Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə140/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   136   137   138   139   140   141   142   143   ...   304
Barux

Məbədin pak edilməsi
1 Onda   Makkabi   və   onun   yoldaşları
Rəbbin yol göstərməsi ilə məbədi və şəhəri
yenidən   geri   aldılar.   2 Yadellilərin   bazar
meydanında   qurduqları   qurbangahları   və
təqdis   olunmuş   bütxanaları   yıxdılar.
3 Onlar müqəddəs məskəni pak etdilər və
təzə   qurbangah   tikdilər.   Çaxmaq   daşı   ilə
əldə etdikləri odla iki illik fasilədən sonra
qurban   təqdim   etdilər,   buxur   yandırdılar,
çıraqları   işıqlandırdılar   və   Hüzur
çörəklərini   qoydular.   4 Sonra   üzüstə
düşərək Rəbbə yalvardılar ki, bir daha belə
fəlakətlərə   düçar   olmasınlar,   yenə   günah
etdikləri   təqdirdə   iltifatla   tərbiyə
olunsunlar,   küfr   edən   və   vəhşi   xalqlara
təslim edilməsinlər. 5 Bu elə həmin günə,
yəni   müqəddəs   məskənin   yadellilər
tərəfindən   murdarlanması   ilə   eyni   günə
təsadüf etdi, məbədin pak edilməsi Kislev
ayının   iyirmi   beşində   baş   verdi.   6 Onlar
Çardaqlar bayramında olduğu kimi səkkiz
gün şadlıq etdilər. Bir müddət əvvəl olan
Çardaqlar   bayramını   dağlarda   və
mağaralarda   vəhşi   heyvanlar   kimi   qeyd
etdiklərini   xatırladılar.   7 Buna   görə   də
sarmaşığa bürünmüş əsalar, gözəl budaqlar
və   xurma   budaqları   daşıyaraq   Özünə
məxsus   olan   müqəddəs   yerin   pak
edilməsini   uğurla   nəticələndirən   Rəbbə
həmd ilahiləri oxudular. 8 Ümumi qərar və
təkliflə bütün Yəhudi millətinin hər il bu
günləri   bayram   etməsi   barədə   göstəriş
verdilər.   9 Xülasə,   Epifan   adlandırılan
Antioxun beləcə sonu çatdı.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin