Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə121/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   117   118   119   120   121   122   123   124   ...   304
Barux

Yasonun islahatları
7 Selevk   dünyadan   köçdükdən   sonra
Epifan ləqəbli Antiox padşahlığa keçdi. Bu
zaman   Oniyanın   qardaşı   Yason   baş
kahinliyi   rüşvətlə   ələ   keçirməyə   çalışdı.
8 Yason   padşahla   görüşüb   ona   üç   yüz
altmış   talant   gümüş   və   başqa   gəlir
mənbələrindən   də   səksən   talant   gümüş
ödəyəcəyini vəd etdi. 9 Bundan savayı, bir
idman salonu və gənclər üçün məşq yeri
tikmək səlahiyyəti aldığı təqdirdə daha yüz
əlli   talant   gümüş   təmin   edəcəyini   və
Yerusəlim sakinlərini Antakya vətəndaşları
kimi   qeydiyyata   alacağını   vəd   etdi.
10 Padşah   razılığını   verəndə   Yason
səlahiyyət   əldə   edərək   öz   soydaşlarını
Yunan adət-ənənələrinə keçməyə sövq etdi.
11 Yason   padşahın   insanpərvərliklə
Yəhudilərə   verdiyi   imtiyazları   aradan
qaldırdı. Bu imtiyazlar onlara Romalılarla
dostluq   və   ittifaq   üçün   səfirliyə   gedən
Evpolemin   atası   Yəhyanın   təşəbbüsü   ilə
verilmişdi.   Bundan   savayı,  Yason   qanuni
təsisatları aradan qaldırdı və qanuna zidd
olan adətləri tətbiq etdi. 12 O, qəsdən düz
məbəd   dağının   yanında   gənclərin   məşq
etməsi üçün bir idman salonu tikdi və ən
yaxşı gəncləri buraya cəlb edərək rüsvayçı
Yunan   papağını
c
  onların   başına   qoydu.
13 Əslində baş kahin deyil, bir dinsiz olan
Yasonun   hədsiz   şər   işləri   nəticəsində
Yunan adətlərinə və yad ənənələrə o qədər
uyğunlaşma   baş   qaldırdı   ki,   14 kahinlər
məbədə xor baxaraq və qurbanlara məhəl
qoymayaraq   qurbangah   xidmətinə
təəssüblərini   itirdilər.   Onlar   idman
məktəbindəki   disk   atılması   siqnalı   ilə
başlanan   qanuna   zidd   olan   yarışlarda
iştirak   etməyə   tələsdilər.   15 Əcdadlarının
sayğı   göstərdiyi   bütün   vəzifələrə   xor
baxdılar,   Yunan   vəzifələrini   ən   üstün
saydılar.   16 Amma   bu   davranışlar   onları
93


ağır  vəziyyətə  saldı.  Heyran  olduqları  və
hər   şeydə   bənzəməyə   çalışdıqları   kəslər
onların   düşməninə   və   qisasçısına
çevrildilər.   17 Çünki  Allahın   qanunlarına
qarşı   çıxmaq   heç   də   ötəri   bir   şey   deyil;
daha   sonrakı   hadisələr   bunu   aşkar
göstərəcək.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin