Yason Yunan ənənələrinə riayət edir 18 Surda beş ildən bir keçirilən və
padşahın da iştirak etdiyi idman
yarışlarının bayram edilməsi zamanı
19 iyrənc Yason Yerusəlimdəki bəzi
Antakya vətəndaşlarını tamaşaçı qismində
oraya göndərdi ki, Herkulesə qurban
gətirmək üçün ayrılan üç yüz dirhəm
gümüş pulu çatdırsınlar. Amma pulu
gətirənlərin özləri bu pulun qurban üçün
verilməsini məsləhət bilmədilər, bunu
nalayiq hesab etdilər və bu pulu başqa
xərclərə sərf etməyə qərar verdilər.
20 Beləcə, Herkulesə qurban verilmək
üçün göndərilən pul onu gətirənlərin təklifi
ilə döyüş gəmisi düzəldilməsinə sərf
olundu.
21 Meneste oğlu Apolloninin padşah
Filometorun taxta çıxması münasibəti ilə
Misirə göndərildiyi vaxt Antiox onun öz
hakimiyyətinə qarşı çıxdığını biləndə öz
təhlükəsizliyi üçün tədbir görməyə başladı
və bu məqsədlə Yafoya çatıb oradan da
Yerusəlimə gəldi. 22 Yason və şəhər əhalisi
onu təntənə ilə qarşıladı, yol boyu məşəllər
və alqışlarla müşayiət olundu. Oradan da
ordusu ilə Finikiyaya yürüş etdi.