Deuterokanonik kitabları Yoxlama versiyası


Ulduzlar və təbiətlə bağlı inamlar



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə177/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   173   174   175   176   177   178   179   180   ...   304
Barux

Ulduzlar və təbiətlə bağlı inamlar
1 Allah barədə anlayışı olmayan bütün 
insanlar
Təbiətən puçdurlar.
Onlar görünən kamil şeylərdən
Var Olanı dərk edə bilmədilər,
İşlərinə baxaraq Sənətkarı tanımadılar.
2 Onlar üçün od, ya külək, ya hərəkətdə 
olan hava,
Ya ulduz dəstəsi, ya gur axan sular, ya da 
göy üzü
Dünyanı idarə edən allahlardır.
3 Əgər bunların gözəlliyinə heyran olaraq
Bunları allahlar hesab etdilərsə,
Bunların Rəbbinin nə qədər gözəl 
olduğunu dərk etməli idilər.
Çünki gözəlliyin Səbəbkarı Olan bunları 
yaratdı.
4 Əgər bunların gücünə və fəaliyyətinə 
təəccüblənirdilərsə,
Bunlardan bilməli idilər ki,
Bunları Yaradan Kəs nə qədər qüdrətlidir.
5 Çünki yaradılışın görkəmi və gözəlliyi
Təsviri olaraq bunların mövcudluğunun 
Səbəbkarından xəbər verir.
130


6 Amma bu insanlar az məzəmmətə 
layiqdirlər,
Bəlkə də, Allahı axtararkən, Onu tapmaq 
istəyərkən
Yanlış yola düşüblər.
7 Çünki Onun işlərinə nəzər salarkən
Onlar araşdıraraq nəticəyə gəlirlər ki,
Zahirdə olan hər şey gözəldir.
8 Amma, eyni zamanda, onları bağışlamaq 
olmaz.
9 Əgər onların düşüncələri müvəqqəti 
dünyanı
Araşdırmaq iqtidarında idisə,
Nə üçün dünyanın Rəbbini o saat tapa 
bilmədilər?

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin