Şimon Yerusəlimin içqalasını ələ keçirir 49 Yerusəlimin içqalasında olanlara ölkəyə
girib-çıxmağa, nəsə alıb-satmağa imkan
verilmirdi. Onlar şiddətli aclıq çəkirdilər
və bir çoxu aclıqdan ölmüşdü. 50 Onlar
Şimona fəryad etdilər ki, onlarla sülhə
gəlsin. O da razı olub onlarla sülhə gəldi.
Amma onları oradan qovdu və içqalanı
murdarlıqdan təmizlədi. 51 Yüz yetmiş
birinci ilin ikinci ayının iyirmi üçündə
Yəhudilər alqışlarla, xurma budaqları ilə,
liralarla, sinclərlə, çənglərlə, ilahilərlə və
nəğmələrlə oraya daxil oldular. Çünki
böyük bir düşmən darmadağın edilərək
İsraildən kənara atılmışdı. 52 Şimon hər il
bu günün bayram kimi qeyd ediləcəyini
qərar qoydu. O, içqalanın yaxınlığındakı
məbədin olduğu dağın ətrafına istehkam
çəkdi və özü də tərəfdarları ilə birlikdə
orada məskunlaşdı. 53 Oğlu Yəhyanın
yetkinlik yaşına çatdığını görən Şimon onu
bütün qoşunların başçısı təyin etdi. Yəhya
Qazarada sakin oldu.
14