Qalileyaya və böyük düzənliyə qoşun və
süvarilər göndərdi. 50 Amma onlar
Yonatanın və onunla birlikdə olanların
tutulub öldürüldüyünü biləndə bir-birlərini
ürəkləndirdilər və sıx sıralarla çıxaraq
döyüşməyə hazırlaşdılar. 51 Onların
arxasınca gələnlər döyüşün canları
bahasına tamam olacağını görüb geri
qayıtdılar. 52 Yəhudilərin hamısı isə sağ-
salamat Yəhuda torpağına çatdı, Yonatan
və onunla birlikdə olanlar üçün matəm
saxladılar və olduqca qorxuya düşdülər.
Bütün İsrail matəm içində idi. 53 Onda
ətraflarındakı bütün millətlər onları məhv
etməyə cəhd etdilər, belə ki deyirdilər:
«İndi onların başçısı və kömək edəni
yoxdur. Gəlin onların üzərinə hücum edək
və insanlar arasından onların xatirəsini
silək».
13
Dostları ilə paylaş: