Nikanor Yəhuda ilə razılaşır 15 Nikanorun hücumunu və bütpərəstlərin
də onunla birləşdiyini eşidən Yəhudilər
başlarına torpaq tökdülər və Öz xalqını
əbədi olaraq Təyin Edənə və həmişə
zahirdə Öz mirasının köməyinə Gələnə
yalvardılar. 16 Rəhbərlərinin əmri ilə onlar
dərhal olduqları yerdən yola düşdülər və
Desau kəndində düşmənlə döyüşə girdilər.
17 Yəhudanın qardaşı Şimon döyüşdə
Nikanorla qarşılaşdı, amma düşmənin
gözlənilməz əks-zərbəsindən müvəqqəti
duruxub qaldı. 18 Hər halda Yəhuda və
onun adamlarının vətənləri üçün necə
igidliklə döyüşdüklərini Nikanor eşitmişdi.
O, məsələni qan tökərək həll etməyə
ehtiyat etdi. 19 Bu səbəbdən dostluq təklif
edib onlardan da bunu qəbul etmək üçün
Posidona, Teodota və Mattatiyaya
göndərdi.
20 Qaydalar çox araşdırıldıqdan sonra
rəhbər bunları adamlarına bildirdi. Onların
həmrəy olduqları görünürdü və sazişə
razılıq verdilər. 21 Hər iki tərəfin məxfi
görüşəcəyi bir gün təyin olundu və o gün
gələndə hər iki tərəf üçün kəcavə gəldi,
yerdə kürsü qoyuldu. 22 Yəhuda düşmən
tərəfindən qəfil bir xainliyin olmaması
üçün əlverişli yerlərdə silahlı adamlar
qoymuşdu və müşavirəni lazımi qaydada
keçirdilər. 23 Nikanor bir müddət
Yerusəlimdə qaldı və heç bir yersiz hərəkət
etmədi. O, qoşunu da buraxdı. 24 O, hər
112
zaman Yəhudanı öz yanında saxladı və bu
adama səmimi olaraq bağlandı.
25 Yəhudaya evlənib uşaq sahibi olmağı
təklif etdi. O da evləndi, sakitlik tapdı və
ümumi həyat tərzinə keçdi.