qızıldan idi. Atlılar Yəhudilərə başçılıq
edirdi. 30 Onlar Makkabini əhatəyə alaraq
onu öz əsləhələri ilə örtdülər və
yaralanmaqdan qorudular. Düşmən tərəfə
isə ox və ildırım yağdırdılar. Nəticədə
onlar görməkdən məhrum olub çaşqınlığa
düşdülər, sıraları qarışaraq bir-birlərini
qırdılar. 31 İyirmi min beş yüz piyada və
altı yüz süvari öldürüldü.
32 Timoteyin özü isə Qazara adlanan
xüsusi möhkəmləndirilmiş bir qalaya qaçıb
canını qurtatrdı; ora Xareyanın başçılığı
altında idi. 33 Makkabi və onun adamları
ruh yüksəkliyi ilə qalanı dörd gün ərzində
mühasirədə saxladılar. 34 Qalada olanlar
bu yerin təhlükəsiz olmasına əmin
olduqlarından hədsiz küfrlər və
yolverilməz təhqirlər söyləyirdilər.
35 Beşinci gün dan yeri ağararkən
Makkabinin adamlarından iyirmi gənc
söylənən küfrlərə görə qəzəblə alovlanaraq
cəsarətlə qalaya tərəf hücuma atıldılar.
Çılğın qəzəblə qarşılaşdıqları hər kəsi
vurub öldürdülər. 36 Başqaları da
çaxnaşma zamanı qalanın içərisində
olanlara hücum etdilər və qala bürclərini
yandırdılar. Tonqal qalayaraq küfr edənləri
diri-diri yandırdılar. Digərləri isə
darvazaları sındırdı və şəhəri tutmaq üçün
qoşunun qalan hissəsini içəri buraxdı.
37 Su çənində gizlənənlər Timoteyi
öldürdülər. Onunla birlikdə qardaşı
Xareyanı və Apollofanı da öldürdülər.
38 Bunları başa çatdırıb İsrailə böyük
xeyirxahlıq edən və qələbə bəxş edən
Rəbbə şükür və alqış etdilər.
11
Dostları ilə paylaş: