Deuterokanonik kitabları Yoxlama versiyası


Şimonun   oğulları   Kendebeyi   məglub



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə115/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   111   112   113   114   115   116   117   118   ...   304
Barux

Şimonun   oğulları   Kendebeyi   məglub
edir
1 Sonra Yəhya Qazaradan yuxarıya getdi.
Kendebeyin   etdiyi   işləri   atası   Şimona
bildirdi.   2 Onda   Şimon   iki   böyük   oğlu
Yəhuda   və  Yəhyanı   çağırıb   onlara   dedi:
«Mən,   qardaşlarım   və   atamın   ev   xalqı
cavanlığımızdan   bu   günə   qədər   İsrailin
düşmənləri   ilə   döyüşmüşuk.   İsraili
dəfələrlə   öz   əllərimizlə   uğurla   xilas
etmişik. 3 Amma mən artıq yaşa doldum,
sizsə   Allahın   lütfü   ilə   yetkin   yaşa
çatmısınız.   Mənim   və   qardaşımın   yerinə
keçin və gedib millətimiz naminə döyüşün.
Səmaların   köməyi   sizə   yar   olsun!»
4 Şimon   ölkədən   iyirmi   min   piyada   və
süvari   əsgər   seçdi.   Onlar   Kendebeyin
üzərinə   getdilər.   Gecəni   Modində
keçirdilər. 5 Səhər erkən qalxıb düzənliyə
çıxdılar və budur, piyada və süvarilərdən
ibarət çoxsaylı bir qoşun onların qarşısına
gəlir. Aralarında bir vadi var idi. 6 Yəhya
adamları ilə birlikdə onların qarşısında səf
çəkdi.   Adamlarının   vadini   keçməkdən
qorxduqlarını   görüncə   birinci   özü   keçdi.
Adamları   da   bunu   görüb   onun   ardınca
vadini keçdilər. 7 Yəhya adamları iki yerə
böldü, süvariləri piyadaların arasına qoydu.
Düşmənin   süvariləri   isə   olduqca   çox   idi.
8 Borular   çalındı.   Kendebey   və   onun
qoşunu məğlub oldu, onlardan çoxlu adam
vurulub   yerə   sərildi,   qalanı   isə   qalaya
qaçdı.   9 Onda   Yəhyanın   qardaşı   Yəhuda
yaralandı,   amma   Yəhya   Kendebeyin
tikdiyi   Kedrona   çatana   qədər   onların
dalınca  getdi.  10 Düşmənlər Azotun  ətraf
tarlalarında olan qüllələrə qaçıb-sığındılar.
Amma Yəhya od vurub Azotu yandırdı və
onlardan iki minə qədər adam həlak oldu.
Yəhya   əmin-amanlıqla  Yəhuda   torpağına
qayıtdı.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin