Deuterokanonik kitabları Yoxlama versiyası


II Dimitri Şimonla maraqlanır



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə105/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   101   102   103   104   105   106   107   108   ...   304
Barux

II Dimitri Şimonla maraqlanır
31 Trifon hiylə ilə cavan padşah Antioxla
birgə yola çıxdı və onu öldürdü. 32 Trifon
onun yerinə padşah oldu və Suriya tacını
başına   qoydu.   O,   yer   üzündə   böyük
viranəlik   törətdi.   33 Şimon   Yəhudeyada
qalalar   tikib   onları   hündür   qüllələrlə,
böyük   divarlarla   əhatə   etdi,   sürğü   ilə
bağlanan   darvazalarla   təchiz   etdi   və
qalalarda   ərzaq   ehtiyatı   qoydu.   34 Sonra
adamlar seçərək ölkəsinə qurtuluş diləmək
üçün   padşah   Dimitrinin   yanına   göndərdi,
çünki Trifonun bütün işləri qarətçilik idi.
35 Padşah   Dimitri   bu   sözlərin   cavabında
ona məktub göndərdi və orada belə yazdı:
36 «Padşah   Dimitridən   baş   kahin   və
padşahların   dostu   Şimona,   Yəhudi
ağsaqqallarına   və   millətinə   salamlar!
37 Göndərdiyiniz   qızıl   tacı   və   xurma
budağını   biz   aldıq.   Sizinlə   tam   sülh
yaratmağa və sizi vergilərdən azad etməyi
məmurlara   yazmağa   hazırıq.   38 Sizə   dair
bütün göstərişlər dəyişməz qalır. Tikdiyiniz
qalalar   da   qoy   sizin   olsun.   39 Bu   günə
qədər   bilmədən   etdiyiniz   təqsirlərinizi,
günahlarınızı   və   ödəməli   olduğunuz   tac
vergisini sizə bağışlayırıq. Yerusəlimdə bir
qayda olaraq yığılan hər hansı digər vergi
bundan   sonra   yığılmayacaq.   40 Aranızda
bizim   xidmətimizə   yazılmağa   layiq   bir
adam tapılsa, gəlib yazılsın. Qoy aramızda
sülh   olsun».   41 Yüz   yetmişinci   ildə
İsraildə   bütpərəstlərin   əsarəti   sona   çatdı.
42 Xalq sənədlərdə və müqavilələrdə belə
yazmağa başladı: «Böyük başçı, sərkərdə
və  Yəhudilərin   idarəçisi   Şimonun   birinci
ilində…»

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin