35 İliodor Rəbbə qurban təqdim etdi və
həyatını Qoruyana çoxlu and verdi. Oniya
ilə vidalaşaraq öz qoşunu ilə birlikdə
padşahın yanına yollandı. 36 Öz gözləri ilə
gördüyü Uca Allahın işləri barəsində
hamıya şəhadət etdi.
37 Padşah Yerusəlimə başqa bir vəzifə
üçün necə bir adamın göndərilməsinin
məsləhət olduğunu İliodordan soruşanda o
dedi: 38 «Əgər bir düşməniniz, ya da
dövlətə qarşı üsyan edən biri varsa, onu
oraya göndərin. Əgər sağ-salamat qalarsa,
qamçılanmış halda yanına qayıdacaq,
çünki o yerdə, doğrudan da, Allahın
qüdrəti var. 39 Çünki Səmada məskən
salanın Özü o yerin keşikçisi və
müdafiəçisidir, oraya pis niyyətlə gələnləri
vurub həlak edir». 40 İliodorla bağlı hadisə
və xəzinənin qorunması mövzusu beləcə
bitir.
4
1 Yuxarıda adı çəkilən, xəzinə və vətəni
barədə düşmənə məlumat verən Şimon
Oniyaya şər atdı ki, guya İliodoru təhrik
edən və bütün fəlakətlərin təqsirkarı Oniya
olmuşdur. 2 O, şəhər üçün yaxşı işlər
görmüş, öz soydaşlarının qayğısına qalmış
və qanunların təəssübünü çəkmiş bir adamı
dövlətin əleyhdarı adlandırmağa cəsarət
etmişdi. 3 Şimonun düşmənçiliyi o dərəcə
artdı ki, onun yaxınlarından biri tərəfindən
törədilmiş qətl hadisəsi baş verdi. 4 Oniya
bu münaqişənin çox ciddi olduğunu və
Koyle-Suriya və Finikiyada hərbi vali olan
Meneste oğlu Apolloninin Şimonun pis
niyyətlərinə havadarlıq etdiyini anladı.
5 O, soydaşlarını ittiham etmək üçün deyil,
cəmiyyətin – hər kəsin və bütün xalqın
rifahını nəzərə alaraq padşahın yanına
getdi. 6 Çünki gördü ki, padşahın himayəsi
olmadan işləri sülh içində yoluna qoymaq
mümkün olmayacaq və Şimon da öz
ağılsızlığından əl çəkməyəcək.
Dostları ilə paylaş: