İsraillilərə verilən manna 20 Amma Öz xalqına münasibətin başqa
idi;
Onları mələklərin yeməyi ilə
qidalandırırdın,
Zəhmət çəkməyənlərə göydən hazır yemək
göndərirdin.
O yeməkdə hər cür dad var idi və hər kəsin
zövqünə uyğun idi.
21 Sənin verdiyin yeməyin dadlılığı
övladlarına mehribanlığını göstərirdi,
Çünki hər kəs öz zövqünə görə yeməkdən
istədiyi ləzzəti alırdı.
22 Qar və buz kimi olan manna oda davam
gətirirdi, ərimirdi,
Ta ki onlar bilsinlər ki, dolunun içində olan
şimşək,
Yağışın arasında olan alov
Düşmənlərin məhsulunu məhv edir.
23 Amma elə həmin alov öz təsirini
azaldırdı ki,
Saleh insanlar bəslənsinlər.
24 Çünki yaradılış Sənə – Yaradana xidmət
edərək
Günahkarları cəzalandırmaq üçün fəal olur,
Sənə iman edənlərin rifahı üçün aram olur.
25 Beləcə, bütünlüklə dəyişən təbiət
Sənin hər şeyi bəsləyən lütfünə tabe olaraq
Ehtiyacı olan insanların arzusuna əməl
etdi.
26 Ya Rəbb, qoy Sənin sevdiyin övladların
anlasınlar ki,
İnsanlar cürbəcür məhsullarla bəslənmirlər,
Sənə iman edənləri Sənin sözün qoruyub
saxlayır.
27 Çünki alovun zərər vurmadığı şey
135
Zəif günəş işığının istisindən o andaca
əridi.
28 Bununla bəyan etdi ki, gün çıxmazdan
əvvəl Sənə şükür etmək,
Gün çıxarkən Sənə dua etmək lazımdır.
29 Çünki nankorun ümidi qış qırovu kimi
əriyir,
Yararsız su kimi axıb gedir.
17