Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə132/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   128   129   130   131   132   133   134   135   ...   304
Barux

Eleazarın şəhid olması
18 İlahiyyatçılar arasında ən mötəbər olan,
artıq   yaşa   dolmuş   və   çox   gözəl   zahiri
görünüşə   malik   olan   Eleazarı   donuz   əti
yeməsi   üçün   ağzını   açmağa   məcbur
edirdilər. 19 Amma Eleazar şərəfli ölümü
murdar   olub   yaşamaqdan   üstün   tutdu   və
könüllü surətdə işgəncə yerinə doğru getdi.
20 O, ağzındakını tüpürdü. İnsanın təbiətən
öz   həyatını   qorumaq   duyğusuna
baxmayaraq,   qəbul   edilməsi   qadağan
olunmuş şeyləri rədd etmək üçün cəsarət
göstərməsi zəruridir. 21 Qanuna zidd olan
bu   qurban   mərasimini   təşkil   edənlər
Eleazarla   çoxdankı   tanışlıqlarından   ötrü
onu bir kənara çəkib inandırmaq istədilər
ki,   o,   yemək   üçün   məqbul   olan,   özünün
hazırladığı   əti   gətirsin   və   zahirdə   özünü
padşahın buyurduğu qurban ətini yeyirmiş
kimi   göstərsin.   22 Onlar   köhnə
dostluqlarından   ötrü   ona   xeyirxahlıq
edirdilər.   Eleazar   belə   etsəydi,   ölümdən
qurtulmuş olacaqdı.
23 Amma   Eleazarın   verdiyi   nəcib   qərar
onun   yaşına,   ixtiyar   çağına   və   ağarmış
saçlarına layiq idi; o, buna uşaqlıqdan bəri
düzğün davranışı ilə və hər şeydən əvvəl,
Allahın   bərqərar   etdiyi   müqəddəs
qanunlara riayət etməklə nail olmuşdu. O,
öz   əqidəsini   dərhal   bəyan   edib   istədi   ki,
onu   ölülər   diyarına   göndərsinlər.   24 O
dedi: «Belə riyakarlıq mənim yaşıma layiq
deyil, yoxsa bir çox gənc elə zənn edər ki,
Eleazar   doxsan   yaşında   ikən   yadellilərin
dinini   qəbul   etmişdir.   25 Qısa   və   ani   bir
həyat   müddəti   naminə   belə   riyakarlıq
etməyim onları mənə görə əyri yola sala
bilər.   Mənsə   ixtiyar   çağımda   özümə
çirkinlik və ləkə gətirmiş olaram. 26 Hətta
indi insanın verdiyi cəzadan qaçsam belə,
istər   diri   olum,   istər   ölü,   Külli-İxtiyarın
əlindən   canımı   qurtara   bilməyəcəyəm.
27 Amma   indi   kişi   kimi   ömürlə
vidalaşsam, özümü yaşıma layiq göstərmiş
olaram.   28 Gənclər   üçün   də   layiqli   bir
nümunə   –   hörmətə   layiq   və   müqəddəs
qanunlar   uğrunda   həvəslə   və   mərdliklə
ölmək nümunəsi qoyub getmiş olaram». O,
bunları   dedikdən   sonra   dərhal   işgəncə
yerinə tərəf getdi.
29 Eleazarı müşayiət edənlər bundan əvvəl
ona bir qədər xeyirxah duyğular bəsləsələr
də,   indi   münasibətləri   nifrətə   doğru
dəyişdi,   çünki   onun   bayaq   dediyi   sözləri
ağılsızlıq hesab etdilər. 30 Zərbələr altında
ölməmişdən   əvvəl   Eleazar   ucadan
inildəyib   dedi:   «Rəbbə   müqəddəs   biliyi
vasitəsilə   əyandır   ki,   mənim   ölümdən
qurtulmaq   imkanım   olduğu   halda
bədənimin   qamçılanması   ilə   dəhşətli
98


iztirablar   çəkirəm.   Amma   qəlbim   buna
sevinclə   dözür,   çünki   mən   Ondan
qorxuram».
31 Eleazar   beləcə   öldü.   O,   öz   ölümü   ilə
yalnız   gənclər   üçün   deyil,   həmçinin
millətin   əksəriyyəti   üçün   də   bir   nəciblik
nümunəsi və cəsarət örnəyi qoyub getdi.
7

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin