Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə179/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   175   176   177   178   179   180   181   182   ...   304
Barux

Bütpərəstlərin sonu
22 Allahı dərk etməkdə azdıqları hələ bəs 
deyilmiş kimi,
Nadanlığın ağır müharibəsində yaşayarkən
Hələ bu böyük bəlanı da sülh adlandırırlar.
23 Uşaq qurban gətirmələri, gizli ayinlər,
Başqalarının adətlərindən götürülmüş
Çılğın ziyafətlər keçirərək
24 Həyatlarında və nikahlarında
Özlərini təmiz saxlamırlar.
Bir-birlərini namərdliklə öldürür,
Ya da zina ilə incidirlər.
132


25 İstisnasız olaraq hamı bu şeylərə 
mübtəladır:
Qan və qətl, oğurluq və hiylə, rüşvət,
Xainlik, üsyankarlıq, yalan and,
26 Əmlakı qarət etmək, yaxşılığı unutmaq,
Ruhları murdarlamaq, cinsi qeyri-təbiilik,
Nikahda nizamsızlıq, zina və əxlaqsızlıq.
27 Adlarına layiq olmayan bütlərə sitayiş 
etmək
Hər cür pisliyin başlanğıcı, səbəbi və 
nəticəsidir.
28 Çünki bu adamlar çılğıncasına şənlik 
edirlər,
Yalandan peyğəmbərlik edirlər,
Pis tərzdə həyat sürürlər,
Andlarını o saat pozurlar.
29 Cansız bütlərə ümid etdiklərindən
Yalan and içdikləri üçün
Cəzalanacaqlarını sanmırlar.
30 Amma hər iki səbəbə görə
Onların üzərinə mühakimə gələcək:
Həm Allah barədə küfr düşünərək
Bütlərə müraciət etdikləri üçün,
Həm də müqəddəsliyə məhəl qoymayaraq
Hiylə ilə yalandan and içdiklərinə görə.
31 Beləcə, and içdikləri şeylərin gücü ilə 
deyil,
Günah edənlər üzərində mühakimə 
vasitəsilə cəzalanacaqlar;
Bu mühakimə günahkarların pis əməllərinə
Həmişə cavab olur.
15

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin