Nikanorun küfr etməsi 1 Yəhuda və onun adamlarının Samariya
bölgəsində olduğunu öyrənən Nikanor
Şənbə günündə onlara hücum etmək
qərarına gəldi. Bu halda tam təhlükəsiz
olduğunu düşündü. 2 Amma onu müşayiət
etməyə məcbur edilən Yəhudilər dedilər:
«Onları bu cür qəddar və vəhşicəsinə məhv
etmək olmaz. Hər şeyi görən Allahın
fərqləndirib üstün tutduğu və başqa günlər
arasında təqdis etdiyi günə hörmət göstər».
3 Onda bu çox alçaq adam «Göydə elə bir
hökmdar varmı ki, Şənbə gününə əməl
etməyi əmr etsin?» deyə soruşdu.
4 Yəhudilər də bəyan etdilər: «Bəli, O, var
olan Rəbdir, göydə Hökmdardır və
yeddinci günü qeyd etməyi buyurub».
5 Nikanor isə dedi: «Mən də yer üzündə
hökmdaram; silah götürüb padşahın işini
yerinə yetirməyinizi əmr edirəm». Buna
baxmayaraq, o, öz qəddar niyyətini yerinə
yetirməyi bacarmadı.