Menelaya və Lisimaxa xalqın etimadsızlığı 39 Bu arada şəhərdə Menelayın
havadarlığı ilə Lisimax tərəfindən çoxlu
küfr əməllər edildi və bu barədə xəbər
yayıldı. Onda xalq Lisimaxa qarşı üsyana
qalxdı, çünki məbəddən külli miqdarda
qızıl əşyalar oğurlanmışdı. 40 Qəzəblə
dolub-daşan kütlə həyəcana gələndə
Lisimax üç min nəfərə yaxın adamı
silahlandırdı, Avran adında yaşa dolmuş və
yaşı qədər də ağılsızlıqla dolmuş bir
nəfərin əli ilə haqsız zorakılıqlar etdi.
41 Lisimaxın belə zorakılığını görərək
bəziləri daşlar, bəziləri taxta parçaları,
bəziləri də yerdəki tozu ovuclarına
götürərək nizamsız halda Lisimaxın
adamlarına tulladılar. 42 Beləcə, onların
çoxunu yaraladılar, bəzilərini öldürdülər və
qalanlarını isə qaçmağa məcbur etdilər.
Məbəd oğrusunu isə xəzinənin düz
qarşısında öldürdülər.