Dərslik Bakı 014 bbk 60. T 12



Yüklə 2,78 Mb.
səhifə90/131
tarix10.01.2022
ölçüsü2,78 Mb.
#108327
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   131
Üçüncüsü, sadə bölgülər üzrə bu bölgünün xarakterini müəyyən edirik və əlamətin öyrənilən obyektlərə münasibətdə (bizim halda humanitar – tələbələr) “davranışının” empirik qanunauyğunluqlarını təyin edirik. “Davranış” terminini sırf əyanilik və obrazlılıq üçün istifadə edəcəyik. Fikrimizcə o, riyazi terminlərdən daha çox faydalıdır.

Hər şeydən əvvəl bölgülər üzrə modal (tez – tez rast gəlinən) və antimodal (nadir hallarda rast gəlinən) tendensiyalar yaranır. Təkcə birincilər deyil, ikincilər də sosial əhəmiyyətli ola bilərlər. “Kiçik” sosioloq üçün iki cür mənaya malikdir.

Birinci – seçmə həcminə görə kiçik idi və hansı isə qrupun nümayəndələri həmin seçməyə düşə bilmədilər. İkincisi – “nadir”, amma sosial cəhətdən əhəmiyyətli qrup. Məsələn, latent sosial qruplar halı. Bundan belə nəticə çıxır – kifayət qədər əsaslandırma olmadan analizdən “antimodallığı” atmaq olmaz.

Nəhayət, aşağıdakılar vacib görünür. Birölçülü bölgünü müxtəlif “dillərdə” analiz etmək olar. Birinci, əsas dil – riyazi statistika, statistik analiz dilidir. Külli miqdarda ədəbiyyat məhz bu aspekti təsvir edir. Statistik yanaşmanın əsas postulatı: birölçülü bölgü əsas məcmusunun ancaq bir dəfə müşahidəsinin nəticəsidir və buna uyğun olaraq təsadüfi, kontrol olmayan faktorların təsirinə məruz qalır. Əgər seçmə “yaxşı” olubsa, onda onun əsasında əsas məcmusunun xarakteristikasını müəyyən dəqiqliklə hesabıamaq olar. Buradan da elə etimad intervalı anlayışı yaranır, bu növ xarakteristikaların həqiqi (əsas məcmu üçün) mənası bu intervaldadır. Statistik analiz dilində əlamətin mümkün olan mənalarını variantlar, onalrın məcmusunu və onlara müvafiq sıxlıqları isə variasion cərgələr adlandırırlar. Sosioloqlar bu terminlərdən demək olar ki, istifadə etmirlər.

Ikinci “dil” informasiya üsuluna və ya informasiya nəzəriyyəsi anlayışına əsaslanır. Informasiya vahidləri anlayışı mövcuddur. Bit (ingiliscə binary digit – qoşa rəqəm) bunlardan biridir. Informasiyanın istənilən axınını (rəqəmlər, hərflər, frazalar) sıfırlarla və vahidlərlə kodlaşdırmaq olar. Bu axının optimal (ən qısa) kodlaşdırılması üçün lazım olan sıfır və vahidlərin sayı informasiyanın kəmiyyəti adlandırılır.

Indi belə bir situasiya təsəvvür edək ki, bizə nəyi isə öyrənmək lazımdır. Məsələn, bizlərdən biri iştirakçılardan birini fikrində tutur. Ona nə qədər sual verməliyik ki, “kimi” fikrində tutduğunu tapa bilək. Həm də ancaq “bəli” və “xeyir” cavab variantları olan suallar verilməlidir. Bunun üçün mən hamının, məsələn iştirak edən 32 tələbənin sıyahısını tuturam. Sonra bu siyahını iki hissəyə bölürəm və siyahının birinci hissəsini göstərərək soruşuram ki, “həmin şəxs bu siyahıdadırmı?”. Bununla da aralarında fikirdə tutulan şəxs olan 16 tələbəni müəyyən etmiş oluram. Bölmə prosedurunu təkrar edərək 8 tələbədən ibarət və içində fikirdə tutulan şəxs olan siyahı əldə etmiş oluram. Belə bölgü prosedurasının təkrarı nəticəyə gətirib çıxarır. Mən cəmi beş sual verməli idim. Beş elə informasiyanın kəmiyyətidir. Bu kəmiyyəti başqa cür də müəyyən etmək olar. Hər tələbənin sıra nömrəsinə uyğun olaraq 00000-dan 11111-ə qədər beşrəqəmli ədəd yazaram və soruşaram ki, doğurdanmı fikirdə tutulan tələbənin birinci, ikinci, üçüncü, dördüncü və beşinci rəqəmləri birə bərabərdir?

Fikirdə tutulmuş tələbəni tapmaq üçün zəruri olan informasiyanın miqdarı beşə və ya log2 32-yə bərabərdir. Tapşırıq kimi pasportun nömrəsində olan informasiyanın kəmiyyətini hesablayın. Birölçülü bölgü özündə müəyyən kəmiyyətdə informasiya daşıyan müəyyən xəbər kimi də interpretasiya oluna bilər. Bu kəmiyyəti müəyyən ölçü ilə qiymətləndirmək olar və onun mənası müxtəlif bölgülər üçün müxtəlif olcaqdır. Belə ölçü həm də entropiya adlandırılır. Əgər sizlərdən birini bu problem maraqlandırsa, onda macar riyaziyyatçısının maraqlı kitabını (10) oxuyun, orada “İnformasiyanın nəzəriyyəsi üzrə tələbənin qeydləri” fəsli var.

Üçüncü “dil” – sadəcə olaraq müntəzəmliyin axtarışıdır, hansının ki, qiyməti heç bir riyazi statistika olmadan da təsvir edilə bilər. Bölgünün analizinin “dili” mövcuddur, bu zaman sıralanmalar və sıxlıqlar arasındakı nisbətlər analizdən keçirilir, məsələn, sosial konstantanın axtarışı üçün. Amma bunlar informasiya analizinin metodologiyasının öyrənilməsinin artıq növbəti mərhələsi üçündür. Bölgü analizinin “dilləri” çox ola bilər, bu daha bir səbəbdir ki, onun ucbatından biz statistik analiz terminindən deyil, əlamətin “davranışı” anlayışından istifadə edirik.



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin