Dərslik «Çİnar-çAP»



Yüklə 4,26 Mb.
səhifə170/175
tarix04.01.2022
ölçüsü4,26 Mb.
#52987
növüDərs
1   ...   167   168   169   170   171   172   173   174   175
XXI F Ə S İ L

ŞƏXSİYYƏTİN PSİXOLOJİ PROBLEMLƏRİ VƏ PSİXOLOJİ YARDIM

1. Psixoloji məsləhət və hokimsiz psixotcrapiya: problemlər və pcrspektivlər
Müasir dövrdə psixologiya clminin totbiq sahələri günü gündən genişlənir. Cəmi bir ncçə ilo bundan əvvəl başqa elmlərin səlahiyyətinə daxil olan bir çox məsolələr artiq psixoloji istiqamətdə, yaxud bilavasitə psixologiya elminin imkanları çərçivəsində həll olunmağa başlayır. Bu proses, birinci növbodə, tibb clmləri, məsələn, psixoterapiya sahəsində daha aydın müşahidə olunur.

Psixoterapiya iki yunan sözündən - psyche (ruh) + therapeia (müalicə) sözlərindən əmələ gəlmişdir. Tibbi ədəbiyyatda daha çox məqbul hesab edilon tərifə görə, psixotcrapiya xəstənin psixikasına və psixikası vasitəsilo orqanizminə müalicə tosiri sistemidir. Başqa sözlə, psixoterapiya dedikdə, insanin psixi tosir yolu ilə müalicəsi prosesi nəzərdə tutulur. Müalicə sözünə diqqot yetirin: psixotcrapiya bərqərar olmuş ənənəyə görə müalicə metodu hesab olunmuş və təbabətin səlahiyyətinə aid edilmişdir.

584

Bozi mütoxəssislər belo hesab edirlor ki, psixoterapiya psixiatriyanın tərkib hissosidir. Bir çox mütoxəssislərin, xüsusilo praktik psixoterapevtlərin fıkrincə, psixotcrapiya müstəqil elm sahəsidir.



Psixoterapiyanın elmlər sistemində yen no qodər mübahisəli olsa da, mütəxəssislorin, demok olar, əksoriyyəti belo hesab edir ki, psixoterapevt iki elm sahəsini - psixiatriya vo psixologiya elmlərini mükomməl bilməlidir. Bu, psixoterapiyanın nəinki psixiatriya, hom do psixologiya ilə bağlı olduğunu tosdiq etmək demokdir.

Psixotcrapiyanın inkişafında psixologiya mühüm rol oynamışdır. Əgər məsələnin tarixinə nəzər yetirsək, asanlıqla görərik ki, psixoterapiyada formalaşmış ayn-ayrı istiqamətlər məhz psixoloji nəzəriyyələr əsasında əmələ gəlmişdir. Mosolon, xarici ölkələrdə psixotcrapiyada üç istiqamot - psixoanalitik, bihevioristik və ekzistensial-humanistik psixoterapiya daha сох inkişaf etmişdir ki, onlar da freydizm, biheviorizm vo humanistik psixologiya zominindo formalaşmışdır? Keçmiş SSRİ-do do psixoterapiyanın inkişafında sovet psixologiyasının nailiyyotlori mühüm rol oynamışdır.

Böyük Vətən müharibəsindən sonrakı illərdə dcmoqrafık proseslər - doğum, ölüm, nigah, boşanma, miqrasiya və s. dünyanın qlobal problemlərinə çevrilirdi. Urbanizasiya prosesləri genişlənirdi: şəhər əhalisinin sayı sürətlə artır, yeni şəhərlər və qəsəbələr əmələ gəlirdi. Elmi-texniki inqilab vüsətlo ictimai həyatın bütün sahələrinə nüfuz edirdi: istehsalat prosesləri avtomatlaşır vo mexanikləşdirilir, robot texnikası omolo gəlir, sənaycnin kompyüterləşdirilməsi proscsləri həyati mona kəsb edirdi. Yeni peso sahələri sürətlə inkişaf edirdi. Bu şəraitdə insan amilinin xüsusi əhəmiyyət kəsb etməsi ilə əlaqədar olaraq ictimai hoyatın miixtolif saholərində yeni psixoloji problemlər mcydana çıxırdı. Onlann böyük əksəriyyəti insanin şəxsiyyəti ilə bağlı problemlər idi vo psixoloji yardım yolu ilo holl edilə bilərdi. Lakin qarşıya nəinki metodiki, hom də metodoloji əhəmiyyəti olan sual çıxırdı: bu köməyi sağlam insana kim - psixoloq, yoxsa psixoterapevt göstərməli idi? «Sağlam» sözünə diqqət yetirin: söhbət xəstəyə deyil, sağlam adama psixoloji kömək göstərməkdən gedirdi. Psixotcrapiya tibbi elm kimi bu məsələni holl edə bilərdimi? Xəstənin psixoterapiyasi zamani istifado olunan

585 müalicə üsullannı sağlam adama tətbiq etmək пө dərocodə səmərəli ola bilordi?

V. Şişkovun «Stranniki» adlı maraqlı povestinin fəsillərindon biri «Hipnoz təcrübəsi» adlanır. Onun qısa mozmunu belədir: xüsusi intcmatların birində uşaqlar intizamsızlıq edirdilər. Onların qarşısını heç cürə almaq mürnkün olmurdu. Bu zaman direktor uşaqlara tosir göstormək üçün intemata psixiatr dəvət ctdi. ü, uşaqları hipnoz üsulu ilə müalicə ctməyə başladı (yadda saxlayaq ki, hipnoz psixoterapiyanın osas üsullarından biridir). Psixiatr uşaqlarla 6 hipnoz seansı keçirmişdi. Beşinci seansdan sonra uşaqlarda dəyişikliklər əməlo golmişdi: onlar sözo baxmağa başlamışdılar. Psixiatr bunu müalicənin təsirilə izah edirdi. Lakin birdən-birə gözlənilməz hadisə baş verdi: 6-cı scansdan sonra uşaqlardan 7 nəfəri gecə vaxtı internatdan qaçdılar. Onlar bu zaman internat dircktorunun papağını, aşpazın gümüş saatını, eləcə də odeyal, çongəl-bıçaq və s. oğurlayıb özlori ilo aparmışdılar.

«Stranniki» bodii əsər olsa da, çox mühüm cohəti dəqiq ifadə edir: intcrnat uşaqları xəstə deyildilər, onları xəstə uşaqlar üçün səmərəli olan üsullarla müalicə etmək toşəbbüsləri istənilən noticəni verə bilnıozdi. Sağlam uşaqlara psixoloji (eləcə do pedaqoji) yolla tosir göstərmək lazım idi. Gəlin, bu baxımdan yuxarıdakı suallara cavab verək: sağlam adama psixoloji köməyi kim göstərməlidir? Sualın məntiqi cavabı belədir: sağlam adama psixoloji kömoyi psixoterapevt deyil, psixoloq göstərməlidir.

Bu şəraitdo xəstə adamlann müalicəsi ilo yenə də psixoterapevt məşğul olur, psixoloq isə sağlam adamlara psixoloji yardım göstərir. Nəzərə almaq lazımdır ki, psixoterapevtin psixoloqla ovoz olunması ilə işin əslindo mahiyyoti dəyişir. Psixoloq psixoterapevt kimi müalico ctmir, о, sağlam adama özünün psixoloji problemlorini, mosolon, öz münasibətlorini, davranış motivlorini, başqa adamın xüsusiyyətlərini və s. dork etmokdə psixoloji yardım göstərir, psixi sağlamlığını qoruyur.

Əslino qalsa, hokimsiz psixoterapiya ideyası heç də təzə mosələ deyildir. Əgər biz insanlann çoxosrlik iinsiyyot tocrübəsini nozordən keçirsok görorik ki, onlar mahiyyət etibarilə hokimsiz psixoterapiyanın sadə formalanndan istifado etmişlər: kcnposini öz xoş sözlori ilo ovunduran, yaralı olindon öpo-öpo uşağın ağrısını-acısmı alan ana, hosrətlə anasının yolunu gözjəyon nəvəsini şirin sö/-sphbeti ilo sakitləşdirən nənə, dəcol şagirdi öz faydalı

586 məsləhətləri ilə qayda-qanuna öyrədon tərbiyəçi, şirin söhbətləri ilə şagirdin hoyat yolunu müəyyən edən müəllim... Kim öz hoyat təcrübosində belo adamlara rast gəlməmişdir?!

Lakin bu təsir formaları adamlardan xüsusi məharət tələb edir. Təsadüfi deyildir ki, hor bir ana, ata, nənə, baba, tərbiyəçi vo ya müəllim söz vasitəsilo uşağa tosir edo bilmir. Əksər hallarda onlar uşaqla söhbət edərkən yalnız öz həyat təcrübəlorinə istinad cdir, ycrli-yersiz öyüd-nəsihət verir, bu zaman çox vaxt pedaqoji takt gözləmir və песо dcyərlor, qaş düzəldəndo vurub göz çıxarırlar.

Psixoloji yardım məsələləri ilo psixoloqun məşğul olması həkimsiz psixotcrapiya təcrübəsində yeni mərhələ kimi mühüm əhəmiyyətə malikdir.

Psixoloq bu hoyati məsələləri песо həll cdə bilər? Psixologiya elminin böyük praktik əhəmiyyəti vardır. Psixoloji biliklor ictimai təcrübənin miixtolif saholorində tətbiq olunur və böyük fayda verir. İnsan amilinin xüsusi aktuallıq kəsb etməsi ilo əlaqədar olaraq tətbiqi todqiqatlann əhomiyyəti daha da artırdı. Lakin tocrübə göstərirdi ki, müasir dövrün tətbiqi-psixoloji problemlorini əvvolki illər üçün xaraktcrik olan yollarla, hətta clmi-tədqiqat institutlarında, laboratoriya və kafcdralarda bilavasito praktik əhəmiyyəti olan məsəloləri öyrənməklə həll ctmək mümkün deyildir. Elmin praktika ilə intcqrasiyasını bilavasito təmin edən ycni fonna lazım idi. Bu zərurotin aydın dərk edilməsi nəticəsindo ölkədə tətbiqi tədqiqatların aparılması üçün geniş imkan yaradan «р s i x о 1 о j i x i d m ə t» sistemi təşəkkül tapmağa başladı.

Psixoloji xidmət xalis praktik təşkilatdır. Fundamental todqiqatların apanlması onun vozifosinə daxil deyildir və daxil ola da bilməz. Psixoloji xidmotin osas vəzifəsi psixologiya elminin nailiyyətləri səviyyəsində praktik problemləri həll ctməkdən ibarotdir. İnkişaf etmiş ölkolərdə homin məsələyə xüsusi diqqot yetirilir. Hətta keçmiş sovet ittifaqında ictimai hoyatm miixtolif sahəlorində psixoloji xidmət 60-cı illərin sonu - 70-ci illərin ovvəllərindən etibarən təşkil olurunağa başlamışdır. Moktobdə, miixtolif xidmot saholorindo psixoloji xidmotin təşkili işinə də geniş yer verilmişdi. Psixoloji xidmotin yeni vo perspcktivli bir sahosi -ailo x i d m о I i formalaşm'sdu. Lakin, qeyd ctmok lazımdır ki, holo bizdo psixoloji xidmotin vahid sistemi yaradılmamışdır. Holo do bir çox zavod vo fabriklordo psixoloji

587 xidmət məsələlərinə əslində əhəmiyyət verilmir. Praktik psixoloqun mövqeyi bir çox cəhətdən hələ dəqiq deyildir.

Psixoloji xidmət prosesindo, bir torofdon, rəhbər işçiləro, mühəndislərə vo s. digor torofdon votondaşlara müxtəlif formalarda əməli moslohətlər və tövsiyəlor verilir. Ailədə və kollektivdə mənəvi-psixoloji iqlimin yaradılması, konfliktlərin aradan qaldınlması kimi məsələlərin həllində psixoloji yardım göstorilir. Bu zaman qeyri-adckvat reaksiyaları və davranış formalarını aradan qaldırmaq məqsədilə psixoloji korreksiya üsullarından da istifado olunur. Hal-hazırda sənaye, kütləvi kommunikasiya və təbliğat, hüquqa zidd davranışla mübarizo, ticarət, ictimai iaşə, məişət xidməti, avtomobil nəqliyyatı və başqa sahələrdə psixoloji xidmətin miixtolif formalarından istifado zəruridir. Müasir dövrdə ailə problcmləri do xüsusi aktuallıq kəsb edir. Tosadüfi deyildir ki, 70-ci illərin sonu - 80 cı illərin əvvəllərindən etibarən ölkəmizin bir çox şəhərlərində, о cümlədən Bakı şəhərində miixtolif müəssisələrin nəzdində tibbi-psixoloji vo ya psixoloji məsləhotxanalar təşkil olunmuşdur. Onların başlıca məqsədi, birinci növbədə ailonin möhkomlənmə-sinə, uğurlu və xoşbəxt ailo kimi inkişaf etməsino kömək etməkdən ibarotdir.

Hor bir ailə təkrarolunmazdır. Ailə məsləhətxanaları üçün bu fakt prinsipial əhəmiyyətə malikdir: onlar hor bir konkret ailəyə vo onun ayn-ayn iizvlorino fordi yanaşır, gcniş psixoprofılaktik iş apanr, ailonin dağılmasını, ailo üzvləri arasındakı uyğunsuzluğu, ailo üzvlərində alkoqolizmin, osob xostoliklorinin omolo golmosini şərtləndirən sosial-psixoloji soboblori miioyyon edib aradan qaldırırlar. Toossiif ki, bu məsələlərə respublikamızda lazimi diqqot yetirilmir.

Qarabağ müharibəsinin dəhşətlərini görmüş, dərin sarsıntılara düçar olmuş minlərlə qaçqın və köçkünlərə psixoloji yardım təşkil edilməmişdir. Müqayisə üçün bir fakta diqqət yetirək. 2002-ci ilin avqust ayında içərisində 143 nəfər hərbçi olan vertalyotun qəzaya uğraması nəticəsində 126 nəfər tələf olmuş, Rusiya prczidcnti ilk növbədə tələf olanlann ailələsinə psixoloji yardım göstərilməsini zəruri hesab etmişdir.

Burada bir məsələni do qeyd etmok lazımdır: ailo «dramları» uşaqların torbiyosi işinin keyfıyyotinə mənfı tosir göstərir. Məhz buna görə do ailo xidməti hom do ailo tərbiyəsinin səmərəliliyinin

588 artırılmasına, uşaqların ahongdar inkişafının tomin olunmasına xüsusi diqqot yetirir.

Ailo məsləhətxanalarının osas istiqamotlorindon birini do yeniyetmə vo gənclərlə aparılan iş təşkil edir. Bu cohoti iimumi şəkildə nəzordən kcçirsək, onu yeniyetmə vo gəncloro uğurlu ailo həyatı üçün zəruri olan psixoloji mədəniyyətin aşılanması kimi xarakterizo edə bilərik.

Sosioloji, psixoloji vo pedaqoji tədqiqatlar göstərir ki, oğlan və qızların, hor şeydən əvvəl, ailə həyatına hazırlanmasını köklü surətdə yaxşılaşdırmaq lazımdır. Əvvəllər bu vəzifəni ailə müvəffəqiyyətlə yerinə yetirirdi. Qız əksər hallarda, demək olar ki, eynilə anasımn, oğlan uşağı isə atasının həyat yolunu təkrar edirdi. Ailo ənənələri nəinki möhkəm hom də çox sadə vo yeksənəq idi. Ana gələcək ailə həyatı üçün zəruri olan bütün hikmətləri bu vo ya digor dorocodo qızına öyrədə bilirdi. Oğlan uşağı da atasından kişi rolunun sirlərini öyrənirdi.

Miiasir dövrdə ailə həyatı normalan davamsız olmuşdur. Valideyn nüfuzunu şərtləndirən amillər xeyli dəyişilmişdir. Valideynlər uşaqları ailə həyatına hazırlamaq üçün kifayot qədər vaxt və qüvvəyə malik deyildirlər. Valideynlərin hotta bir çox yaxşı ənonələri onlann övladlarının ailə həyatında qəbul olunmur.

Bu şəraitdə gənclorin ailə həyatına hazırlanmasında ümum-təhsil məktəbləri ilo yanaşı, hom də xüsusi xidmət saholərinin, birinci növbədə. ailo məsləhətxanalarının rolu artır.

Ailə məslohotxanalarının əsas vəzifəsi ailədaxili münasi-bətlərin ahəngdar inkişafına, ailə üzvlərinin, hor şeydən əwəl, uşaqların şəxsiyyətinin inkişafı üçün əlverişli şərait yaradılmasına kömək etməkdən ibarot olsa da, o, hom də yeniyetmə vo gənclərlə müəyyən iş apanr, tək kişi və qadınlara nigah problemlərinin həllində kömək göstorir və s.

Ailə xidmətinin işində psixoloq və pedaqoqlarla yanaşı sosioloq, hüquqşünas, psixiatr, seksoloq, eləcə do ailə təsər-rüfatının təşkili üzro mütəxəssislər iştirak etməlidir. Bu, bir çox məsələnin kompleks şəkildə həlli baxımından böyük əhomiyyətə malikdir.

Son zamanlar bir çox ölkələrdə psixoloji məsləhotin yeni və perspektivli sahəlorindən biri kimi orta və ali məktoblərdə də psioloji xidmət fonnalaşmağa başlamışdır.

Müasir dövrdə moktobdo psixoloji xidmətin təşkili xüsusi

589 aktuallıq kəsb cdir. Məktəbdə psixoloji xidmotin təşkili məktəbin osas strateji məqsodinin şoxsiyyətin hərtərofli inkişafı sahəsində bütün praktik problcmlərin müvəffəqiyyətlə həll edilmosində mühüm vasitə olacaqdır.

Moktəbdə psixoloji xidmotin on məsul vəzifələrindən biri şagirdlərin əmok təlimi və peşəyönümü ilə bağlıdır. Şagirdlərə fərdi yanaşma, onlann tolimdə çətinliklərinin aradan qaldırılması, uşaq şəxsiyyotinin inkişafmdakı nöqsanların, məktəblilərin təlimdə gcri qalmaları və intizamsızlığı hallannın psixoloji səboblərinin diaqnostikası vo onlann aradan qaldırılması üçün tədbirlərin müəyyən edilmosi, şagirdlərin tərbiyə vo tolimi prosesindo meydana çıxan çətinliklərin psixoloji profılaktikası üzrə iş - bunlann hamısı məktəbdə psixoloji xidmotin vəzifolorino daxildir. Məktəb psixoloqları 6 yaşlı uşaqların təlimi, şagirdlərin qabiliyyot və istedadının vaxtında düzgün müəyyənloşdirilmosi kimi mühüm məsəlolərin, məktəb və ailə torbiyəsində meydana çıxan çətin problemlərin elmi cəhətdən düzgün holl olunmasında müəllim və valideynlərə yaxından kömək göstərə bilərlər.

Psixologiyanın məktəb təcrübəsində tətbiqi uzun müddət əsasən yaş vo pedaqoji psixologiya problemləri ilə məhdudlaş-dırılmışdı. Elmdə elo bir vəziyyət yaranmışdı ki, hətta məktob həyatma aid hər hansı bir sosial-psixoloji fakt ən yaxşı halda sosial-psixoloji fakt kimi dork olunsa da, ycnə do daha çox yaş və pedaqoji psixologiya mövqeyindən izah olunmuşdur. Müasir psixologiyada bu məhdudluq müvəffəqiyyətlə aradan qaldırıl-mışdır. Hal-hazırda məktəb həyatının sosial-psixoloji problcm-lərinə daha çox diqqət yetirilməlidir.

Sosial psixologiyanın başlıca problemlərinin - ünsiyyət, kollektiv və şoxsiyyot problemlorinin yaş aspekti vardır. Sosial psixologiyanm pedaqoji problemləri şəxsiyyətlərarası münasi-bətlər sahosi ilə olaqədardır. «Müəllim-müəllim», «müollim-şagird» və «şagird-şagird» tipli münasibətlər sahosi iso elo bir sosial-psixoloji amildir ki, ünsiyyətin zənginləşməsi, kollektivin inkişafı və şoxsiyyətin formalaşmasının tətbiqi problemlori bilavasitə onunla bağlıdır. Bu istiqamətdə aparılan tətbiqi tədqiqatlar belo bir fundamental fakta istinad etmolidir ki, qarşılıqlı münasibotlərin dəyişilmosi ünsiyyətin idarə olunmasını, birgə foaliyyotin, ünsiyyotin məqsədyönlü təşkili isə qarşılıqlı münasibətlərin idaro olunmasını şərtləndirir. Sinif kollektivinin,

590 uşağın mənsub olduğu qruplann, xüsusilə referent qrupun sosial-psixoloji xarakteristikası, ailədə və moktobdə şəxsi qarşılıqlı münasibətlər sistemindo şagirdin mövqeyi, uşaq və yaşlıların (valideynlər, müəllimlər və s.) bir-birini qavraması, müəllim vo valideynlorin şagirdi anlama səviyyosi, uşaq kollektivino müəl-limin münasibətinin xarakteri vo s. - bunların hamısı elə tətbiqi ohəmiyyətə malik olan sosial-psixoloji problemlərdir ki, müəl-limlər təlim və tərbiyo prosesindo onları həll etməkdə çətinlik çekirlər. Şagirdlərin tolimdo geri qalmasını da çox vaxt clə bu amillər şərtləndirir.

Son zamanlar uşaqlarm tolim və torbiyəsindo qrup forma-larından daha geniş istifado olunur. Psixoloji xidmət şəraitində bunun üçün daha əlverişli zəmin yaranır.

Məktəbdə psixoloji xidmotin təşkili hom do çətin tərbiyə olunan uşaqlar probleminin hollində təsirli rol oynayacaqdır.

Ali məktoblərdə yüksok ixtisaslı kadrların hazırlığı sahasində do psixoloji xidmət böyük əhəmiyyət kosb cdir. Hal-hazırda inkişaf etmiş ölkələrin bir çox ali məktoblərində bu istiqamətdə zongin təcrübo əldə edilmişdir.

Ali məktəbdə psixoloji xidmotin vəzifoləri geniş və çoxcəhətli olsa da, onlar əsasən dörd sahəni ohatə edir: 1) psixoloqlar ali məktəb psixologiyası sahəsində tədqiqatlar aparır; 2) həmin todqiqatlann nəticələrini təlim-tərbiyə prosesinə tətbiq edir; 3) ınüəllimlər və tələbəlor arasında psixoloji bilikləri təbliğ edir; 4) onlara elmi-psixoloji məsləhətlər vcrirlor.

Ali məktobdə psixoloji xidmot yeni formalaşır. Onun hələ həll olunmamış çoxlu təşkilati, metodik, tətbiqi problemlori vardır. Lakin bir cəhət aydındır: istər orta, istər so do ali məktəbdə psixoloji xidmotin toşkili artıq dövrün təlobidir.

Beləliklə, aydın olur ki, elmi-tcxniki torəqqi dövründo fundamental elmlərlə praktika arasmda tətbiqi elmlor foaliyyot gostərir.

Tətbiqi elmlərin meydana çıxması nəinki elmin özünün, hom de ictimai praktikanın inkişaf səviyyəsi ilə bilavasitə bağlıdır. Elmi-tcxniki tərəqqi dövründə isə bu proseslorin intensivliyi xüsusilə artır.

Psixologiya elmindo praktik məsələləri həll clmək üçün özünoməxsus elmi-praktik vəsilonin - psixoloji xidmət sahəsinin formalaşması bu baxımdan diqqəti xüsusilə colb edir. Psixoloji

591 xidmət psixologiya elminin praktikasında yeni hadisodir. Təcrübə göstərir ki, psixologiya elmi dövrün praktik problemlərini həll etdikcə ictimai tocrübənin miixtolif sahələrinə uğurla nütuz edir.

Psixologiya elmi ictimai hoyatın miixtolif sahəlorinə uğurla nüfuz etdikcə, onun özünün inkişafı üçün yeni üfüqlər açılır. «İnsan münasibətləri» qlobal problemo çevrilir. Psixoloqun mövqeyi, psixoloji biliklorin tətbiq sahəsi köklü surotdə dəyişir. Yaxın gələcəkdə psixoloq bu gün heç do onun səlahiyyətinə daxil edilməyən vəzifələrin, mosolon, bilavasitə insan münasibətləri ilo bağlı olan və təbabət statistikasında xüsusi yer tutan şəkər diabeti, miokard-infarktı kimi xəstəliklorin profılaktikasında, diaqnostika-sında vo müalicosində həlledici rol oynayacaqdır.




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin