1.1.1. Maddələrin (qeyri-üzvi və üzvi) tərkibini, quruluşunu, fiziki xassələrini şərh edir, təqdimatlar hazırlayır
Mövzu
Alkenlərin adlandırılması.
Təlim nəticəsi (məqsəd)
Alkenlərin quruluşuna görə adlandırılması qaydalarını şərh edir
Qiymətləndirmə meyarı
Təqdimatlar hazırlayır
Resurs
Dərslik,iş vərəqləri, flipçart
Dərsin gedişatının qısa təsviri
Mövzuya maraq oyatma: Alkenlərin quruluşuna görə adlandırılması qaydalarını necə şərh etmək olar?
Öyrənmə prosesi (bilik, bacarıqların formalaşdırılması və formativ qiymətləndirmə):
Tapşırıq 1
Penten-2 molekulunda olan metilen qruplarının sayını müəyyən edin.
A) 1 B) 2 C) 4 D) 3 E) 5
Tapşırıq 2
CH3 C C CH3
CH3 C 2H5
Alkeni beynəlxalq nomenklatura ilə adlandırın.
A) 3,4-dimetilpenten-3 B) 2-metil-3-etilbuten-2
C) 2,3-dimetilpenten-2 D) 3-metil-2-etilbuten-2 E) 2,2-dimetilbuten-2
Tapşırıq 3
Etilen üçün hansı ifadələr doğrudur?
1. Doymuş karbohidrogendir 2. Qaz halındadır (n.ş.) 3. Suda yaxşı həll olur
A) yalnız 1 B) yalnız 2 C) yalnız 3 D) 1, 2 E) 2, 3
Tapşırıq 4
2-metilpropen molekulunda ikinci karbon atomunun oksidləşmə dərəcəsini müəyyən
edin.
A) – 1 B) – 2 C) 0 D) + 2 E) + 1
Qiymətləndirmə / Refleksiya: Qiymətləndirmə meyarları: hesablama aparma
I səviyyə
Alkenlərin tərkibini və quruluşunu çətinliklə müvafiq hesablamalar apararır.
II isəviyyə
Alkenlərin tərkibini və quruluşunu çətinliklə izah edərək, kiçik səhvlərlə müvafiq hesablamalar apararır
III səviyyə.
Alkenlərin tərkibini və quruluşunu sərbəst izah edərək, cüzi səhvlərlə müvafiq hesablamalar apararır
IV səviyyə
Alkenlərin tərkibini və quruluşunu ətraflı izah edərək, müvafiq hesablamaları düzgün
apararır.