Antioxun Yəhudilərlə sazişi 18 Padşah Yəhudilərin cəsarətini
təcrübədən keçirəndə mühüm bir nöqtədən
hücum etməyə cəhd etdi. 19 O,
Yəhudilərin möhkəmləndirilmiş qalası
olan Bet-Surun üstünə iki dəfə getdi,
amma geri qovuldu. O, yenə hücum etdi.
Lakin uğursuz oldu və itki verdi.
20 Yəhuda qalanın içində olanlara lazım
olan şeylər göndərdi. 21 Ancaq Yəhudi
qoşunundan Rodok adlı bir şəxs düşmənə
məxfi məlumatlar verdi. O, araşdırılıb üzə
çıxarıldı və həbs olundu. 22 Padşah ikinci
dəfə Bet-Surda olanlarla danışığa başladı.
Onlara dostluq təklif etdi, onların verdiyi
sözü qəbul edib geri çəkildi. Sonra o,
Yəhuda ilə döyüşdü, amma uduzdu.
23 Ona Antakyada dövlət idarəçiliyinə
qoyub getdiyi Filipin üsyan etdiyi barədə
xəbər çatanda çaşqınlığa düşdü. Yəhudiləri
dilə tutmağa başladı, həlim oldu və onunla
razılaşdırılmış bütün ədalətli şərtlərə əməl
edəcəyinə and içdi. Sonra qurban təqdim
etdi, müqəddəs məskənə ehtiram göstərdi
və o yerə xeyriyyəçilik etdi. 24 Makkabini
qəbul etdi, Ptolemaisdən Gerara qədər
Eqemonidi hərbi vali təyin etdi. 25 Sonra
Ptolemaisə getdi. Ptolemais sakinləri
müqavilədən narazı idilər. Həqiqətən, o
qədər hiddətlənmişdilər ki, razılaşmanı
ləğv etmək istəyirdilər. 26 Amma Lisiya
məhkəməyə gəldi, padşahı bacardiği gədər
müdafiə qədə etdi, onları dilə tutub
sakitləşdirdi və onların rəğbətini
qazanandan sonra Antakyaya yola düşdü.
Padşah Antioxun hücumu və geri çəkilməsi
belə oldu.
----------------------------------------------------
f13:1 e.ə. 164-cü il.
14