Menelay öz cəzasından pulla qurtulur 43 Bu hadisəyə görə Menelayın əleyhinə
ittihamlar irəli sürüldü. 44 Padşah Sur
şəhərinə gələn zaman ağsaqqallar
şurasından göndərilmiş üç şəxs məhkəmə
işini ona təqdim etdi. 45 Artıq uduzduğunu
görən Menelay Dorimen oğlu Ptolomeyə
onun xeyrinə padşahdan xahiş etdiyi
təqdirdə çoxlu pul verəcəyini vəd etdi.
46 Ptolomey də padşahı istirahət etmək
bəhanəsi ilə sütun meydanına dəvət etdi və
onu fikrini dəyişməyə sövq etdi. 47 Padşah
bütün pisliklərin səbəbkarı olan Menelayı
ittihamlardan azad etdi. Bunun
müqabilində zavallı insanları ölüm
cəzasına məhkum etdi ki, bunlar hətta
Skiflərin qarşısında yalvarsaydılar, cəzasız
buraxılardılar. 48 Şəhərin, xalqın və
müqəddəs şeylərin xeyrinə danışan
insanlar tezliklə haqsız cəzaya məruz
qaldılar. 49 Hətta bu cinayətdən narazı
olan bəzi Surlular bu adamların layiqli
dəfn olunmasını təşkil etdilər. 50 Menelay
isə hakimiyyətdə olanların acgözlüyü
sayəsində başçılıqda qaldı. O, pisliyini
daha da artırdı və soydaşlarının əsas
düşməninə çevrildi.
----------------------------------------------------
c4:12 Bu papaq Hermes allahının dini
mərasimlərinə aid olub Yunan həyat
tərzinin rəmzi idi.
5