cı ildə mənim bir qrup çox güman ki, pivəni çox sevən tələbəmi seminarda müxtəlif pivə sortlarını onlara verilən üstünlüyə görə cərgədə ranjirləşmək tapşırığını yerinə yetirdilər. Bu qəbildən olan tapşırıqlar marketinq tədqiqatları üçün tipikdir, buna görə də biz bunu nümunə kimi istifadə etməyə qərara aldıq. 2.4.2 cədvəlində beş nəfərdən ibarət tələbə qrupu tərəfindən səkkiz pivə sortunun birbaşa ranjirlənməsinin nəticələri göstərilmişdir.
Cədvəlin son iki sütunu bizim respondentlərin müxtəlif pivə sortlarına verdikləri reaksiyaların iki göstəricisinə və ya xarakteristikasına uyğun gəlir. Onlar qrup qiymətləndirmələrinə keçmək üçün zəruridirlər. Bizim son məqsədimiz pivə sortlarının onlara verilən üstünlüyə görə ranjirlənmiş cərgəsini əldə etməkdir. Bu isə öz növbəsində bu və ya digər pivə sortuna görə reklam kompaniyasını keçirmək üçün, bu və ya digər sortun tədarükünün artması (azalması) üçün qərarın çıxarılmasına əsas ola bilər. Siz hələlik analizin üsulları ilə tanış deyilsiniz, amma medianın nə olduğunu və onun nə üçün istifadə olunduğunu siz Terstounun şkalasının qurulması prosedurasından bilirsiniz. İndiki halda mediansız keçinmək olmaz. Məsələn, «Baltika» sortu üçün median üçə bərabərdir. Onu hesablamaq üçün beşinci sətirin məlumatlarını artmasına və ya azalmasına görə sıralayırıq. Məsələn, artım üzrə 1, 2, 3, 3, 3 cərgəsini alırıq. Bu cərgənin ortasında duran qiyməti tapırıq. O, üçə bərabərdir. Bu onu göstərir ki, respondentlərin yarısı bu sortu üçdən aşağı yerə, digər yarısı isə üsdən yuxarı yerə qoyublar. Bu sosioloq üçün vacib informasiyadır. Əgər respondentlər p1, p2, p3, p7, p8 (bax, cədvəl 2.4.2) sortlarının qiymətləndirilməsində kifayət qədər yekdil olsaydılar, onda median orta ranq kimi xidmət edə bilərdi.
Burada biz mühüm bir nəticə çıxardırıq: göstəricinin qiymətini interpretasiyası «peşə sortlarının yerlərinə görə» bölgüsünün xarakterindən (cədvəldəki hər bir sətir elə bu cür bölgüdür) asılıdır. Moda və ya modal qiymət adlandırılan sadə bir göstərici də vardır. Bu «pivə sortlarını» yerlər üzrə bölgüsündə «yerin», «ranqın» ən çox rast gəlinən qiymətidir. Məsələn, «Oçakovskoe» pivəsi yeddiyə bərabər modaya malikdir. Bu pişə sortunun aldığı ranqların məcmusunda ən çox olanı yeddinci yerlərdir. Elə həmin «Baltika» üçün isə moda 3-ə bərabərdir, yəni bu ranqa başqalarından daha çox rast gəlinir.
Diqqət verin, moda ilə median üst-üstə düşəndə respondentlər verdikləri qiymətlərdə kifayət qədər yekdildirlər. O zaman qrup üzrə «orta ranq» da elə bil daha asan müəyyən olunur. O hallarda ki, ya moda və median fərqlənirlər, ya iki modal qiymət olur (p4), ya da moda ümumiyyətlə olmur (real tədqiqatlarda, nə zaman ki, respondentlərin sayı böyük olur, son situasiya bir qayda olaraq baş vermir) ranqların kəskin şəkildə fərqlənməsi müşahidə olunur. Bu sosioloq üçün vacib olan informasiyanın hələ ancaq fraqmentidir. Sort üzrə bir neçə modal qiymətin olması situasiyasında, məsələn, 4 nömrəli sortda olduğu kimi, bütün pivə sortlarının bir cərgədə ranjirlənməsi məsələsini həll etmək olmaz, respondentlərin arasında müxtəlif tipoloji qrupların seçilməsinə zərurət yaranır.
Hər bir belə qrup 4 nömrəli sort barəsində spesifik «orta» rəyə malik ola bilər. Ranqların bölüşdürülməsinin spesifikası, xarakterik sonrakı analizin məntiqini də doğurur. Amma, ilkin analiz moda və median kimi ən sadə göstəricilərin hesablanmasından başlanır.
Cədvəli diqqətlə nəzərdən keçirdikdən sonra belə bir nəticəyə gəlirik ki, «pivə sortu» üzrə heç bir cəmləmələr, orta qiymət hesablamaları işə yaramır. Əvvəlcə heç olmazsa, modal və median qiymətləri (onlar bir neçə dənə ola bilər) müəyyən edərək bölgünün xarakterini yoxlamaq vacibdir. Sonra isə məntiqini qurmaq lazımdır. Çox ola bilsin ki, bizim halda olduğu kimi, bütün respondentlər üçün orta olan ranjirlənmiş cərgəni ala bilməyək. Amma, bu o demək deyildir ki, qarşıya qoyulmuş məsələ həll olunmamışdır. Sadəcə olaraq empiriyanın strukturu elədir ki, o, mülahizələrin başqa cür məntiqini diktə və tələb edir. Sosioloq niyə və hansı məqsədlər üçün pivə sortlarını ranjirləyir?
Birbaşa ranjirləmədən fərqlənən ranjirləmə üsulları da mövcuddur. Cüt-cüt müqayisə adlandırılan metodu nəzərodən keçirək.
Dostları ilə paylaş: |